13
Onlar bizim gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevril-
mişdir. Mərasim simvolik xarakter daşıyır, tədbirləri xüsusi ar-
dıcıllıqla edir. Mərasim ilk növbədə insanların
müəyyən bir
qrup və hətta bütün cəmiyyət üçün tədbirlərin xüsusi dəyərini
əks etdirir. Nəticədə bu və ya digər hadisəylə bağlı
keçirilən
mərasim insanlara bu hadisənin əzəmətini göstərir. Mərasimlər
öz xarakterinə görə fərqlənir. Məsələn, qədimdə tacqoyma mə-
rasimi daha geniş yayılmışdır. Nikah mərasimi, dini mərasimlər,
diplomların təntənəli təqdimatı, restoran və ya hər hansı yeni
binanın açılışı ilə bağlı qırmızı lentin
kəsilməsi bir ritual hesab
edilir. Mədəni əlaqələrin genişlənməsi,
diplomatik münasibət-
lərin qurulması etiket məsələlərinə diqqəti kəskin şəkildə artırdı.
Dostları ilə paylaş: