Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   86

 
 
189 
-
 
təmir  üçün  işlədilən  materialların  (bərkidici  detal-
lar, surik, qurğuşun və s.) sərfi normaları; 
-
 
tara və qablaşdırma  materialların  (meşə  materialla-
rı, karton və s.) sərf normaları; 
       -  normal  əmək  şəraiti  üçün  işlədilən  yanacağın  və 
başqa materialların sərfi normaları və s. 
Elektrik  enerji  sərfi  normaları  ayrıca  bir  qrup  təşkil 
edir; bu normaları elektrik enerjisindən istifadə xarakterin-
dən, yəni elektrik motorları üçün hərəkətverici qüvvə kimi 
istifadə  edilməsi,  texnoloji  məqsədlərə,  məsələn,  elektrik 
sobalarında alümin, nikel və sairə əritmək sərf edilməsi və 
işıq  üçün  istifadə  edilməsi  xarakterindən  asılı  olaraq  ya-
rımqruplara bölmək olur. 
Tətbiq  dövrlərinə  görə  normalar  illik,  kvartallıq  və 
operativ cari normalara bölünür. İllik normalar məhsul (və 
ya  iş)vahidinə  bir  ildə  orta  hesabla  sərf  edilən  materialın 
maksimum miqdarını müəyyən edir. İllik normalar, müəs-
sisənin il ərzində orta hesabla əldə etməli olduğu sərfiyatın 
səviyyəsini əks etdirərək ayrı-ayrı plan dövrləri üzrə konk-
retləşdirilir. 
Metal sərfinin illik normaları kvartallıq (rüblük) nor-
malarına  bölünə  bilər.  Belə  bölgü  fəsillərindən  asılı  olan 
material  sərfi  cəhətdən,  məsələn,  elektrik  stansiyalarında 
yanacaq sərfi, donma istehsalında koks sərfi, dəmir yolla-
rında yanacaq sərfi cəhətdən daha əsaslı hesab oluna bilər. 
Materialların sərfinin illik normaları operativ – texni-
ki normalar şəklində dəqiqləşdirilir; bu normalar texnoloji 
prosesin  və  istehsal  təşkilinin  konkret  şəraiti  üçün  mak-
simum xammal və ya material sərfini müəyyən edir. Ope-
rativ –  texniki normalar illik normalardan onunla fərqlənir 
ki, bu normalar daha müfəssəl sürətdə tərtib edilir, müəssi-


 
 
190 
sədə həyata keçirilən ayrı-ayrı texniki və təşkilatı tədbirlə-
ri  daha  konkret  surətdə  nəzərdə  tutulur.  Material  sərfinin 
operativ  –  texniki  normalarının  tətbiq  müddəti  həm  də 
bütün müəssisələr üçün eyni deyildir. Bu normalar bir ay, 
iki ay, beş ay və i. a. yəni texnika və  ya istehsalın təşkili 
sahəsində  material  sərfi  üzrə  dəyişiklik  əmələ  gətirən  bu 
və  ya  digər  tədbirlərin  həyata  keçiriləcəyi  müddətə  qədər 
tətbiq edilə bilər. 
Material  sərfi  normaları,  onların  tətbiq  miqyasında 
asılı olaraq, fərdi normalara və toplu normalara bölünür. 
Müəyyən zavodda və ya müəyyən tip avadanlıqda (qazan-
da, sobada) hazırlanan konkret məhsul vahidinə sərf edilən 
material normaları fərdi normalara aid edilir. 
Bir neçə eyni müəssisə tərəfindən hazırlanan eyni bir 
məhsula (və ya görülən eyni bir işə) material sərfi norma-
ları toplu normalara aid edilir. Məsələn, bir neçə  elektrik 
stansiyası  tərəfindən  elektrik  enerjisi  hasil  edilməsi  üçün 
yanacaq sərfi normaları, bir neçə mədəndə neft çıxarılması 
üçün  elektrik  enerjisi  sərfi  normaları,  bir  neçə  zavodda 
hazırlanan  dəzgaha  qara  metal  prokatı  sərfi  normaları 
toplu norma sayılır. 
Normalaşdırma obyektindən asılı olaraq məmulat üz-
rə və detal üzrə (bəzən bağlamalar üzrə) normalar da biri – 
birindən fərqləndirilir. Məmulat üzrə normalar bütünlükdə 
məmulata  sərf  ediləcək  materialların  plan  üzrə  miqdarını, 
detal üzrə normalar isə əmin məmulatın ayrı – ayrı detalla-
rına (disk, təkər, örtük) plan üzrə sərf ediləcək materialla-
rın miqdarını müəyyən edir. 
Məmulat üzrə material normaları, bir qayda olaraq za-
vod  və  fabriklərdə  material  ehtiyatına  olan  tələbatı  müəy-
yən  etməkdən  ötrü  tətbiq  olunur.  Müəssisələr  daxilində 


 
 
191 
sexlərdə və sahələrdə isə detal üzrə normalar tətbiq olunur. 
Bunlar, əvvəllən, bütövlükdə məmulata material sərfi nor-
malarını  texniki cəhətdən hesablamaq üçün, ikincisi, sex-
lərə  buraxılan  material  limitlərini  müəyyən  etmək  üçün, 
üçüncüsü  isə,  sexlərdə  bitməmiş  istehsal  halında  qalması 
olan materialların  miqdarını hesablamaq üçün lazımdır. 
Normallaşdırılan materialların nomenklaturundan asılı 
olaraq, iriləşdirilmiş nomenklaturada müəyyən edilən ma-
terial  sərfi  normaları  və  təfsilləşdirilmiş  nomenklaturada 
müəyyən edilən material sərfi normaları da bir – birindən 
fərqləndirilir. 
İriləşdirilmiş göstəricilərlə müəyyən edilən normalar, 
müəssisənin  material  ehtiyatına  olan  illik  tələbatını  təyin 
etmək  üçün,  habelə  materiallara  qənaət  etmək  işində  za-
vodun  (fabrikin)  ümumi  nəticələrini  aşkara  çıxarmaq  və 
təhlil  etmək  üçün  tətbiq  olunur.  Detal  nomenklaturu  üzrə 
müəyyən  edilən  normalar  materiala  rüblük  xüsusiləşdiril-
miş  tələbnamələr  hazırlamaq  üçün  və  sexləri  konkret 
istiqamətli,  sortlu,  markalı  və  ölçülü  materiallarla  təchiz 
etmək üçün lazımdır. 
 
7.5. Dövriyyə vasitələrinin dövriyyəsi və onun 
sürətləndirilməsi yolları 
 
Dövriyyə  vəsaitlərin  istehsal  proseslərdə  istifadə 
olunması  böyük  əhəmiyyətə  malikdir.  Müəssisələrin  döv-
riyyə  vəsaiti  istehsalın  fasiləsiz  prosesinə  xidmət  edərək, 
daima  hərəkətdə  olur.  Müəssisə  vəsaitinin  bir  formadan 
başqa formaya keçməsinə, onların hərəkət prosesinin arası 
kəsilmədən  bir  mərhələdən  başqa  mərhələyə  keçməsinə 
dövr  etmə  deyilir.  Müəssisənin  dövriyyə  vəsaitinin  dövr 
etməsi  həmin  vəsaitin  tədavül  və  istehsal  sferasından  ke-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə