Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

 
 
185 
Ən  çox  soda  işlədilən  sənaye  sahələrindən  biri  olan 
şüşə sənaye zavodlarında natrium sulfatı sodanın əvəzedi-
cisi yerini verməklə daha çox tətbiq edilməkdədir. 
Texniki  təyinatlı  məmulat  istehsalında  yeyinti  məh-
sullarının  başqa  məhsullarla  tamamilə  əvəz  edilməsi  xalq 
təsərrüfatı üçün böyük əhəmiyyətə malik olan bir məsələ-
dir.  Bir  çox  dəzgah,  motor,  transformator  və  başqa  növ 
avadanlığın və habelə avtomobillərin vəzni həddindən yu-
xarıdır. Bunun əsas səbəblərindən biri odur ki, bir çox ma-
şınlarda ayrı – ayrı detalların və bağlamaların möhkəmlik 
ehtiyatı həddindən artıqdır. 
Maşınların vəznini azaltmaqdan ötrü məmulatın kons-
truksiyasını  nəzərdən  keçirərək,  onların  sxemini  sadələş-
dirmək,  onların  ayrı  –  ayrı  detallarının  və  bağlamalarının 
sayını  azaltmaq,  maşınların  konstruksiyasında  daha  möh-
kəm materiallardan istifadə etmək, qaynaqlı konstruksiyalar 
tətbiq  etmək,  əyilən  və  içi  boş  yüngülləşdirilmiş  pro-
fillərdən  istifadə  etmək  və  detalların  üst  təbəqəsinin  möh-
kəmləndirilməsi metodlarını həyata keçirmək lazımdır.  
Xammal  və  yanacaq  üzrə  qənaətin  təşkilat  –  iqtisadi 
şərtləri  böyük  səmərə  verə  bilər.  Materiallar  üzrə  qənaət 
əldə etmək uğrunda mübarizədə, istehsal – texniki amillər-
lə yanaşı olaraq, təşkilati – iqtisadi şərtlərdən və istehsalın 
yaxşılaşdırılması  yolundakı  iqtisadi  vasitələrdən  də  geniş 
istifadə edilməlidir. 
Dövriyyə istehsal fondlarının istifadəsinin yaxşılaşdı-
rılması yolunda müəssisələr arası istehsal təcrübəsinin tət-
biqinin  genişləndirilməsi  əhəmiyyətli  amil  təşkil  edir. 
Müəssisələrin mühəndis – texnik işçilərinin əsas vəzifələ-
rindən biri də bütün dəyərli təşəbbüsləri müntəzəm sürətdə 
və əzmlə aşkara çıxarıb yaymaq, yeniliklərin qabaqcıl təc-


 
 
186 
rübəsini dərindən öyrənmək və müntəzəm sürətdə təcrübə 
mübadiləsi təşkil etməkdən ibarətdir.  
Xammal,  material  və  yanacaqdan  istifadə  yolunda 
tətbiq  edilən  qabaqcıl  metodlar  diqqətlə  yoxlanıldıqdan 
sonra müvafiq istehsal təlimatnamələrində, texnoloji xəri-
tələrdə və başqa texniki sənədlərdə təsbit edilməli və belə-
liklə, həyata keçirmək üçün məcburi şəklə salınmalıdır. 
Tələbatın planlaşdırılmamasının və dövriyyə fondları 
istifadəsinin  yaxşılaşdırılması  və  habelə  müəssisələrdə 
xammal,  material  və  yanacağın  hərəkətinin  düzgün  uçota 
alınması  da  materiallar  üzrə  qənaət  əldə  etmək  yolunda 
mühüm amil təşkil edir. 
Sonra,  müəssisələrin  material  –  texniki  təchizatının 
lazımi qaydaya salınması və lazım bütün istehsal vasitələ-
rinin müəssisələrə vaxtında və komplektli şəkildə çatdırıl-
ması,  materiallardan  daha  yaxşı  istifadə  olunması  işində 
mühüm rol oynayır. 
Beləliklə, materiallara qənaət etmək uğrunda mübari-
zə – müəssisələrin bütün fəhlə, mühəndis – texnik işçiləri 
və qulluqçuları kollektivinin mühüm vəzifəsidir. 
 
7.4. Dövriyyə vəsaitlərinin normalaşdırılması 
 
Müəssisənin vəsaitlərinə olan tələbatını müəyyən et-
mək,  həmin  müəssisənin  material  –  texniki  təchizatını 
düzgün təşkil etmək və materiallardan qənaətlə istifadə et-
mək  üçün  bunların  sərfinin  normalaşdırılması  böyük  əhə-
miyyətə malikdir. 
Material – enerji ehtiyatlarını sifarişlər və  müqavilə-
lər  ilə  əlaqələndirmək,  istehsalın  fasiləsizliyini  təmin  et-
mək    və  müəssisənin  maliyyə  vəziyyətini  yaxşılaşdırmaq 


 
 
187 
üçün  dövriyyə  vasitələrini  normalaşdırırlar.  Burada  əsas 
məqsəd  dövriyyə  vasitələrinin  ayrı  –  ayrı  ünsürləri  üzrə 
əsaslandırılmış norma və normativləri müəyyən etməkdir. 
Bu norma və normativlərin kəmiyyəti ilə olmalıdır ki, on-
lar  az  miqdarda  vəsaitlə  istehsal  prosesinin  və  məhsulun 
realizə  edilməsi  və  hesablaşmaların  müəyyən  olunmuş 
müddətlərdə həyata keçirilməsini təmin etsin. 
Maddi ehtiyatların sərfinə dair verilən normalar plan 
tapşırığı olub, istehsalın texnikası, texnologiyası və təşkili-
ni təkmilləşdirməkdən  ötrü planda nəzərdə tutulan tədbir-
lərin həyata keçirilməsini nəzərə almaqla məhsul vahidini 
hazırlamaq  və  ya  sənaye  xarakterli  işləri  yerinə  yetirmək 
üçün    lazım  olan  xammal  və  materialların  icazə  verilmiş 
maksimum miqdarını müəyyən edir. Material resurslarının 
sərfini normalaşdırmaqda məqsəd müəssisənin daxili ehti-
yat mənbələrini aşkara çıxarıb səfərbərliyə almaq və mate-
rialları səmərəli sürətdə və qənaətlə işlətməkdən ibarətdir. 
Xammal  və  material  sərfi  üzrə  normaların  əhəmiyyəti  bir 
də bundan ibarətdir  ki, onlar müəssisələrin material fond-
larına  olan  tələbatını  düzgün  müəyyən  etməyə  imkan  ve-
rir.  Bu  normalar  müəssisədə  zəruri  olan  materiallara  dair 
tələbatnamələri  tərtib  etmək  və  bu  tələbatnamələri  yoxla-
maq  üçün  material  –  texniki  təchizat  planlarını  tapmaq 
üçün təməl təşkil edir. 
Dövriyyə vəsaitləri üzrə olan normalar, maddi– enerji 
resursları  olan  normalar  kimi,  mütləq  kəmiyyətlərlə  (neçə 
günlük  ehtiyatla)  müəyyən  edilir.  Bu  zaman  müəssisənin 
özünə  məxsus olan xüsusiyyətləri nəzərə alınır: a) istehsal 
və  realizə  dövrünün  uzunluğu;  b)  istehsal  dövrünün  ha-
zırlığı; ç) emaletmə  və  yığma  sexləri arasında  bölüşdürül-
məsi;  d)  materialların  istehsala  buraxılması  dövriliyi; 


 
 
188 
e)məhsul təhvilverənlərin istehlakçı müəssisələrdən uzaqlı-
ğı; k) məhsul təhvilvermənin tezliyi, müntəzəmliyi; l) gön-
dərilən  məhsulların  komplektliyi  və  miqdarı;  m)  məhsul 
təhvilverənlərlə hesablaşma qaydası və forması və s. 
Sənaye  müəssisələr  vəsaitlərin  səmərəli  istifadəsi 
normaların  təsnifatını  nəzərdə  tutur  və  onların  müxtəlif 
növlərini fərqləndirir. Material ehtiyatlarının sərfi norma-
ları və yarım normaları onların işlənib hazırlanması  meto-
dikasından, təyinat və istifadə xarakterindən olan fərqləri-
nə və s. görə aşağıdakı formada təsnifləşdirilir: 
- normalaşdırılan materialın təyinatına görə; 
- normalar üçün nəzərdə tutulmuş dövrünə görə
- normalaşdırma obyektinə görə
- materialların nomenklaturundan asılı olaraq qrupla-
ra bölünür. 
Materialın  təyinatına  görə  normaları  təsnifləşdirər-
kən  birinci  qrupa  əsas  materialların  sərfi  normaları  daxil 
edilir. Bu normalar, bir qayda olaraq, hər konkret məmulat 
üçün ayrılıqda müəyyən edilir. 
İkinci  qrup,  köməkçi  materiallar  sərfinə  aid  norma-
lardan  ibarətdir.  Bu  qrupun  daxilində  bir  neçə  yarımqrup 
ayrılması  məqsədə  daha  uyğundur  ki,  bunlardan  da  hər 
birinin  özünə  məxsus  normalaşdırma  xüsusiyyəti  vardır. 
Məsələn: 
-
 
hazır  məhsula  cismən  daxil  olan  köməkçi  material 
(maşınqayırma  sayəsində  rənglər,  xam  kətanı  hazırlamaq 
üçün işlədilən xlor maddəsi və s.) sərfi normaları; 
-
 
əmək  alətlərinin  saz  işləməsi  üçün  sərf  edilən  kö-
məkçi material (sürtgü yağları, silmə materialları, ötürücü 
qayışlar və s.) sərfi normaları; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə