212
Danimarka mətbəxi sendviçləri ilə məşhurdur. Ən çox is-
tehlak edilən qidalar ət, balıq və kartofdur.
Bu gün Danimar-
kada bir çox sobada Vyana çörəyi deyilən xəmir işinə rast gələ
bilərsiz. Danimarka mətbəxində, digər ölkələrdə olduğu kimi,
nahar
və ya şam yeməyi yüngül, sağlam və vitaminlə zəngin-
dir. XX əsrin əvvəllərinə qədər Danimarka ərzaqları əsasən,
kartof və donuz əti kimi tanınırdı. Başqa Skandinaviya ölkələri
kimi Danimarka da özünün rəngarəng, sadə, ağır,
dəniz və
kənd təsərrüfatı məhsullarına əsaslanan mətbəxi ilə məşhurdur.
Yüksək kalorili yeməklərin olması birinci növbədə sərt yerli
iqlimlə bağlıdır. Ət və balığın bütün növləri, onların
yüksək
keyfiyyəti kulinariyanın əsasıdır. Ənənəvi isti yemək kimi
qızardılmış və bişmiş donuz əti, dana əti, ananas şirəsində ma-
rinad olunmuş toyuq, doğranmış
mal ətinin çiyni, qızardılmış
qaraciyər, pivədə hazırlanmış donuz qabırğaları, hisə verilmiş
donuz və s.-dir. Bundan başqa ölkədə hər növ kolbasalar, frika-
delki (köftə) və ət paşteti də məşhurdur.
Yerli balıq yeməkləri və dəniz məhsullarından hazırlanan
yeməklər də geniş yayılıb. Məsələn, hər növ hisə verilmiş, ma-
rinad olunmuş duzlu balıq, qızardılmış duzlu siyənək, kambala,
krivetka - salat kokteyl, krab və s.-dir.
Qarnir qismində adətən hər növ tərəvəzlər istifadə olunur.
Xüsusən tez-tez qaynadılmış və bişmiş kartof, isti qırmızı kə-
ləm, qızardılmış və marinad olunmuş soğan buna misaldır. Ma-
sada
həmişə təzə pomidor, ağ turp, xiyar, göyərti olur. Qay-
nadılmış formada salatlara lobya, kök, çuğundur, rəngli kələm,
bibər, göbələk qatırlar. Danimarkada çörəyin müxtəlif növlə-
rini, xüsusən müxtəlif qatqılar əlavə olunmuş evdə hazırlanan
çörəyi çox sevirlər. Çörəkdən şorba, hətta pivəli sıyıq – olleb-
rod hazırlayırlar. Qoyun və inək südü daha çox istifadə olunur:
pendirlər, süd şorbaları, qatıq, ev mayonezi, kəsmik və s. Xüsu-
sən qaymaqlı buğda sıyığı daha məşhurdur.
Müxtəlif qarışıq içi doldurulmuş çoxsaylı buterbrodlar öl-
kənin ən ləziz yeməyi hesab edilir. Belə buterbrodların yüzə
213
qədər növü mövcuddur. Onu hər
kafedə və ya evdə özlərinə
uyğun olaraq xiyar, siyənək, pendir, yumurta, soğan, yağ, do-
nuz əti, pomidor, paştet və sousla hazırlayırlar. O bir neçə qat-
dan ibarət olur və onu yuxarıdan qatını açaraq yeyirlər.
Danimarkanın bir çox şəhərlərində ixtisaslaşmış mağazalar
var ki, onlar yalnız buterbrod ticarəti ilə məşğuldur.
Şirniyyatlarına gəlincə çoxsaylı şimal giləmeyvələri zoğal,
böyürtkən, moruq, qarağat və s. Danimarka mətbəxində desert-
lərin hazırlanmasında geniş istifadə olunur. Ondan şirin sous-
lar, mürəbbələr, kisel, kompot və jele hazırlayırlar. Giləmeyvə-
ləri sıyıqlara, şorbalara da əlavə edir, piroq və tortlar bişirirlər.
Klassik yerli desertləri, giləmeyvə şorbası qaymaqla və qarağat
jelesindən hazırlanmış alma piroqudur. Ölkədə müxtəlif bişmə-
lər məşhurdur. Məsələn, pendir qırıntılarında buğda kekləri,
mayalı blinçiklər və uşaq bulkaları, hansı ki, ölkədə onu usta-
ların şərəfinə Vyana çörəyi adlandırırlar. Birinci dəfə onu bura-
da XIX əsrdə hazırlayıblar.
Ənənəvi alkoqollu içkilər arasında ən məşhuru otdan ha-
zırlanmış şnaps, yerli pivə və likördür. Bayramlarda burada xü-
susi olaraq ədviyyatlardan ibarət olan isidilmiş şərab hazırla-
yırlar. Səhər mütləq praktik olaraq hər bir ailə süd içir və çox
zaman ona ədviyyat da qatırlar. Axşamlar isə daha çox kofe iç-
məyə üstünlük verirlər.
Dostları ilə paylaş: