251
İndoneziya özünün gözəl təbiəti, zəngin mətbəx mədəniyyəti
ilə turistlərin diqqətini özünə cəlb edə bilib. Təsadüfi deyil ki, bəzi
insanlar öz tətillərini İndoneziyanın Bali adasında keçirirlər.
İndoneziyanın 17 000 adasının müxtəlif mətbəxindən müş-
tərilərə təklif edəcəyi xeyli yemək var. İndoneziyanın hər böl-
gəsinin öz kulinariya ənənələri və xüsusiyyətləri mövcuddur.
Onlar öz hazırlanma
xüsusiyyətlərinə, inqridiyetlərinə və ye-
mək vərdişlərinə görə fərqlənir.Yava adasının mətbəxi ən çox
Avropa zövqünə uyğunlaşdırılmışdır (nisbətən ekzotikdir). Əsa-
sən, yeməklər tərəvəzlərdən, paxlalı
bitkilərdən, mal və toyuq
ətindən hazırlanır.
Qərbi Sumatra özünün milli mətbəxi olan restoranları ilə,
öz növbəsində təkcə acı deyil, eyni zamanda özünün qeyri-adi
mətbəxi, interyeri və servis edilməsi ilə məşhurdur. Bali ada-
sında turistin arzuladığı istənilən mətbəxi tapa bilərsiniz.
Olduqca ekzotik yeməklər də var . Belə yeməklərdən biri
İndoneziyanın Şərqi Yava əyalətindəki Tuban kəndində torpaq-
dan hazırlanan peraşkidir. Yerli əhali tarlalardan palçıqlı torpaq
yığır və onlardan peraşki hazırlayır. Hesab olunur ki, bu peraş-
kilər sağlamlıq üçün faydalıdır.
İndoneziyada yemək bişirmək bir çox inanclara səbəb olub.
Məsələn, gənc qıza yemək hazırlayarkən oxumaq məsləhət de-
yil, əks təqdirdə onun qismətinə qoca ər düşəcək. Qeyd olunur
ki, ədviyyatlı yeməkdən sonra ağızdakı güclü yanma hissindən
nimçəni dəfələrlə çevirməklə qurtula bilərsiniz və ya soğanı so-
yarkən göz yaşının olmaması üçün soğanlardan birini bıçaqla
çərtmək lazımdır.
Adətən Asiyanın hər yerində olduğu kimi İndoneziya ye-
məklərinin əsasını da düyü təşkil edir. İndoneziya əhalisi düyü-
nü allahların yeməyi hesab edir və onun meydana gəlməsi haq-
qında müxtəlif əfsanələr danışırlar. İndoneziya
mətbəx mədə-
niyyətinə dərindən bələd olmayan bir çox səyahətçi, müxtəlif
tərkibli qızardılmış düyüdən başqa ənənəvi yeməyin olmadığını
düşünür. Təbii ki, yerlilər müxtəlif tərkibli ənənəvi hesab edi-
252
lən qızardılmış düyünü (Nasi qopenq) tərifləyir və onu məslə-
hət görürlər. Lakin bunula yanaşı
digər ənənəvi yeməklər var
ki, onların da dadına mütləq baxmaq lazımdır. Məsələn, sate-
şişə taxılmış ədviyyatlı ət, qado-qado- fıstıq sousunda tərəvəz
salatı, qızardılmış makaron salatı və s. göstərmək olar. Kokos
südündə saxlanılan, mal ətindən hazırlanan İndoneziya yeməyi
olan rendang 2011- ci ildə dünyada ən dadlı yemək kimi
tanınıb. Toyuq və yumurtadan hazırlanan klassik nasi -goreng
yeməyi eyni reytinqdə ikinci yeri tutub. Bu iki yemək səsvermə
nəticəsində öz dadına görə yapon suşisi və lapşası, tailand dü-
yüsü, çin ördəyi, italyan lazaniyası, amerika marojnası, fransız
kurasanı kimi digər dünya delikateslərinin sırasına aid edilib.
İndoneziyalılar acı ədviyyatları və sousları çox sevirlər. İndo-
neziya mətbəxi ümumi təəssürata görə çox ədviyyatlıdır,
xeyli
spesifik dadlar var ki, Avropaya məlum deyil. Onların mətbə-
xində ədviyyat xüsusi şəkildə istifadə olunur. Bu ədviyyatların
heyrətamiz ətri bu mətbəxin xarakterini yaradır. Bütün digər milli
yeməklər dəniz məhsullarından, ənənəvi düyüdən, ədviyyatlar-
dan, qarğıdalı, kartof və çörək ağacının meyvəsindən ibarətdir.
Salatlar geniş yayılıb. Qeyd etmək lazımdır ki, düyü şərabı milli
içkilərdən biri hesab olunur.
Əlbəttə ki, əsl qara kofeni də unut-
maq olmaz. Xüsusilə qəhvələri daha çox fərqlənir. Dünyanın ən
bahalı “Kopi Luvak” qəhvəsi məhz İndoneziyada yetişdirilir. Bu
qəhvənin özəlliyi ondadır ki, onu palmalardan adi kənd camaatı
toplamır, o qəhvə heyvanların nəcisindən əldə edilir.
Kopi-Luvak dünyanın ən bahalı içkisidir. Bu içki bütün
qəhvə sevənlərin cibinə görə deyil. Onun əsas vətəni Yava ada-
sıdır. Bu məhsulun miqdarı məhdud olur, çünki onun yığılma
üsulu çox spesifikdir. Qəhvəni Asiyadan, pişik ailəsindən olan
vəhşi heyvan-zivetta toplayır. Heyvancıqlar
bu meyvəni çox
sevir. Buna görə də heyvanlar ən yaxşı işçiləri əvəz edərək
ağacın ən yaxşı meyvəsini seçə bilər. “Kopi-Luvak” İndonezi-
yada palma pişiyinin nəcisindən çıxan qəhvə dənələrindən ha-
zırlanan qəhvədir.
253
İndoneziyanı çox zaman ədviyyatlar adası da adlandırırlar.
Qara və ağ bibər, mixək, darçın, sərt qırmızı və yaşıl bibər, fıs-
tıq, zəncəfil, soya, sarımsaq ən mühüm acı ədviyyatlardır ki,
yerli əhali onu öz mətbəxində istifadə edir.
İl boyu İndoneziya bir ölkə kimi tropik və subtropik meyvə
və tərəvəzlə adamı heyrətləndirir. Bunlardan qarpız, manqo
mövsümü olsa da, amma banan, alma, papaya, ananas, portağal
və başqalarını bütün il boyu yemək olar.
Ümumiyyətlə, İndone-
ziyada təbii olan məhsulları çox sevirlər. Məsələn, kokos qozu,
palma ürəyi, manqo və çörək ağacının meyvələri və s.
Ənənəvi yeməyi banan yarpağında sağ əllə təqdim edirlər,
sol əl onlarda təmiz hesab edilmir. Yeməkdən qabaq və sonra
əllər su və limon dilimləri olan xüsusi qabda yuyulur. Avropa-
lılara adətən bıçağı çıxmaq şərti ilə qaşıq və çəngəl verilir.
Dostları ilə paylaş: