Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə101/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   113
 
VYETNAM 
 
Paytaxtı – Hanoy 
Rəsmi dili – vyetnam dili 
Dini – buddizm 55%, daosizm 12% 
Pul vahidi – vyetnam donqu 
 
Vyetnam cənub-şərqi Asiyada yerləşir. Ölkə Hind-Çin ya-
rımadasının şərq sahili boyu 1600 km məsafədə şimaldan cənu-
ba doğru uzanır. Qərbdə Laos və Kamboca, şimalda Çin ilə həm-
sərhəddir. 
Vyetnamda subekvatorial musson iqlim hakimdir. Qışda 
cənub bölgələri isti, şimalda isə hava sərin olur. 


258 
Vyetnam həm də düyü ölkəsidir. Düyü burada çox yetiş-
dirilir və çox yeyilir. Demək olar ki, vyetnamlılar ancaq düyü-
nü tanıyırlar. Onlar üçün düyü çörəkdir. Onu bütün yeməklərə 
əlavə edirlər. Hər yerdə - evdə, restoranda sifariş edilməsə belə 
bütün yeməklərin yanında düyü verilməlidir. Vyetnamlılar bu-
nu təkcə yemir, bu, vyetnam mətbəxinin şərti işarəsidir. Onlar 
bunu təbii formada 

un və düyü kağızı kimi istifadə edirlər. 
Hətta belə bir deyim var: Vyetnamda araq belə düyüdən hazır-
lanır. Vyetnam bir ölkə kimi düyü istehsalı və ixracına görə 
dünyada ikinci yeri tutur. Çəltik sahələrinə hər addımbaşı rast 
gəlmək olar. Əsas çəltik plantasiyaları Vyetnamın cənub bölgə-
lərində yetişdirilir. Ora xüsusilə aprelin əvvəli və ortası çox gö-
zəl olur. Vyetnamda ildə üç dəfə düyü yığılır. Buna isti və rütu-
bətli iqlim təsir edir. İxrac edilən düyünün 90%-i Mekonq ça-
yında yetişdirilir. Hər bir vyetnamlı ildə 200 kq düyü yeyir. 
Düyü vyetnamlılar üçün sağlam qidadır. Vyetnamlılar deyir ki, 
düyü insan orqanizmi üçün lazım olan minerallar, mikroele-
mentlər, B qrupu vitaminləri ilə zəngindir. Ona görə də vyet-
namlılar həyatlarından razıdırlar. Onlar düyünü duzsuz, əda-
vasız hazırlayır. Onu hər xörəklə yeyir, hərdən sous da əlavə 
edirlər. Hətta onların mətbəxində düyü desertinə də rast gəlmək 
olar. Banan qabığına bükülmüş yeni il yeməyi kimi.
Vyetnamın qida mədəniyyəti fransız, çin, italyan, tay mət-
bəxinin ənənələrinin birləşməsini təmsil edir. 
Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız 
mətbəxinin ənənələri geniş yayılıb. Vyetnam mətbəxində fransız 
təsiri özünü ilk növbədə paştet və pendirdə göstərir. Ölkə, həmçi-
nin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib. 
Vyetnam mətbəxi öz müxtəlifliyinə görə də digərlərindən 
fərqlənir. Deyilənə görə burada 500-ə yaxın milli yemək nümu-
nəsi var. Ölkənin ən məşhur milli yeməklərinə: “kom”(düyü), 
“Fo”(əriştə şorbası), “çaka” (balığın qızardılmış yumşaq əti), 
“çajo” ( ət və tərəvəzli rulet) aiddir. Düyü nişastasından və mey-
vələrdən hazırlanmış desertlər də bu ölkədə çox məşhurdur. 


259 
Burada müxtəlif orijinal meyvələr də vardır: əjdaha meyvəsi, 
jajabe, xaki, lonqan, pomelo, üççəyirdəkli albalı, su alması və s. 
Bəzi yeməklərin hazırlanmasında avropalılar üçün çox qəribə 
görünən ilanlardan, qurbağalardan, hörümçəklərdən istifadə edilir. 
Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə 
çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Vyet-
namlılar özləri öz mətbəxlərini belə xarakterizə edirlər: xoşa-
gəlməz qoxuyla müşayiət olunan mükəmməl dad. 
Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. 
Ölkənin şimalı daha çox şorbası, qızardılmış əti, dəniz məhsul-
ları ilə tanınır. Ölkənin cənubunda isə ədviyyatlardan daha çox 
istifadə olunur. 
Yerli vyetnamlılar çox zəngin mədəniyyətə malik sülhse-
vər bir xalqdır və bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb 
edirlər. Turistlər Vyetnamın böyük şəhərlərində hər zövqə və 
münasib qiymətə uyğun restoran tapa bilərlər. Bu mətbəxdə is-
tifadə olunan ədviyyatlar adidir, lakin qonşu tay və ya hind 
mətbəxlərində istifadə olunan ədviyyatlarla müqayisdə o qədər 
yandırıcı deyil. Vyetnam mətbəxində darçın və cirə kimi daha 
incə ədviyyat qarışıqlarından istifadə olunur. 
Düyü Vyetnam mətbəxinin kralı hesab olunur. Düyünün 
bütün növləri müxtəlif bişirmə üsullarını tələb edir. Düyünün 
daha yapışqan növlərini, bişirməzdən əvvəl suya qoyulmalı və 
tozdan azad olmalıdır, çünki məhz bu səbəbdən düyü yapışqan 
olur. Düyünün bəzi növləri bütün gecə islaqda qalmalıdır. Bişiril-
məzdən əvvəl düyünün üzərinə su əlavə olunur və qazan qapaq ilə 
örtülür. Əvvəlcə düyü güclü odda bişirilir, sonra isə vam odda 
dəmə qoyulur. Əgər düyü bir az yansa belə, narahat olmağa dəy-
məz, çünki bəzi insanlar deyir ki, belə düyü çox dadlı olur. 
Vyetnam iqlimi tərəvəzlərin yetişdirilməsi üçün mükəm-
məldir. Xüsusilə dağlıq ərazilərdə iqlim çox əlverişlidir. Hər 
yerdə mövcud olan düyü tarlaları, kahı, soğan və pomidor tar-
laları sıralanıb. 


260 
Tərəvəzlərdən hazırlanmış xörəklərin əksəriyyəti Buddiz-
mə aid mədəni ənənələrin nəticəsidir. Buddizm Vyetnamlıların 
həyat tərzini və pəhrizlərini müəyyən edir. 
Vyetnamlılar, həmçinin marinada qoyulmuş tərəvəzlərdən 
istifadə etməyi sevirlər. Marinad üçün məhlul duz və şəkər əla-
və edilmiş düyü sirkəsindən hazırlanır. Tərəvəzləri, həmçinin 
turşuya qoyurlar. Turşuya qoyulan tərəvəzlərin sırasında kə-
ləm, yerkökü, soğan və hətta yemiş və müsk yemişi vardır. Də-
nizin yaxınlığı vyetnam mətbəxinə böyük təsir göstərir. Sa-
hilboyu regionlarda düyü ilə yanaşı olaraq, balıq və dəniz məh-
sulları gündəlik yemək rasionunun vacib qidaları hesab edilir. 
Yerli sakinlər üçün balıq ovu əsas gəlir mənbəyidir. Bu səbəb-
dən burada balıq bazarlarının sayı olduqca çoxdur. Burada ha-
va isti olduğuna görə vyetnamlılar adətən balıq və dəniz məh-
sullarını diri satırlar. Restorana getsəniz, sizin üçün istədiyiniz 
balığı akvariumdan seçib yanınızda hazırlayacaqlar. Balıq ol-
duqca təzə və eyni zamanda ucuz olduğuna görə turistlər adə-
tən çox baha hesab olunan xörəklərdən burada dada bilirlər. 
Avropada əlçatmaz qiymətə satılan xörəkləri Vyetnamda hər 
kəs dada bilər. 
Vyetnam süfrəsində ən məşhur desert meyvədir. Burada 
bir çox meyvə növləri mövcuddur. Vyetnamlılar meyvəni duz 
və istiotla yeməyi sevirlər. 
Vyetnam mətbəxində istifadə olunan milli yemək dəstlə-
rindən biri vok adlanır. Vok Asiyada məşhur bir qabdır. O, 
vyetnamlıların ənənəvi xörəklərinin hazırlanması üçün istifadə 
edilən tavadır. Vokun içərisi batmış, yarımdairəvi dibi var. Vok 
çox qızdığı üçün onun içərisində tərəvəzlər demək olar ki, dər-
hal qızarır. Voku istifadə etdikdə xörək yanmasın deyə onu tez-
tez qarışdırmaq lazımdır. Orijinal formasına görə vokun içəri-
sində qızardılan xörəyə çox yağ əlavə etməyə ehtiyac yoxdur, 
sadəcə onu tez-tez qarışdırmaq lazımdır. 
Vok həmçinin xörəkləri buxarda hazırlamaq üçün istifadə 
oluna bilər. Xörəyin yumşalması üçün tavanın üzərinə günbəz 


261 
şəklində olan xüsusi qapaq qoyulur. Bu sağlam olmağa can 
atan insanlar üçün çox əlverişlidir, çünki vokda bişirilən ye-
məklər az kalorili və çox faydalıdır. 
Vyetnamın qida mədəniyyətində ət yeməklərini donuz, mal, 
keçi, dovşan, quşlardan toyuq, ördək, habelə qurbağa ətlərin-
dən bişirirlər. 
Milli içkilərin sırasında ən məşhur içki çaydır. Vyetnam 
çay növlərinin qədim vətənidir. Burada yaşıl və qara çay isteh-
sal olunur ki, bu çaylar öz incə ətri ilə fərqlənir. Təbii yaşıl çay 
heç bir əlavə olmadan onu lotos gülləri 

jasmin, orxideya, qrey-
furtla ətirləndirirlər ki, ona xüsusi dad versin. 
Vyetnamda ənənəvi olaraq yeməkdən sonra bir neçə funk-
siyanı yerinə yetirən yaşıl çay içilir, bu çaylar günəş şüasının 
səviyyəsini, qan təzyiqini aşağı salır və temperatur rejimini nor-
mallaşdırır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə