Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

 
 
140 
Bu  fondların  əsasında  orta  saatlıq,  orta  günlük,  orta 
aylıq və orta illik əmək haqqı müəyyən edilir.  
Saatlıq  əmək  haqqı  fondu  –  faktiki  işlənilən  vaxtın 
ödənilməsindən  ibarətdir.  Saatlıq  əmək  haqqı  fondunun 
tərkibinə  işəmuzd  qiymətlərlə  işəmuzdçu  fəhlələrin,  tarif 
maaşları üzrə vaxtamuzdçu fəhlələrin əməyinin ödənilmə-
si, işəmuzd-mükafatlı və işəmuzd-mütərəqqi sistemlər üz-
rə əlavələr daxil olur. 
Günlük  əmək  haqqı  fondu  –  faktiki  işlənilən  adam-
günlərə görə verilən haqqdan ibarətdir. Bura saatlıq əmək 
haqqı  fondu  və  yeniyetmələrə  qısaldılmış  iş  gününə  görə 
və südəmər uşaqlı analara verilən əlavələr daxil olur. 
Aylıq və illik əmək haqqı fondu – müəssisənin fəhlə-
ləri  üçün  hesablanılan  bütün  əmək  haqqı  ödəmələrindən 
ibarətdir. Bura gündəlik əmək haqqı fondu, növbəti və əla-
və  məzuniyyət üçün verilən haqq istifadə olunmayan  mə-
zuniyyətlərin  ödənişi,  uzun  müddət  işləməyə  görə,  dövlət 
və ictimai vəzifələrin yerinə yetirilməsinə görə verilən əla-
vələr,  işdən  çıxarkən  verilən  vəsait,  başqa  müəssisəyə  və 
oxumağa ezam edilən işçilərin əmək haqqı və s. daxil olur. 
Əmək  haqqının  aylıq  (illik)  hesabat  fondunun  tərkibinə 
bütün gün boşdayanmalar üçün ödənişlər də daxil edilir. 
Fəhlələrin  hesabat  əmək  haqqı  fondu  tərkibinə  bir 
çox  müxtəlif  ödənişlər  daxil  olur.  Bu  ödənişlər:  işəmuzd 
sistem əsasında əsas işəmuzd qiymətlər üzrə verilən əmək 
haqqından; mütərəqqi-işəmuzd sistem əsasında əmək haq-
qı  alan  fəhlələrə  əsas  işəmuzd  qiymətləri  üzrə  verilən 
əmək  haqqından;  işəmuzd  işləyənlərə  mütərəqqi-işəmuzd 
sistem üzrə verilən əlavələrdən; tarif maaşları üzrə verilən 
vaxtamuzd  əmək  haqqından;  vaxtamuzd  və  işəmuzd  işlə-
yənlərə  verilən  mükafatlardan;  iş  normalarında  nəzərdə 


 
 
141 
tutulmuş şərtlərin dəyişilməsi ilə əlaqədar olaraq işəmuzd 
işləyənlərə verilən əlavələrdən; iş vaxtından kənar görülən 
iş  üçün  verilən  əlavələrdən;  cari  (növbə  daxili)  işsiz  da-
yanma  saatlarında  verilən  əmək  haqlarından;  növbəti  mə-
zuniyyətlər  zamanı  verilən  əmək  haqlarından  və  sairələr-
dən ibarətdir. 
Adətən,  əmək  haqqını  uçota  aldıqda  və  onun  plan 
fondunu hesabladıqda müxtəlif ödənişlər, bəzi ümumi əla-
mətlərə  görə  qruplaşdırılır.  Əmək  məhsuldarlığını  təhlil 
edərkən  fəhlənin  illik  (və  ya  aylıq)  işi  və  müəyyən  dövr 
ərzində  günlük  və  saatlıq  işi  müəyyənləşdirildiyi  kimi, 
əmək haqqı fondunu da hesablayan zaman ümumi (illik və 
ya aylıq), günlük və saatlıq əmək haqqı fondunu bir-birin-
dən fərqləndirirlər. Əmək haqqı fondunun belə bölünməsi 
il (ay), gün və saat ərzində orta əmək haqqının dəyişikliyi-
ni  müəyyən  etməyə  və  həmin  rəqəmləri  işlənmiş  saat, 
növbə, ay və il üzrə əmək məhsuldarlığının dəyişikliyi ilə 
müqayisə  etməyə  imkan  verir.  Bu  əmək  haqqı  fondları 
növlərinə bir də nəzər salaq. 
Saatlıq əmək  haqqı fondu  –  faktiki olaraq  işlənilmiş 
saatlar  üçün  fəhlələrə  verilən  bütün  ödənişləri  əhatə  edir. 
Bununla da saatlıq fond işlənilmiş adam-saatların uçotu ilə 
bilavasitə  əlaqədardır.  Saatlıq  əmək  haqqı  fonduna  iş  gö-
rülməmiş vaxt üçün heç bir ödəniş və habelə əmək qanun-
ları  üzrə  kompensasiya  və  təminat  xarakterli  əlavə  haqq 
daxil edilmir. Həmin əlavələr günlük əmək haqqı fonduna 
daxil  edilir;  günlük  fonda  saatlıq  fonddan  başqa  qanunla 
və  ya  müştərək  müqavilə  ilə  müəyyən  edilmiş  hallarda 
haqqı ödənilməsi iş görülməmiş saatlar və işdə növbə-da-
xili fasilələr üçün verilən ödənişlər daxil edilir. 


 
 
142 
İşlənilmiş  adam-günlərlə  əlaqədar  olmayan  bütün 
başqa ödənişlər, məsələn, növbəti məzuniyyət üçün, uzun 
müddətli  xidmət  üçün,  bütöv  günlük  işsiz  dayanma  üçün 
və sair bu kimi hallarda verilən ödənişlər aylıq əmək haqqı 
fonduna daxildir. 
Plan  əmək  haqqı  fonduna  yalnız  normal  iş  zamanı 
zəruri olan məsrəflər daxil edilir. İstehsalın və əməyin təş-
kilində olan nöqsanlar nəticəsində əmələ gələn hər cür əla-
və  məsrəflər, normal iş şəraitindən kənara çıxılması, işsiz 
dayanmaq, brakı düzəltmək və s. hallar üzrə verilən əlavə 
haqlar  hesabatda  nəzərə  alınır,  lakin  əmək  haqqı  fondu 
planına daxil edilmir. 
Sex  və  müəssisə  üzrə  əmək  haqqı  fondu  planının  iş-
lənilib,  tərtib  edilməsi  işçilərin  hər  bir  qrupu  üzrə  zəruri 
olan ödənişlərin ayrılıqda hesablanmasını tələb edir. 
Sexin istehsal tapşırığının yerinə yetirilməsi üçün la-
zım olan əməliyyat və işlər üçün əsas işəmuzd qiymətlərə, 
əsasən, işəmuzd işləyən fəhlələrə  veriləcək bütün ödəniş-
lər  məmulatlar  üzrə  təyin  edilir,  burada  sexin  istehsal 
proqramı, müəyyən edilmiş texnologiya və hər bir əməliy-
yat üçün  nəzərdə  tutulmuş vaxt normaları  əsas götürülür. 
Beləliklə,  işçilərin  əsas  qrupunun  –  yəni  işəmuzd  işləyən 
fəhlələrin – əmək haqqı planı, sexdə bir məmulatın hazır-
lanması üçün icra ediləcək əməliyyatlar üzrə iş qiymətləri 
məcmunun  planda  göstərilmiş  məmulatın  miqdarına  vu-
rulması  yolu ilə müəyyən edilir.  
Məhsulun  tərkibi  sabit  olduqda  həmin  hesablamalar 
asanlaşır,  çünki  onu  hər  dəfə  yenidən  hesablamaq  lazım 
gəlmir,  yalnız  hər  bir  sexdə  əməliyyat,  detal  və  məmulat 
üzrə  mövcud  olan  toplu  normalaşdırıcı  kartaları  və  işə-
muzd  qiymətləri  dürüstləşdirməklə  kifayətlənilir;  burda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə