Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

 
 
198 
material uçotunu yaxşılaşdırmaq  yolu ilə ola bilər. Müəs-
sisələrdə  artıq  xammal,  material  ehtiyatlarının,  bitirilmə-
miş istehsalın yığılıb qalması maliyyə çətinliklərinə səbəb 
olur  və  təsərrüfatın  maliyyə  vəziyyətini  zəiflədir.  Borc 
müddətinin gecikdirilməsi nəticəsində müəssisələr cərimə-
lər və penilər verməyə, məhsulun maya dəyərini artırmağa 
və  qeyri  –  məhsuldar  xərclərə  və  zərərlərə  yol  verməyə 
məcbur qalır. 
Dövriyyə  vəsaitinin  dövretmə  sürətinin  artırılmasın-
da  həmin  vəsaitin  tədavül  sferasında  azalması  da  böyük 
rol oynayır. Normalaşdırılan vəsaitin quruluşunda tədavül 
sferasında  olan  hazır  məmulat  xeyli  yer  tutur.  Hazır  mə-
mulatın dövretmə surətinin artması yalnız sərf olunmuş is-
tehsal vəsaitlərini və əmək haqqını azad etmir, bu həm də 
mənfəət  və  dövriyyə  vergisi  formasında  cəmiyyətin  xalis 
gəlirini  reallaşdırmağı  sürətləndirir.  Bu,  hazır  məhsulun 
tezliklə  satılmasında,  həm  müəssisənin  özü  üçün,  həm  də 
maliyyə orqanları üçün maraq yaradır, çünki hazır məmu-
lat  satıldıqca  dövriyyə  vergisinin  hamısı  və  mənfəətin 
müəyyən hissəsi Dövlət büdcəsinə daxil olur. 
Məhsulun  realizasiyası  prosesinin  sürətləndirilməsi 
və  anbarlarda  çoxlu  miqdarda  hazır  məmulat  ehtiyatının 
yığılıb qalmasına yol verilməsinin satış fəaliyyətindən ası-
lıdır.  Hazır  məhsulun  satılması  işi  nə  qədər  yaxşı  təşkil 
edilərsə,  əmtəələr  də  bir  o  qədər  tez  realizə  edilər,  yəni 
müəssisələrin də vəsaitinin dövriyyə surəti artar. 
Müəssisələrin  satış  fəaliyyətində  dövriyyə  vəsaitinin 
dövretmə surətinin artırılmasının əsas yolları: material al-
maq  üçün  vaxtında  müqavilələr  bağlamaqdan  və  hazır 
məhsulu  yükləyib  yola  salmaq  üçün  vaxtında  naryad  al-
maqdan, əmtəə buraxılışını və onun yüklənib göndərilmə-


 
 
199 
sini sürətləndirməkdən və sənədlərin dövrünü yaxşılaşdır-
maqdan  ibarətdir.  Dövriyyə  vəsaitinin  dövretmə  surətinin 
artırılması  işində  mühüm  tədbirlərdən  biri,  fabrika  və  za-
vodların  bütün  fəhlə  və  qulluqçu  kollektivinin,  müəssisə-
nin bütün sahələrində dövriyyə vəsaitindən daha yaxşı isti-
fadə etmək uğrunda yarışa qoyulmasından ibarətdir. 
Dövriyyə vəsaitinin dövretmə surətinin artması nəti-
cəsində müəssisələrin dövriyyədən aldıqları vəsait il müd-
dətində müəssisələrin öz dövriyyə vəsaitinin azad olunmuş 
hissəsi Dövlət büdcəsinə keçirilir. 
Müəssisələrin  normalaşdırılan  dövriyyə  vəsaitinin 
dövretmə  surətinin  plandan  əlavə  artırılması  nəticələri 
müəssisələrin və təşkilatların illik mühasibat hesabatı üzrə 
müəyyən edilir. Dövriyyədən saldırılaraq büdcəyə keçiril-
miş dövriyyə vəsaitinin miqdarı, dövretmə surətinin plan-
dan  əlavə  artırılması  və  normalaşdırılan  dövriyyə  vəsaiti 
qalıqlarının  hesabat  ilinin  sonu  üçün  plana  nisbətən  azal-
dılması nəticəsində həqiqətən azad edilmiş vəsaitin miqda-
rına bərabər olmalıdır Müəssisələrin dövriyyə vəsaiti nor-
mativləri,  azad  olunmuş  və  büdcəyə  keçirilmiş  dövriyyə 
vəsaiti  məbləğinə  bərabər  miqdarda  azalır.  Azad  edilmiş 
vəsaitdən bu cür istifadə etmək qaydası, istər normalaşdı-
rılan  və  istərsə  normalaşdırılmayan  dövriyyə  vəsaitinin 
dövr surətini artırmaq üçün müəssisələri maraqlı edir. 
 
 
 
 
 
 
 


 
 
200 
FƏSİL 8. İNVESTİSİYA QOYULUŞU VƏ ƏSASLI 
TİKİNTİ 
 
8.1. İnvestisiya anlayışı, məqsədləri və fəaliyyəti 
 
Müasir  dövrdə  aparılan  tədqiqatlardan  məlum  olur  ki, 
investisiya anlayışı  geniş məzmuna, tərkibə malikdir. Mə-
lumdur  ki,  makroiqtisadiyyatda  qoyuluşları  ümumi  (məc-
mu) xarakterli tərkib elementlərindən biridir. Belə ki, fab-
rik,  zavod,  yaşayış  binalarının  tikilməsi,  yeni  maşın  və 
avadanlıqlarının alınması, həmçinin cari ildə istehsal edil-
miş,  lakin  istehlak  olunmamış  əmtəə-material  qiymətləri 
investisiya kimi qəbul  edilir. İnvestisiya  yeni  kapitalın is-
tehsal  maddi-əşya  elementlərinin  yaradılması,  həmçinin 
şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yi-
yələnməsinə vəsait sərfi kimi başa düşülür. 
İnvestisiya  –  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə 
etmək  məqsədi  ilə  təsərrüfatçılığa,  sahibkarlıqda  və  müx-
təlif növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, ha-
belə maddi və intellektual sərvətlərdən ibarətdir.  
İnvestisiyalar  –  həm  pul,  həm  də  real  kapitala  qoyul-
muş  vəsaitlərdir.  Bu,  pul  vəsaitləri,  kreditlər,  daşınan  və 
daşınmaz əmlaka, intellektual mülkiyyətə və digər dəyərli 
sahələrə  qoyulan  vəsaitlər  şəklində  həyata  keçirilə  bilər. 
Real kapitala qoyulan investisiyalar əsasən kapitalın təkrar 
istehsalına və bərpasına səbəb olurlar. İnvestisiya qoyulu-
şunun  əsas  məqsədi gələcəkdə  daha  çox  gəlir  əldə  etmək 
üçün  qoyulan  xərclərdir,  istehsalat  vasitələrinə  qoyulan 
əlavə  xərclərdir;  kapitalın  artırılması  məqsədilə  qoyulan 
xərclərdir və s.  
Bu vəsaitləri birləşdirərək vahid bir şəkildə investisiya 
anlayışını  belə  ifadə  etmək  olar:  “Müəssisənin  istehsalat 


 
 
201 
həcmində artım və mütəmadiliyin təmin edilməsi və gələ-
cəkdə  müəyyən  bir  zamanda  həyata  keçməsi  gözlənilən 
gəlirin  əldə  edilməsi  məqsədilə  maliyyə  vəsaitlərinin  is-
tehsalata istiqamətləndirilməsidir”. 
Müəssisələr müxtəlif məqsədlərlə investisiya qoyurlar. 
Bu məqsədlərin əsasları aşağıdakılardır:  
-  mövcud istehsalat səviyyəsini qorumaq üçün köh-
nəlmiş təchizatın yenisi ilə əvəz edilməsi
- istehsalat həcminin artırılması üçün vacib olan tex-
nologiyanın təmin edilməsi; 
- bazara yeni çıxan məhsulları istehsal etmək və yeni 
texnologiyalardan faydalanmaq
-    xərcləri  azaltmaq  və  ya  istehsalatı  artırmaq  və 
yaxud bunların hər ikisinin birlikdə öhdəsindən gəlmək; 
-    məhsulun  istehlakçıya  çatdırılmasında  daha  təsirli 
vasitələrə əl atmaq və bölgü kanallarını genişləndirmək
-    istehsal  edilən  məhsulun  keyfiyyətini  yüksəltmək 
və inkişaf etdirmək; 
-  iş şəraitinin yaxşılaşdırılmaq; 
- ətraf mühitin çirklənməsinin qarşısını almaq, xalqın 
sağlamlığını qorumaq və bu məqsədlə mövcud qanunveri-
ciliyə riayət etmək; 
-  bazar  şərtləri  ilə  ayaqlaşmaq,  bölgədə,  ölkədə  və 
dünyada rəqabət üstünlüyünü təmin etmək; 
-  müəssisənin  qarşılaşacağı  konkret  riskləri  aradan 
qaldırmaq və ya məhdudlaşdırmaq; 
-  müəssisənin  bazardakı  və  sənayedəki  payını 
qorumaq  və  səmərəliliyi  artırmaq  məqsədilə  tədqiqat  və 
inkişaf etdirmə fəaliyyətlərini həyata keçirmək
- müəssisədə işləyənlərin sağlamlığının rifahının qo-
runması və onların həvəsləndirilməsi və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə