Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

 
 
127 
Minimum əmək haqqı   bütün işləyənlər üçün dövlət 
tərəfindən  müəyyən  vaxta  qəbul  edilmiş  minimum  əmək 
haqqıdır. Minimum əmək haqqı istehlak qiymətləri indek-
sinin artması ilə əlaqədar mütəmadi olaraq yenidən baxılır. 
Müasir zamanda minimum əmək haqqı  yüz manata yaxın 
müəyyən olunub. 
Cəmiyyətin quruculuğu təcrübəsində, müəssisədə hər 
bir iş sahəsi üçün əməyin ödənilməsi şərtlərinin müəyyən-
ləşdirilməsinə dair üsullar hazırlanmışdır. Sənaye  müəssi-
sələrində  fəhlələrin  əmək  haqqının  təşkili  tarif  sistemi  və 
əməyin ödənilməsi formaları üzrə müəyyən edilir. 
Tarif  sistemi  tarif-ixtisas  arayış  kitabçalarında,  tarif 
cədvəlindən və tarif maaşlarından ibarətdir. 
Tarif-ixtisas  arayış  kitabçalarında  müəssisədə  görü-
lən işlərin istehsal xarakteristikası verilir ki, bu da fəhlələ-
rin  ixtisasını  müəyyən  etmək  və  onların  gördükləri  işləri 
qiymətcə müqayisələndirmək üçün əsas təşkil edir. 
Tarif-cədvəli  fəhlələrin  ixtisaslarından  asılı  olaraq, 
əmək  haqqı  üzrə  nisbətləri  müəyyən  edir.  Tarif  dərəcəsi 
fəhlənin  ixtisas  dərəcəsini  xarakterizə  edir:  daha  yüksək 
ixtisasa tarif cədvəlinin daha yüksək dərəcəsi uyğun gəlir. 
Tarif maaşı müəyyən edilmiş tarif cədvəlinə və ixti-
sas arayış kitabçasına müvafiq olaraq, görülən müxtəlif iş-
lərə qarşı ödəniləsi əmək haqqının qədərini müəyyən edir. 
Tarif sistemi hər bir iş üzrə əmək haqqının ödənilmə-
sində  daimi  və  bərabər  şərtlərin  olması  və  hər  bir  işçiyə 
müəyyən  minimum  əmək  haqqı  verilməsi  üçün  təminat 
yaradır,  eyni  zamanda  tarif  sistemi  əmək  haqqı  üzrə  he-
sablamaların düzgünlüyünü yoxlamaq üçün imkan yaradır. 
Tarif maaşları adətən müştərək müqavilələrə daxil edilir.  


 
 
128 
I  dərəcənin  tarif  maaşının  qədəri  və  tarif  cədvəli  də-
rəcələri arasındakı nisbətlər yalnız müəyyən bir müəssisə-
nin işçiləri üçün  deyil, habelə  bütünlüklə  sənaye  üçün də 
böyük  əhəmiyyətə  malikdir.  Tarif  üzrə  maaşın  səviyyəsi 
bu və  ya başqa  müəssisəyə, ölkənin bu və  ya başqa rayo-
nuna  işçilər  cəlb  edilməsinə  təsir  göstərir.  Buna  görə  də 
sənayenin  bütöv  bir  sahəsi  üçün  tarif  sistemi  razılaşdırıl-
mış qaydada müəyyən edilir. 
Tarif  maaşı  əmək  haqqının  ölçüsünü  vaxt  vahidi  – 
saat,  gün,  ay  ərzində  müəyyənləşdirir.  Fəhlələr  üçün  o, 
gün ərzində (gündəlik) və ya saat ərzində (saatlıq) I dərə-
cəli  əmək  haqqı  şəklində  müəyyən  olunur.  Yüksək  tarif 
dərəcələrinə aid edilən işlər üçün əmək haqqının miqdarı I 
dərəcənin əmək haqqını tarif dərəcələri üzrə müvafiq tarif 
əmsalına vurmaqla müəyyənləşdirilir. 
Tarif  cədvəlində  dərəcələr  arasındakı  artım  fərqi  nə 
qədər  çox  olarsa,  fəhlə  aşağı  dərəcədən  yuxarı  dərəcəyə 
keçməkdə maddi cəhətdən daha çox maraqlı olar, öz ixti-
sas  səviyyəsini  artırmağa  cəhd  göstərər,  onun  əmək  məh-
suldarlığı  və  gördüyü  işin  keyfiyyəti  yüksələr  və  nəticə 
etibarilə istehsalın səmərəliliyi təmin edilmiş olar.  
Sənaye müəssisələrində fəhlələrə verilən əmək haqqı 
formaları böyük əhəmiyyətə malikdir. Əmək haqqı forma-
larının  düzgün  seçilməsi  müəssisənin  müvəffəqiyyətlə  iş-
ləməsi,  əmək  məhsuldarlığının  artırılması  və  məhsulun 
maya  dəyərinin  aşağı  salınması  üçün  böyük  əhəmiyyətə 
malikdir. 
Sənaye  müəssisələrində  əməyin  ödənilməsinin  əsas 
formaları  –  işəmuzd  və  vaxtamuzd  əmək  haqqı  formaları-
dır.  Əmək  haqqının  bu  əsas  formaları  müxtəlif  mükafat 
növləri  ilə  tamamlanır.  İşəmuzd  əmək  haqqı  formasında 


 
 
129 
işçi istehsal etdiyi məhsulun, yaxud yerinə yetirdiyi işlərin 
kəmiyyət  və  keyfiyyətinə  uyğun  olaraq  mükafatlandırılır. 
Əməyin  ödənilməsinin  bu  forması  əmək  nəticələri  dəqiq 
və  tam  uçota  alınan  işlərdə  tətbiq  edilir.  İşəmuzd  əmək 
haqqı əməyin ödənilməsinin əmək haqqının təşkili prinsip-
lərinə uyğundur, elmi əsasda qurulur və əmək məhsuldar-
lığının yüksəldilməsinin mühüm vasitəsidir, hər bir işçinin 
şəxsi mənafeyi ilə ümum müəssisə mənafeyinin əlaqələn-
dirilməsinə imkan verir. 
İşəmuzd əmək haqqı sisteminin tərkibi:  
-
 
müstəqim (birbaşa); 
-
 
qeyri-müstəqim (dolayı); 
-
 
işə görə-mütərəqqi; 
-
 
işə görə-mükafatlı; 
-
 
akkord sistemi formasında tətbiq edilir. 
İstehsalda  əsas  işlər  üzrə,  adətən,  hər  bir  fəhlənin 
əməyinin  fərdi  nəticələrinin  normalaşdırılması  və  uçota 
alınması üçün imkan vardır. Buna görə də sənaye müəssi-
sələrində fəhlələrə verilən əmək haqqının üstün sistem for-
ması,  müstəqim  fərdi  işəmuzd  əmək  haqqından  ibarətdir 
ki,  bu  da  adətən  sadəcə  olaraq  işəmuzd  əmək  haqqı  adla-
nır. Bütün sənaye fəhlələrinin dörddə üç hissəsindən çoxu-
na işəmuzd sistemi üzrə əmək haqqı verilir. Müstəqim işə-
muzd əmək haqqının ən mühüm üstünlüyü bundan ibarət-
dir ki, fəhlənin əmək haqqı onun müəyyən bir dövr ərzin-
də  istehsal  etdiyi  yararlı  məhsulun  (detalların,  əməliyyat-
ların  və  s.)  miqdarına  tam  uyğun  olaraq  dəyişilir.  Buna 
görə də işəmuzd əmək haqqı sistemi öz əməyinin nəticələ-
ri  üzrə  işçilərdə  şəxsi  maddi  maraq  yaratmaq  prinsipinə 
daha  çox  uyğun  gəlir.  İşəmuzd  sistemi  istehsal  üçün  də 
faydalıdır: bu sistem fəhlələrin ustalığının artmasına, ava-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə