Novruz bayramı Novruz (fars sözü olub) “yeni gün” deməkdir. Bu bayram
yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz
Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gün-
düz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) ke-
çirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlan-
ması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni
ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan baş-
layaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan və bir çox Şərq ölkələrində baharın –
yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21- i İran və
Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
Təbiətin oyanması Novruz ilə başlayır. Novruz bayramına
az qalmış insanlar buğda və mərci cücərdirlər. Novruzun gəlişi
ilə bağlı evi təmizləyir, təzə paltar geyinir, bayram süfrəsi açır-
lar. Bayram axşamı ailənin sayına uyğun olaraq şam yandırılır.
Süfrədə mütləq Quran, çörək, fincanda su, süd, pendir, müxtə-
lif rənglərlə boyanmış yumurtalar, toyuq və balıqdan bişirilmiş
yeməklər, meyvə, qoz-badam və s. olur. Bayram axşamı ailə
üzvləri bir süfrə arxasında toplaşmalıdır. Bayramda mütləq yax-
şı sözlər danışılmalıdır.
BUDDİZM, SİNTOİZM Buddizm b.e.ə. V-VI əsrlərdə qədim Hindistanda yaran-
mışdır. Buddizmin yaradıcısı, bütün dünyada Budda kimi tanı-
nan şahzadə Siddhartha Qautamadır. Buddizmi sözün tam mə-
nasında din adlandırmaq qeyri-mümkündür. Buddistlər Budda-
ya, o cümlədən bir çox başqa tanrılara və bodhisattvalara (bü-
116
tün varlıqların rifahı naminə budda olmağa qərar vermiş insan)
pərəstiş edirlər. Ancaq bunu edərkən onlara qüdrətli hökmdar
kimi deyil, müəllim kimi yanaşırlar.