270
şumerin ən qədim şəhərlərindən biri olan Urda da şərab çox is-
tifadə edilən içki növlərindən biri olmuşdur.
Qafqazda isə üzümçülük və şərabçılıq hələ qədimdən məş-
hur olmuşdur. Bir vaxtlar Azərbaycanda üzümü əzmək üçün iri
daşları yonur və xüsusi qablar düzəldirdilər. Belə qabların bir
tərəfində üzüm əzildikcə şirəsi nov vasitəsi ilə axıb, başqa qaba
yığılırdı. XIX əsrin 80- ci illərində Qafqazda istehsal olunan
şərabın təqribən 70 %-ni İberiya bölgəsi verirdi. Ümumiyyətlə,
XIX əsrin son rübündə Qafqazın şərab istehsalında
əsas yeri
Zaqafqaziya tuturdu. V.S. Krivenko yazırdı: “Bakı bütün Avro-
paya ağ neft vermək imkanına malik olduğu kimi, Zaqafqazi-
yanın üzüm bağları bunu şərabla etməyə qadirdir”.
Şərabçılıqla məşğul olan qədim xalqlardan biri də yunan-
lardır. Bizim eradan təqribən min il əvvəl Yunanıstanda yüksək
keyfiyyətli və xoş ətirli şərablar hasil edilirdi. Homer şərabı
“allahların içkisi” adlandırılırdı. Qədim yunanlar bal, şərab və
ədviyyatlardan “meliteyon” adlı xoş ətirli içki hazırlayırdılar.
Qədim yunanlar bu içkini ən sevimli içki sayırdılar və ona “ki-
keon” adı vermişdilər.
Romalılar şərabın sirlərini İtaliyanın
cənubunda yaşayan
köçəri yunanlardan öyrənmişdilər. Avropa ölkələrindən Fransa
öz şərabları və tünd içkiləri ilə əsrlərdən bəri məşhurdur. Fran-
sızların hazırladıqları şampan, kaqor şərabları, həmçinin kon-
yak bütün dünyada məşhurdur. Fransanın “qazlı şərabı” üç əsr-
dən
çoxdur ki, məlumdur. Lakin onun məşhurluğu 1688-ci il-
dən başlayır. Həmin il Fransanın Şampan vilayətində
–
Marna
çayının sahilində yerləşən Qautvilye abbatlığında (baş keşişin
idarə etdiyi katolik monastrı), Perinyon adlı
benediktinlər evi
(monastır təriqəti) “musso” adlı qazlı şərab hazırlayır. Çox
keçmir ki, bu şərab bir çoxlarının sevimli içkisinə çevrilir.
Reyn şəhərindən olan Randyu adlı şəxs 1780- cı ildə altı min
şüşə şampan şərabı hazırlayıb satışa buraxır. Bununla “şam-
pan” şərabının kütləvi istehsalının və satışının əsası qoyulur.
271
Fransadan sonra XVII əsrdə Hollandiyada da şərabçılıq in-
kişaf etməyə başlayır. Avropada Macarıstan çoxəsrlik şərabçı-
lıq təcrübəs ilə tanınır. Ölkənin 900 il yaşı olan Tokay şəhəri
bütün dünyada şöhrət tapmış eyni adlı şərabı ilə məşhurdur.
Volter yazırdı: “Bu şərabın şirinliyi, tündlüyü adamı dirildir. O,
beynin bütün qırışlarını
hərəkətə gətirir, ruhun dərinliklərində
sehrli atəşfəşanlıq və fərəh qığılcımları doğurur”.
İspaniyada istehsal olunan “Xeres” şərabının adı Xeres-de-
la-Frontera adlı şərabdır. XIII əsrdə Almaniyada şərabı alma-
dan və armuddan hazırlayırdılar. Üzüm şərabına az diqqət veri-
lirdi.
Onu əsasən,, üzümçülük rayonlarında Reyndə və Mozeldə
istehsal edirdilər.
Afrikada şərabı tərkibində qlükoza olan banandan hazırla-
yırdılar. Uqandada banan şərabına bəzən sorqo unu da əlavə
edirlər. Efiopiyada baldan və geşo bitkisindən “tedc” adlı şərab
hazırlayırdılar.
Tailandda palma qozalarının şirəsindən acıtma
yolu ilə
həm spirtli içki, həm də sirkə alınır.
Meksikada otuza yaxın palma növündən alkoqollu içki ha-
zırlanır. Bunların arasında ən məşhuru milli içki sayılan “pulk-
ve”dir.
Göründüyü kimi, dünya xalqlarının hər birinin şərabın ha-
zırlanması ilə bağlı öz texnologiyası və spesifik xüsusiyyətləri
vardır. Bu tanışlıq bizə dünya xalqlarının qida mədəniyyəti ilə
bağlı geniş məlumat verir.
Dostları ilə paylaş: