Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə89/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   113
MÖVZU 13. ƏRƏBİSTAN 
 
Ərəblər 

Afrika və Asiya qitələrində kompakt şəkildə ya-
şayan, dünyanın ən böyük xalqlarından biri Səudiyyə Ərəbis-
tanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Mi-
sirdə, Sudanda, Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin ək-
səriyyətini təşkil edirlər. 
Ərəblər ana dilləri ərəbcə olan Ərəb yarımadası və şimali 
Afrikada yerləşmiş olan sami xalqıdır. Aralıq dənizinin cənubun-
da Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb 
yarımadasına qədər uzanan bir coğrafi məkanda yaşayırlar. Əha-
lisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkə-
lər ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə ərəbcədən əlavə 
olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, 
Cənubu Ərəbistanda isə müxtəlif yerli dillərdə danışılır. 
ƏRƏB MƏTBƏXİ 
 
Ərəb mətbəxi Aralıq dənizi regionunun və Afrika mətbəxləri-
nin elementlərini özündə cəmləşdirir. Ərəb mətbəxi üçün səciyyə-
vi olan qidalar qoyun əti, noxud, badımcan, zeytun, xurma, ətirli su 
(portağal suyu və gülab), kömür və nanə çayı və s. göstərmək olar. 
Ərəb mədəniyyətində yemək adətən ailə və dostlar ilə vaxt 
keçirmək üçün səbəbdir. Adətə uyğun olaraq, hər kəs balınc 
üzərində və ya alçaq masa arxasında, bəzən isə yumru masa ar-
xasında əyləşir. Hər bir tikədən həzz almaq üçün yemək səssiz 
yeyilir. Yeməkdən sonra çay içilir və söhbət edirlər. Çayın 
dəmlənmə və süfrəyə verilmə prosesi xüsusi bir rituala çevrilib. 
Ev sahibi mis sini üzərində olan dəm çaydanı və kənarları qızılı 
rəngdə olan balaca fincanlarla otağa girəndə çaydan imtina et-
mək qeyri-mümkün olur. 
Tipik Mərakeş evində yeməyi qadın bişirir. Kişilər ocaqda, 
manqalda bişən yeməkləri 

qızardılmış quzu ətini və ya kaba-


230 
bı hazırlayırlar. Belə yeməklərdən biri ənənəvi bardaq formalı 
qabda bişirilir. Qabın içi quzu ətinin tikələri, tərəvəzlər, ədviy-
yatlar ilə doldurulub, bir neçə saatlığına isti kömür külünə 
qoyulur. Keçmişdə bu yeməyi adətən kart oyununda uduzan in-
san hazırlamalı olurdu. Ərəb etiket qaydalarında islam mətbə-
xində tajın və ya kus-kus kimi əsas xörəklər masanın ortasında 
yerləşdirilir. Hər kəs ləzzətli xörəyi üç barmaqla kürəcik şək-
lində bükülən çörək ilə götürür. Bu, böyük məharət tələb edir. 
Yemək yalnız sağ əl ilə yeyilir, çünki sol əl natəmiz sayılır (gi-
giyena məqsədləri üçün istifadə olunduğuna görə) . 
Ərəblər erkən orta əsrlərdə ədviyyatlara xüsusi önəm ver-
mişdilər. Ərəb mətbəxində quzu ətindən çox istifadə olunur. 
Dəvə ətindən xüsusi qonaqlıqlarda istifadə edilir. Sahil tərəfdə 
yaşayan əhali daha çox balıq ətinə üstünlük verir. Süd məhsulları 
da geniş yayılmışdır, əsasən, yoqurt və ağ pendir, yumurta geniş 
istifadə olunur. Nanə və kəklikotu geniş yayılmışdır, demək olar 
ki, bu gün də ən çox bu bitkilərdən istifadə olunur. Ədviyyatların 
miqdarı və çeşidi regiondan asılı olaraq dəyişir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə