119
hekayələrdən ibarətdir. Kitablardan digəri X əsrdə qələmə alın-
mışdır və bu kitabda Sintoizmin ibadətləri, adət-ənənələri və
xüsusən də imperatora sitayiş adətləri barəsində geniş məlumat
verilmişdir.
Buddizm VIII əsrdə Yaponiyada tam formada genişləndi
və ölkənin yüksək çinli məmurları da bu dini rəsmən qəbul
etdilər. Elə bu səbəbdən də həmin zamanlar yerli və qədimi din
olan Sinto ilə yeni meydana gəlmiş əcnəbi din olan Buddizm
arasında uyğunluğun yaradılması ehtiyacı meydana çıxdı. O za-
man Buddizmin bəzi ruhaniləri araşdırmalarını elan edərək bil-
dirdilər ki, Yaponiyanın qədim tanrıları ayrı-ayrılıqda Budi
Satva olublar və elə orada zühur ediblər. Eləcə də Günəş tanrısı
olan Amaterasunun Buddanın Yaponiyadakı tam zühuru oldu-
ğunu bildirdilər. Bu firqəni Riyobo, yəni qarışıq Sintoizm ad-
landırdılar və onu genişləndirməyə, yaymağa başladılar. Belə-
liklə, Sintoizm yeniləşdi və yenidən dirildi.
Təxminən 9 əsr sonra XVII əsrdə bəzi dini liderlər qədim
Sinto dininin yenidən dirilməsi ideyasını irəli sürdülər və sonda
1768- ci ildə Yaponiya xalqının ictimai həyatında yeni dəyişik-
liklər baş verdi. Bir müddət sonra imperator Sintoizmi rəsmi
din elan etdi və Buddizmə aid olan hər şeyi məhv etməyə əmr
verdi.
Dostları ilə paylaş: