230
bı hazırlayırlar. Belə yeməklərdən biri ənənəvi bardaq formalı
qabda bişirilir. Qabın içi quzu ətinin tikələri, tərəvəzlər, ədviy-
yatlar
ilə doldurulub, bir neçə saatlığına isti kömür külünə
qoyulur. Keçmişdə bu yeməyi adətən kart oyununda uduzan in-
san hazırlamalı olurdu. Ərəb etiket qaydalarında islam mətbə-
xində tajın və ya kus-kus kimi əsas xörəklər masanın ortasında
yerləşdirilir. Hər kəs ləzzətli xörəyi
üç barmaqla kürəcik şək-
lində bükülən çörək ilə götürür. Bu, böyük məharət tələb edir.
Yemək yalnız sağ əl ilə yeyilir, çünki sol əl natəmiz sayılır (gi-
giyena məqsədləri üçün istifadə olunduğuna görə) .
Ərəblər erkən orta əsrlərdə ədviyyatlara xüsusi önəm ver-
mişdilər. Ərəb mətbəxində quzu ətindən çox istifadə olunur.
Dəvə ətindən xüsusi qonaqlıqlarda istifadə edilir. Sahil tərəfdə
yaşayan əhali daha çox balıq ətinə üstünlük verir. Süd məhsulları
da geniş yayılmışdır, əsasən, yoqurt və ağ pendir, yumurta geniş
istifadə olunur. Nanə və kəklikotu geniş yayılmışdır, demək olar
ki, bu gün də ən çox bu bitkilərdən istifadə olunur. Ədviyyatların
miqdarı və çeşidi regiondan asılı olaraq dəyişir.
Dostları ilə paylaş: