Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

 
 
241 
nan  əmək  ödənişlərinin  (sığorta  haqqları  hesablanmayan 
ödəniş  növlərindən  başqa)  ümumi  məbləğinə  mütənasib 
olaraq hesablanan məcburi ayırmalar əks etdirilir
d)  əsas  fondların  köhnəlməsi  (amortizasiya)  –  ünsü-
ründə əsas istehsal fondlarının balans dəyəri ilə hesablan-
mış məbləğləri əks etdirilir; 
e)  sair  xərclər  –  ünsürü  üzrə  xərclər  aşağıdakı  kimi 
qruplaşdırılır: 1) istehsalın hazırlanmasına və mənimsənil-
məsinə sərf edilən xərclər; 2)  yeni  müəssisələrin, sexlərin 
və  aqreqatların  mənimsənilməsinə  sərf  edilən  xərclər;  3) 
kütləvi  və  seriyalı  istehsal  üçün  nəzərdə  tutulmayan 
məhsul  istehsalı  hazırlığına  və  mənimsənilməsinə  çəkilən 
xərclər; 4) istehsalın təşkili və texnologiyasının təkmilləş-
dirilməsi, habelə məhsulun keyfiyyətinin yüksəldilməsi ilə 
əlaqədar olan xərclər; 5) ixtiralar və səmərələşdirici təklif-
lərlə  əlaqədar  olan  xərclər;  6)  istehsal  prosesinə  xidmət 
xərcləri; 7) istehsal fondlarının işçi vəziyyətində saxlanıl-
ması  xərcləri;  8)  normal  iş  şəraitinin  yaradılması  üzrə 
xərclər;  9)  istehsalın  idarə  edilməsi  ilə  əlaqədar  olan 
xərclər; 10) təbiətin  mühafizəsi üzrə olan xərclər; 11) au-
dit,  informasiya  və  məsləhət  xidmətləri  üzrə  xərclər;  12) 
ezamiyyə,  reklam  və  nümayəndəlik  xərcləri;  13)  texniki 
idarəetmə vasitələrinin saxlanılması üzrə xərclər və s. 
Konkret məmulatın, məhsul vahidinin maya dəyərini 
müəyyən etmək üçün xərclər kalkulyasiya maddələri üzrə 
və  onların  sərf  olunma  yeri  və  məqsədli  təyinatı  nəzərə 
alınmaqla  qruplaşdırılır.  Kalkulyasiya  maddələrinin  əksə-
riyyəti öz iqtisadi tərkibinə görə kompleks xarakter daşıyır 
və  ona  görə  də  onlar  həm  maddi  məsrəflərin  ünsürlərini 
(məsələn,  xammalı,  materialı  və  s.),  həm  də  əməyin  ödə-
nilməsi üzrə xərcləri özündə əks etdirir.  


 
 
242 
Kalkulyasiya  maddələrinə  görə  məhsulun  maya  də-
yərinin tərkibinə daxil edilən xərclər aşağıdakı kimi qrup-
laşdırılır:  xammal  və  materiallara  çəkilən  xərclər;  satın 
alınmış  məmulat  və  yarımfabrikatların  dəyəri;  qaytarılan 
tullantıların  dəyəri;  texnoloji  məqsədlər  üçün  yanacaq  və 
enerjinin  dəyəri;  istehsal  fəhlələrinin  əsas  və  əlavə  əmək 
haqqı;  sosial ehtiyaclara ayırmalar; istehsalın hazırlanma-
sı və mənimsənilməsi xərcləri; alət və tərtibatların aşınma-
sı xərcləri;  avadanlığın saxlanılması və  istismarı xərcləri;  
ümumzavod  və  sex  xərcləri;  zay  məhsul  hesabına  itkilər; 
sair istehsal xərcləri və nəhayət, istehsaldan kənar xərclər. 
  Məsrəflərin məhsulun ayrı-ayrı növlərinin maya də-
yərinə  aid  edilməsi  üsulundan  asılı  olaraq  məsrəflər  bir 
neçə növ xərclərə ayrılır: birbaşa (müstəqim), dolayı (qey-
ri-müstəqim),  şərti-sabit,  şərti-dəyişən,  əsas,  əlavə,  sadə, 
kompleks xərclər. 
Birbaşa    (müstəqim  xərclər)  məhsulun  hazırlanması 
ilə bilavasitə əlaqədar  olan və onun ayrı-ayrı  növləri üzrə 
uçota alınan məsrəflərdir.  Bu xərclər məhsul hazırlanması 
prosesi ilə bilavasitə əlaqədardır və istehsal olunan məmu-
lat vahidinin maya dəyərinin tərkibinə daxil edilir. Birbaşa 
xərclərə aiddir: xammal, materiallar və alınmış yarım fab-
rikatlara,  istehsal  işçilərinin  əmək  haqqı,  müəyyən  məq-
sədli alətlər  və tərtibatların aşınması,  yeni növ  məhsul is-
tehsalının  mənimsənilməsi  xərcləri  və  digər  xüsusi  xərc-
lər. Bu xərclərə aid olan məsrəflərin nomenklaturu sənaye 
sahələrinin  xüsusiyyətlərindən  və  istehsalın  xarakterindən 
asılıdır.  
Dolayı və ya (qeyri-müstəqim xərclər) – konkret məh-
sul növləri üzrə hesablanması mümkün və ya məqsədə uy-
ğun  olmayan  məsrəflər  bu  növ  xərc  sayılır.  Bu  məsrəflər 


 
 
243 
məhsulun ayrı-ayrı növlərinin maya dəyərinə bilavasitə de-
yil, dolayı, yəni həmin məsrəflərin məhsul növləri arasında 
bölüşdürülməsi  yolu  ilə  daxil  edilir.  Sənayedə  belə  məs-
rəflərə avadanlığın saxlanılması və istismarı xərcləri, sex və 
ümumzavod  (ümumfabrik)  xərcləri  aid  edilir.  Bu  xərclər, 
əsas  istehsal  fəhlələrinin  əmək  haqqına  mütənasib  olaraq, 
yaxud  bölüşdürmə  üçün  əsas  götürülmüş  hər  hansı  bir 
başqa əlamətə görə  bölüşdürülür
Dolayı  xərclərə  misal  olaraq  binaların  qızdırılması, 
işıqlandırılması, amortizasiya və s. bu kimi xərclər vahidi-
nin maya dəyərinin tərkibinə mütənasib olaraq daxil edilir. 
  Şərti  –  sabit  xərclər  –  müəyyən  dövr  ərzində  sabit 
(dəyişməz) qalır və  ya istehsalın həcmi müəyyən dəyişik-
liklərə məruz qaldıqda cüzi, az dəyişir. Belə xərclərə misal 
olaraq istehsalat binalarının qızdırılmasına, işıqlandırılma-
sına,  avadanlıqların  istismarına  və  onların  saz  vəziyyətdə 
saxlanılmasına  çəkilən  xərcləri,  sex  və  ümumzavod  xərc-
lərini göstərmək olar. 
  Şərti – dəyişən xərclər – istehsalın həcmindən bila-
vasitə  asılıdır  və  ona  müvafiq  olaraq  dəyişilir.  Məsələn, 
texnoloji məqsədlər üçün istifadə edilən  yanacaq və ener-
jiyə çəkilən xərclər, fəhlələrin əmək haqqı və s. 
Əsas  xərclər  –  bilavasitə  məhsulun  hazırlanması  ilə 
əlaqədar olan xərclərdir. Belə xərclərin tərkibinə texnoloji 
cəhətdən zəruri olan və məhsulun hazırlanması prosesində 
tamamilə  istehlak  olunan  maddi-enerji  ehtiyatlarına 
çəkilən xərclər, fəhlələrin əmək haqqı və s. daxil edilir. 
Əlavə xərclər  –  istehsalın təşkili və idarə edilməsin-
dəki qüsurlar, müqavilə öhdəliklərinin və plan-uçot intiza-
mının pozulması nəticəsində əmələ gələn nəzərdə tutulma-
mış  itkiləri  və  xərcləri  özündə  əks  etdirir.  Əlavə  xərclərə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə