113
yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər
yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın” (Bəqərə
surəsi,187)
Ramazan ayının gəlişi ilə oruc tutan insanların qida rasio-
nunda bir sıra dəyişikliklər olur. Hər kəs daha yüngül qidalara
üstünlük verir. Çünki yüngül, lakin vitaminli qidalar gün ərzin-
də orqanizmin tələbatını ödəmiş olur. Oruc tutan insanlar iftar
zamanı sağlamlıqlarına da xüsusi diqqət yetirir. İlk növbədə su-
lu yeməklərə üstünlük verilir. Oruc süfrəsinin əsl atributu xur-
madır. Ona görə də oruc tutan insanların süfrəsində vacib sa-
yılan nemətlərdəndir. Oruc süfrəsində qatıq, ayran əskik olmur.
Oruc süfrəsini həddən artıq zəngin etmək qaydalara görə ol-
maz. Bu ona görədir ki, ac qalaraq bütün günü dincələn orqa-
nizmi qəfil, ağır, çeşidli qidalarla yükləmək düzgün deyil. Ra-
mazan orucunun əsas əhəmiyyəti müsəlmanlar üçün ac qalmaq
deyil, onun mənəvi tərəfi təkcə nəfsinə hakim olmaqla yanaşı,
həm də düşüncədə, münasibətdə, davranışda oruc olmaqdır.
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin
gün bütün müsəlmanlar bir-birini təbrik edir, vəfat edən doğ-
malarının qəbrini ziyarət edir, ruhlarına dualar oxuyurlar.
Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3
kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün
fitrə zəkatı verir.
Dostları ilə paylaş: