111
mında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sev-
diyi balasını Allah yolunda qurban vermək istəməsi ilə imanı-
nın, səmimiliyinin və mütiliyinin nə qədər yüksək olduğunu sü-
but etmişdir. Odur ki, din tarixində dərin iz salmış bu hadisə
Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu gös-
tərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində
bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı
zamanlarda onu unutmaq möminə yaraşan hərəkət deyil.
Qurban bayramı Həcc ziyarətinin yekun hissəsidir. Yəni bü-
tün mömin müsəlmanlar ildə bir dəfə Məkkədə öz qurbanlarını
kəsirlər. Təbii ki, Qurban bayramının mənəvi tərəfi də var. Qur-
ban kəsməyə imkanı olan hər bir kəs kəsdiyi heyvanın ətindən
imkansızlara paylayır.
Bu günü bütün müsəlman aləmi bayram kimi qeyd edir.
İslama görə qurban edilən heyvan Allah üçün kəsilir. Onların
nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə
və niyyətiniz çatır. İslamda pulla qurban payı almaq və qurban
əti satmaq kimi bir anlayış yoxdur. Yəni qurban kəsilən heyva-
nın ətinin bir qismi evə, bir qismi isə ehtiyacı olanlara payla-
nılır. Qurban bayramında 6 ayına qədər olan körpə quzuları kəs-
mirlər. Qurban bayramında adətən qoyun qurban kəsilir. Am-
ma qoyundan başqa inək, dəvə, keçi də kəsilə bilər.
Heç kimə sirr deyil ki, bu günlərdə hazırlanan xörəklər nor-
malda qəbul edilən qidalardan miqdar və kaloriliyinə görə kəs-
kin fərqlənir. Qurban bayramında hazırlanacaq xörəklərdə yağ-
sız və ya az yağlı ətlər seçilməlidir. Qurban əti necə bişirilməli –
əgər mütləq qovurma bişiriləcəksə, xörəyin içərisinə kərə yağı
və ya quyruq piyi qoyulmadan öz suyunda vam odda hazırlan-
malıdır. Bayram günlərində yeməkdən sonra açılan çay süfrə-
sində şirniyyatlardan istifadə məsləhət görülmür.
Dostları ilə paylaş: