Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

 
 
150 
Əsas fondların ayrı-ayrı növləri arasındakı nisbət on-
ların quruluşunu təşkil edir ki, bu da ayrı-ayrı sahələrin is-
tehsal xüsusiyyətlərindən asılıdır. 
 Sənaye müəssisələrində əsas fondların mövcud olma-
sı,  istifadəsi,  onların  qiymətləndirilməsi  vasitəsilə  aparılır. 
Onlar  natural  və  dəyər  ifadəsində  uçota  alınır  və  qiymət-
ləndirilir.  Əsas  fondların  natural  forması  bir  çox  cəhətdən 
bu  və  ya  digər  müəssisənin  texnoloji  xüsusiyyətləri  ilə 
müəyyən edilir. Qara metallurgiya zavodlarında əsas fond-
lara  domna  və  marten  sobaları,  prokat  dəzgahları,  bunlara 
xidmət edən avadanlıq və s. daxildir. Maşınqayırma zavod-
larında əsas fondlara dəmirçi-press avadanlığı, tökmə ava-
danlığı, metalkəsən dəzgahlar və başqa avadanlıq daxildir.  
Əsas fondların natural  göstəricilər üzrə təhlili müəs-
sisənin işi üçün böyük əhəmiyyətə malikdir, çünki bu təh-
lil  ayrı-ayrı  sexlərin  və  sahələrin  istehsal  imkanlarını 
müəyyən etməyə yardım göstərir. Eyni zamanda fondların 
ümumi  dinamikasını  hesablamaq  üçün  müəssisənin  əsas 
fondları  yalnız  natural  göstəricilərlə  deyil,  həmçinin  pul, 
yəni dəyər formasında da uçota alınır. 
İstehsal  əsas  fondlarının  dəyərcə  pul  vasitəsilə  qiy-
mətləndirilməsinin 3 üsulunu: tam ilkin dəyərə, tam bərpa 
dəyərinə  və  qalıq  dəyərinə  görə  qiymətləndirilməsi 
üsullarını fərqləndirirlər. 
1.
 
Tam ilkin dəyərə görə – əsas fondların qiymətlən-
dirilməsi  vaxtında  onların  tikilməsi,  alınması,  gətirilməsi 
və  quraşdırılması  müəssisəyə  neçəyə  gəlmişdir.  Buna  ba-
lans dəyəri deyilir. 
2.
 
Tam  bərpa  dəyərinə  görə  –  əsas  fondların  tam  il-
kin  dəyərinə  görə  qiymətləndirilməsindəki  qüsuru  aradan 
qaldırır. Həmin dəyər fəaliyyətdə olan əsas fondların yeni 


 
 
151 
şəraitdə mənəvi köhnəlməni və tikinti – quraşdırmada baş 
vermiş dəyişikliklərini nəzərə alaraq, yaradılmasının neçə-
yə başa gəldiyini göstərir və əsas fondlar vaxtaşırı yenidən 
qiymətləndirilir. 
3.
 
Qalıq dəyərinə görə – hazırkı müddətdə əvvəllər-
də istifadə olunmuş əsas fondların dəyərindən hələ nə qə-
dər qaldığını göstərir. Fondların bu dəyər üzrə qiymətlən-
dirilməsinin  iqtisadi  əhəmiyyəti  bundadır  ki,  o,  əsas 
fondların  hazırda  ilk  dəyərindən  hələ  hansı  hissəsinin 
qaldığını,  yəni  nə  qədər  dəyəri  hazır  məhsula  keçirməli 
olduğunu  göstərir.  Əsas  fondların  köhnəlmə  dəyəri  çıxıl-
maqla hesablanan dəyərinə qalıq dəyəri deyilir. 
 
6.2.  Əsas fondların aşınması, amortizasiya və təmiri 
 
Əsas  fondların  yaradılmasına  və  bərpa  edilməsinə 
qoyulan xərcləri əks etdirən bütün bu dəyər onların işlədi-
yi bütün müddət ərzində tədriclə hazır məhsula keçir. İllik 
köhnəlmənin  kəmiyyəti  təbii  olaraq,  yalnız  bu  dəyərdən 
deyil, həmçinin əsas fondların iş müddətindən də asılı ola-
caqdır.  
Əsas fondların iş müddəti bir sıra amillərdən, məsə-
lən,  binaların,  tikililərin  və  avadanlığın  konstruksiyasın-
dan, onların hazırlanması üçün istifadə edilmiş  material-
lardan, əsas fondların işlənilməsi şəraitindən, müəyyən də-
rəcədə  bunların  işlə  yüklənilməsi  səviyyəsindən,  əsas 
fondlara  xidmət  edən  kadrların  ixtisasından  və  s.  asılıdır. 
Əsas  fondların  iş  müddətinə  ayrı-ayrı  amillər    göstərdiyi 
təsiri nəzəri cəhətdən hesablamaq son dərəcə çətindir, bu-
na görə də həmin amillərin təsiri dərəcəsi  demək olar ki, 
yalnız təcrübə əsasında müəyyən edilir.  


 
 
152 
İstehsal prosesində əsas fondlar qeyd etdiyimiz kimi, 
ilkin  natural  formasını  saxlayaraq,  tədricən  köhnəlir  və 
aşınırlar. Köhnəlmə ifadəsi ilə əsas fondların dəyərinin bir 
hissəsinin  itirilməsi  prosesi  nəzərdə  tutulur  və  yaradılmış 
məhsulun üzərinə hissə-hissə keçirilir.  
Hər  bir  müəssisə  müntəzəm  surətdə  xüsusi  fonda, 
əsas fondların köhnəlməsini əks etdirən miqdarda ayırma-
lar  keçirməlidir.  Müəssisənin  bir  il  ərzində  xüsusi  fonda 
keçirdiyi ayırmalar, təbii olaraq, əsas fondun illik köhnəl-
mə kəmiyyətini əks etdirməlidir. Bu ayırmalara amortiza-
siya  ayırmaları,  toplanan  vəsaitə  isə    amortizasiya  fondu 
deyilir.  
Amortizasiya  –  istehsal  əsas  fondlarının  dəyərinin 
həmin  fondların  köməyi  ilə  yaradılmış  məhsulun  üzərinə 
tədricən  keçirilməsi,  pul  vəsaitlərinin  məqsədli  yığımı  və 
sonrakı təkrar istehsalında, bərpasında istifadəsi deməkdir. 
Əsas  fondların  bütün  iş  dövrü  üçün  edilən  amortizasiya 
ayırmaları həmin fondların  yaradılması və bərpa edilməsi 
xərclərini  ödəməlidir.  Buna  uyğun  olaraq,  il  ərzindəki  
amortizasiya ayırmaları əsas fondların yaradılması və bər-
pa  edilməsi  xərclərinin  həmin  fondların  işlədildiyi  illərin 
sayına bölünməsi nəticəsində alınmış məbləğə bərabər ol-
malıdır.  
Təcrübədə  illik  amortizasiya  ayırmaları  əsas  fondla-
rın  həmin  müəssisə  üçün  müəyyən  edilmiş  amortizasiya 
normasına görə hesablanır və aşınma dərəcəsini məhsulun 
üzərinə keçirən dəyər hissəsi müəyyən edilir. 
İllik  amortazisiya  ayırmalarının  kəmiyyəti  amortiza-
siya  norması  əsasında  müəyyən  edilir.  Amortizasiya  nor-
ması – amortizasiya  ayırmalarının əsas fondların orta illik 
dəyərinə nisbətinin faizlə ifadəsidir, yəni:  


 
 
153 
 
 
Toplanan  pul  vəsaitləri  əsas  fondların  tam  bərpası 
üçün  nəzərdə  tutulan  xüsusi  pul  fonduna  –  amortizasiya 
fonduna keçirilir. Bu fond əsas fondların  bərpası üçün sti-
mul yaradır. 
Amortizasiya əsas fondların yeni yaradılan məhsulun 
maya dəyərinə daxil edilən hissəsini ifadə edir. 
Amortizasiya fondu əsaslı təmir işlərinin və əmək  və-
saitlərinin  modelləşdirilməsinin  maliyyələşdirilməsi  mən-
bəyindən biridir. 
Amortizasiya ayırmalarını hesablamaq üçün əsas fond-
ların  fiziki, mənəvi və sosial aşınmasını fərqləndirirlər. 
Əsas fondların fiziki aşınması  – onların istismarı nə-
ticəsində,  yaxud təbii  olaraq, köhnəlməsidir.  Əsas fondla-
rın fiziki aşınmasının iki növü: işləməkdən aşınma və təbii 
aşınmaşı mövcuddur. 
İşləməkdən  aşınma  –  əsas  fondların  istismarı  prose-
sində onların istehsal istehlakı nəticəsində, təbii aşınma isə 
təbii  amillərin  dağıdıcı  təsiri  ilə  baş  verir.  Əsas  fondların 
fiziki  aşınması  həm  onların  istismarı  müddətindən  və  in-
tensivliyindən,  həm  də  saxlanılması  şəraitindən  asılıdır. 
Əsas  fondların  fiziki  aşınma  dərəcəsi  onların  faktiki  və 
normativ  xidmət  müddətlərinin  nisbəti  ilə  müəyyən  olu-
nur.  Faktiki  xidmət  müddəti  normativdən  az  olan  obyekt-
lər  üzrə  əsas  fondların  fiziki  aşınma  əmsalı  –  faktiki  xid-
mət  müddətinin  normativ  xidmət  müddətinə  nisbəti  kimi 
təyin edilir. Faktiki xidmət müddəti normativ müddətə bə-
rabər,  yaxud  ondan  yüksək  olan  obyektlər  üçün  əsas 
fondların fiziki aşınma əmsalı – faktiki xidmət müddətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə