Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   86

 
 
182 
lində birləşdirilə bilər və bu yollar da müxtəlif sənaye sa-
hələri  müəssisələrində  tətbiq  edilən  ümumi  metodları  xa-
rakterizə edə bilər. 
Müəssisədə  materiallar  üzrə  qənaətin  əsas  yolların-
dan biri istehsal tullantılarını azaldan və tullantılardan isti-
fadə olunmasını təmin edən yəni texnikanın və yeni texno-
loji proseslərin tətbiq edilməsindən ibarətdir. 
Məsələn, maşınqayırma zavodlarının tökmə sexlərin-
də dəqiq tökmə metodlarının – metalı kokil deyilən metal 
qəliblərə tökmə metodunun, təzyiq altında tökmə metodu-
nun, mərkəzdənqaçma tökmə metodunun və qabıqlı tökmə 
metodunun və i.a. – tətbiq edilməsi metala xeyli qənaət et-
məyə (20 – 25% – ə qədər) imkan verir. 
Dəmirçi sexlərində sərbəst döymə üsulunun ştampla-
ma üsulu ilə əvəz edilməsi nəticəsində tullantılar orta he-
sabla  20  – 25%  azalır. Məlum  olduğu  kimi,  sərbəst döy-
mə üsulu ilə hazırlanan məmulatın pəstahı, bir qayda ola-
raq, ondan qayırılması detaldan xeyli ağır olur. Ştamplama 
üsulu pəstahı ilə hazırlanmağa imkan verir ki, burada artıq 
material daha az olsun. 
Preslər vasitəsilə aparılan ştamplama üsulunun tətbi-
qi xüsusilə yaxşı nəticə verir; bu üsul, hətta çəkiclər vasi-
təsilə aparılan ştamplama üsuluna nisbətən metal üzrə əla-
və olaraq 12 – 15% və daha artıq qənaət təmin edir. Metal 
emalında, soyuq oturtma, soyuq yayma  və köndələn yay-
ma üsulları kimi mütərəqqi texniki metodlar da böyük qə-
naət verir.  
Qara metallurgiya zavodlarında oksigenlə körükləmə 
üsulunun tətbiq edilməsi, yanma proseslərinin avtomatlaş-
dırılması,  metallurgiya  aqreqatlarının  konstruksiyasının 
təkmilləşdirilməsi,  ərgin  poladın  arası  kəsilmədən  tökül-


 
 
183 
mək metodunun və başqa üsulların tətbiq edilməsi yolu ilə 
xammal, yanacaq və elektrik enerjisi itkisi azaldılır. Elekt-
rik  stansiyalarında  yanacaq  itkisini  azaltmaq  üçün  əsas 
yollardan  biri  istiləşdirilmənin  maksimum  dərəcədə  inki-
şaf  etdirilməsidir.  Elektrik  və  istilik  enerjisi  əldə  etmək 
üçün  yanacaqdan  kompleksli  surətdə  istifadə  edilməsinə 
əsaslanan  istiləşdirilmə  nəticəsində  hər  1  kilovat  –  saat 
elektrik enerjisinə yanacaq sərfini, təqribən 2,5 dəfə azalt-
maq  mümkün olur. Bundan  əlavə,  yüksək və  çox  yüksək 
təzyiqli  avadanlığın  tətbiq  edilməsi  və  mənimsənilməsi 
yanacaq üzrə xeyli qənaət təmin edir.  
Eyni texnikanın tətbiqi yüngül sənaye və  yeyinti sə-
naye fabriklərində də xammaldan daha yaxşı istifadə edil-
məsinə  səbəb  olur.  Yağ  sənayesində  köhnə  texnologiya 
üzrə  (açıq  hidravlik  preslərlə)  emal  zamanı  yağ  itkisi 
7,5%-ə çatdığı halda, vintli konveyer preslərindən istifadə 
edildikdə, bu itkilər yalnız 2,3% olur və, nəhayət, ekstrak-
siya metodu ilə emal edildikdə itki 0,9% -ə enir. 
Sənayedə  texniki  tərəqqinin  əsas  yollarından  biri  ol-
maq  etibarilə  istehsalın  kimyalaşdırılması  –  materiallara 
qənaət  edilməsinə  imkan  yaradan  amillər  içərisində  mü-
hüm  yer  tutur.  İstehsalın  kimyalaşdırılması  xammaldan 
kompleksli sürətdə istifadəni təmin edir.  
Böyük  istilik  aqreqatları  olan  müəssisələrdə  (məsə-
lən, qara və əlvan metallurgiya zavodlarında, tikinti mate-
rialları sənaye müəssisələrində, kimya sənayesinin bəzi sa-
hələrində və s.) yanacaq və istilik tullantılarından istifadə-
nin    xüsusilə  böyük  iqtisadi  əhəmiyyəti  vardır.  Havaya 
qalxan tüstü qazlarından  istifadə etmək üçün xüsusi utili-
zator qazanların qurulması, əvvəllər hədər gedən çoxlu is-
tiliyin  istifadəsini  təmin  etməklə  bərabər,  əsas  aqreqatın 


 
 
184 
bütün iş göstəricilərin də xeyli yaxşılaşdırır. İsti suyun ka-
nalizasiyaya  buraxılması  nəticəsində  də  çoxlu  istilik  itkisi 
əmələ gəlir və bununla da yanacağın verdiyi istiliyin 10% -
dən  20%-nə qədəri hədər gedir. 
Yeni texnikanın tətbiqi ilə  yanaşı olaraq, heç  də bö-
yük əsaslı xərc çəkmədən, texnologiyanı səmərələşdirmək 
və bütün istehsalın mədəniyyətini yüksəltmək üçün gündə-
lik, müntəzəm iş aparılması da itkiləri və tullantıları xeyli 
azaldır. 
Avadanlıqdan  istifadənin  yaxşılaşdırılması  və  isteh-
sal proseslərinin intensivləşdirilməsi yolu ilə də istehsal it-
kilərinin azaltmaq olar. Kərpic sənaye zavodlarında kərpi-
cin  sürətli  qaydada  bişirilməsi  üsulunun  tətbiqi  sobaların  
məhsuldarlığını  xeyli  artırmaqla  bərabər,  yanacaq  üzrə 
35–40%  qənaət  əldə  etməyə  və  elektrik  enerjisi  sərfinin 
təqribən 3 dəfə azaltmağa imkan verir. 
İstehsalın  təşkilinin  yaxşılaşdırılması  və  xüsusən  is-
tehsalın  ixtisaslaşdırılmasının  inkişafı  da  materiallar  üzrə 
qənaət əldə etmək üçün mühüm amil təşkil edir. Xarakte-
rik  cəhət  bundan  ibarətdir  ki,  ixtisaslaşdırılmamış  zavod-
larda müxtəlif metal məmulat, normallaşdırılmış alətlər və 
kütləvi  detallar  istehsalına  sərf  edilən  metal,  ixtisaslaşdı-
rılmış müəssisələrə nisbətən 1,5-2 dəfə artıq olur.  
Baha  tamam  olan  və  az  tapılan  xammal  və  material 
növlərinin yerinə əvəzedici materiallar sərf edilməsi qəna-
ət üçün çox mühüm vasitədir. Əvəzedicilər və yeni mate-
riallar  tətbiq  edilməsi  sahəsində  də  çox  böyük  imkanlar 
vardır.  Maşınqayırma  sənayesində  əlvan  metallar  əvəzinə 
müxtəlif qeyri – metal materiallar, məsələn, viniplast, po-
liizobutilen,  asbovinil,  polietilen,  faolit  və  sairənin  daha 
çox tətbiq edilməsi qənaət sahəsində mühüm tədbirlərdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə