210
Bu gün İsveçdə yeməklərin hazırlanmasında açar rolunu
yenə də balıq və dəniz məhsulları oynayır. Ən məşhur balıq si-
yənək balığıdır. Siyənək marinadla, xardalla, limonla, ağ sousla
verilir. O, duzlanmış,
hisə verilmiş, qızardılmış halda təqdim
edilir. Bu balığın ən orijinal yeməyi fermentləşdirilmiş siyənək
olan surstemmingdir. Bu yeməyin özünəməxsus sərt qoxusu
var. Bu balığın dadına baxan insanda onun dadı
uzun müddət
damağında qalır. Bundan başqa lasos, skumbriya və başqa ba-
lıqlarda məşhurdur. Mütləq xüsusi marinada qoyulmuş lasos
yeməyini dadmaq lazımdır. Siyənək balığından bifşteks və cür-
bəcür balıq kotletləri hazırlanır.
Başqa dəniz məhsulları da az məşhur deyil. Məsələn, krab,
kalmar, midii və başqa Baltik dənizi məhsulları. Bundan başqa
ət məhsulları da az istifadə olunmur. İqlim və relyef xüsusiy-
yətlərindən asılı olaraq ən geniş yayılan
ət növləri donuz, ma-
ral, quş, qoyundur. Ən klassik yeməklərdən biri İsveç küftəsi-
dir. Onu frikadelki adlandırırlar. Onu qiymə ətdən, yumurta,
suxarı, qaymaq əlavə etməklə hazırlayır, kartof püresi və sousla
təqdim edirlər. Başqa bir milli yemək donuz əti ilə hazırlanmış
noxud şorbasıdır. Məşhur yerli yeməklərin sırasında – kottbul-
lar (böyük İsveç düşbərəsi), lobya ilə qızardılmış donuz, doğ-
ranmış maral və s. göstərmək olar.
Şorbalara İsveç milli mətbəxində xüsusi diqqət yetirilir.
Onları əsasən paxlalılardan lobya, noxud və bəzən onun resep-
tinə dənli bitkilər də əlavə edirlər. Buna orijinal dadı
ilə seçi-
lən, pivə əlavə etməklə hazırlanan “elebrod” şorbasını göstər-
mək olar. Yerli sakinlər tez-tez şorbalara küftə və xəmir topları
əlavə edirlər, bu da yeməklərin daha doyumlu olmasını təmin
edir. Qarnirlərin içərisində əsas yeri kartof tutur.
Adətən onu
püre və ya bişmiş formada verirlər. Bununla yanaşı, göbələk də
məşhurdur. Onlar ət üçün əla qarnirdir və bir çox faydalı mad-
dələrin mənbəyidir. Göbələk əsas yemək kimi də təqdim edilə
bilər, bu zaman onu soğan və qaymaqla qızardırlar. İsveç mət-
bəxində desert seçimi inanılmaz dərəcədə genişdir. İsveçlilər
şirniyyat pərəstişkarlarıdır. Mütləq itburnundan hazırlanmış
211
sufle, alma tortu darçınla, piroq, mürəbbə və cemlə hazırlanmış
blinçiklərin dadına baxmaq lazımdır.
İsveçlilər öz mətbəxlərində tutmalara böyük diqqət ayırır-
lar. Onlar qış ayları üçün mümkün olan hər şeyi konservləş-
dirir, müxtəlif mürəbbələr, cemlər bişirirlər. İsveç mətbəxi bö-
yük ölçüdə şəkər istifadə edir.
Onu demək olar ki, bütün ye-
məklərə qatır, marinadların hazırlanmasında da geniş istifadə
edirlər. İsveçlilərin digər ən çox sevdikləri qida şit yağdır. Bu-
nun
nəticəsidir ki, isveç mətbəxi çox ağır və kalorili olur. Ev
xanımları çox zaman çörəyi özləri müstəqil şəkildə bişirir. İs-
veçlilər təbiətin onlara verdiyini çox yüksək qiymətləndirir –
giləmeyvə, göbələk, ədviyyatlar və s. Onlar bunlardan yemək
və desertlərin hazırlanmasında geniş istifadə edirlər.
İsveçdə qonaqların boşqabına yemək qoymaq adət deyil,
qonaqlar bunu müstəqil şəkildə özləri ümumi boşqabdan götü-
rürlər. Qidalanmanın bu sistemi bir çox ölkələrdə, xüsusilə tu-
rizm mühitində isveç masası adı altında yaşamaqdadır.
Hətta
şirniyyatları, piroqları və tortları belə müstəqil şəkildə kəsmək
lazımdır. Boşqabda yeməyin qalığını saxlamaq qəbul edilmir.
İsveçdə alkoqollu içkilərin içərisində şirin punş, bitki mənşəli
içkilər və araq məşhurdur. İsveçlilər təsadüfi içirlər.
Yerli sa-
kinlər kofeni daha çox sevirlər. Kofeyə dəvət etmək İsveç mə-
dəniyyətinin mühüm hissəsidir. Ölkə bu içkinin istehlakında
dünyada ikinci yerdədir.
Dostları ilə paylaş: