Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə88/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   113
MEKSİKA 
 
Paytaxtı – Mexiko 
Rəsmi dili – ispan dili 
Dini – katolisizm 
Pul vahidi – meksika pesosu 
 
Meksika 

Amerikanın şimalında yerləşir. Paytaxtı Mexiko 
şəhəridir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və 
cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib 
dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. 
Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. 


226 
Ölkə ərazisində iqlimin formalaşmasında onun coğrafi möv-
qeyi ilə yanaşı relyefin də böyük təsiri vardır. Yayda ən çox 
istilər tropik qurşaqda yaşayan ştatlarda deyil, Sonora, Aşağı 
Kaliforniya, Koauila ştatlarının ərazisində qeyd edilir. Ölkə əra-
zisində rütubətli tropik, rütubətli mülayim və quru iqlim zona-
larının ayrılması təsərrüfatın ixtisaslaşmasına güclü təsir etmiş-
dir. İqlimin, relyefin və torpaq örtüyünün müxtəlifliyi Meksi-
kada bir çox kənd təsərrüfatı məhsulu istehsal etməyə imkan 
verir. Meksikada müxtəlif kənd təsərrüfatı məhsulları istehsal 
olunsa da, onları iki əsas qrupa bölmək olar: daxili ehtiyacı 
ödəmək məqsədilə əkilən və ixrac istiqamətli ərzaq bitkiləri. 
Əsas ərzaq bitkisi qarğıdalı hesab edilir və əkin yerinin təx-
minən yarısını əhatə edir. Ölkənin mərkəzi, cənub və şərq ra-
yonları əhalisinin qida rasionunda qarğıdalı böyük rol oynayır. 
Qarğıdalıdan başqa əhalinin qida rasionunda eyni zamanda 
buğda, çəltik, şəkər qamışı, lobya, bibər mühüm yer tutur. Şi-
mal, Mərkəz və Şimal-Qərbin təsərrüfatlarında buğda nəzərə-
çarpacaq rol oynayır. Ölkə hazırda daxili tələbatını tam ödəyir 
və digər qismini də ixrac edir. Vacib ixrac məhsullarına eyni 
zamanda pambıq, qəhvə, şəkər qamışı və pomidor daxildir. Su-
varma ərazilərində istehsal edilən meyvə, tərəvəz daxili və 
xarici bazarlara çıxarılır. 
İqlim dəyişikliyinə, quraqlığa asanlıqla davam gətirən qar-
ğıdalı ölkənin əksər bölgələrində becərilir. Ölkənin tropik və 
subtropik iqlim qurşaqlarında, suvarılan ərazilərdə çəltik isteh-
sal edilir. Kənd təsərrüfatında arpa mühüm yer tutur. İsti sub-
tropik və isti mülayim iqlim şəraitində meyvəçilik bir çox ştat-
ların ərazilərində yüksək məhsul verir. Sitrus bitkiləri içərisin-
də ən geniş yayılan portağaldır. Son illər şərab istehsalı üçün 
texniki üzüm sortları əkin sahələrinin genişləndirilməsinə qay-
ğını artırmışdır. Meksika dünyada ən çox istiot istehsal edən öl-
kələrdəndir. Ölkədə banan, yer fındığı, kakao, pomidor, qəhvə, 
pambıq və digər məhsulların istehsalının həcmi artır. 
Dostsevər, şən, hərəkətli meksikalıların adətləri onların 8-9 
min illik mətbəx tarixinə sirayət edib. Meksika mətbəxi müx-


227 
təlif məhsulların qarışığından istifadə olunaraq, gözlənilməz 
dadların yarandığı müxtəlif yeməklər ünvanıdır. Meksika mət-
bəxinin tarixinə nəzər salsaq görərik ki, vaxtilə ispanlar tərəfin-
dən Meksika fəth edildikdən sonra burada yeni qidalar kəşf 
edildi, xüsusilə donuz əti, heyvan yağları, mal-qara əti, düyü və 
şəkər. İspanlar məşhur qida maddəsi olan qarğıdalını buğda ilə 
dəyişmək istəyirdilər. Çünki qarğıdalı meksikalıların həyatında 
böyük rol oynamışdı. Ancaq istədiklərinə nail ola bilmədilər, 
meksikalılar bu təklifi rədd etdi. Buğda çörəyi yalnız varlıların 
məşhur qidası olmuşdur. İspanlar donuz, mal-qara, qoyun, keçi, 
toyuq ətini Meksikaya gətirdilər. XIX əsrin ortalarında Fransa 
mətbəxi burada məşhur olmağa başladı. Fransa mətbəxi məşhur 
olduqdan sonra Meksikada hər kəs mal-qara əti yeməyə başla-
dı. Artıq yeməklərdə zeytun yağı istifadə olunurdu. Meksikada 
Çili ədviyyatı şokolad sousu ilə hazırlanır. Bu, ölkənin milli 
yeməyidir. Bu yeməyin harada yaradıldığı haqda dəqiq məlu-
mat yoxdur. 20-ci illərdə antropoloq Marqaret Park Redifield 
bu yeməyin Çilinin, ispanların gəlişindən əvvəl hazırlandığı 
fikrini irəli sürmüşdü. XVIII əsrdə Meksikada italyanlar maka-
ron zavodları, almanlar isə pivə zavodlarını qurmuş və pivə adlı 
içki yaratmışlar. Yaxın keçmişdə Amerikadan Meksikaya “fast 
food” gəldi. Bu baxımdan, çoxlu mətbəx və yemək üslublarının 
fərqli bölgələrdə öz ixtisaslarını inkişaf etdirdikləri vurğulandı. 
Meksika mətbəxi acı souslar və ədviyyatlar ilə türk mətbəxi-
nə yaxındır. Bu mətbəxin fərqli xüsusiyyəti həm də yeməklərə 
əlavə olunan çeşidli ədviyyat ətirləridir. Xörəklərdən harmonik və 
yumşaq dad almaq üçün bu ədviyyatlardan qədərində istifadə şərt-
dir. Balqabaq və qarğıdalı unundan hazırlanan Meksika mətbəxi-
nin simvolu “tortilla” hər meksikalının evində bişir. Maya əfsanə-
sinə görə tarixi 12000 il əvvələ söykənən ilk tortilla bir kəndli 
tərəfindən ac kralın qarnını doyuzdurmaq üçün hazırlanmışdı. 
Adı ispanca “yumru tort” mənasını verən “torta” sözündən 
alınan tortilla qarğıdalı və ya buğda unundan hazırlanan kiçik, 
incə yumru bir lavaşdır. Hər yeməkdə çörək əvəzi yeyilən tor-
tillalar yalnız çörək kimi deyil, eyni zamanda üzəri bəzənərək 


228 
pizza olaraq da, eyni zamanda qatlanıb eyni şəkildə doldurula-
raq da yeyilir. Beləcə, içərisindəki məmulatlar sayəsində yeni-
yeni tamale, flauto, buritto ya da quesadilla adları alan tortilla 
Meksika mətbəxinin simvoluna çevrilir. Tako Tortilladan ha-
zırlanan yeməklərin ən məşhuru sayılır. Tako ikiyə qatlanmış, 
içi kahı, rəndələnmiş pendir, yaşıl bibər və pomidor kimi tərə-
vəzlərin doldurulmasıyla hazırlanır. Yumşaq və ya kövrək ola 
bilən tortilla içlərinə qoyulan qidalara görə müxtəlif adlar alır.
Tamale isə Meksikada olduqca məşhur olan bir yeməkdir. 
İçərisinə qırmızı və yaşıl bibər qoyularaq hazırlana bilər. Şirin 
olanı da mövcuddur. Toyuq, ət və ya meyvələr banan yarpağı-
na və ya qarğıdalı qabığına bükülərək hazırlanır. Meksika mət-
bəxinin digər ən tanınmış yeməklərindən Quesadilladır. O, yum-
şaq tortilladan hazırlanan börəkdir. Ətli, toyuqlu və ya pendirli 
börəyin toyuqla olanı daha çox sevilir. Tomat acı krem və acı 
bibərlə süfrəyə verilir. Buritto silindir şəklində içərisinə qovrul-
muş ət, ya da toyuq, qara paxla, plov, pomidor, kahı və sous 
qoyularaq hər iki ucu bükülmüş halda yeyilir. 
Kövrək qarğıdalı unundan hazırlanmış tortillanın içi müx-
təlif təamlarla doldurulmuş Ençilada da Meksika mətbəxinin 
sayılıb-seçilən doyumlu yemək növlərindəndir. Qarğıdalı unun-
dan hazırlanmış tortillanın – içərisinə ət, toyuq və ya pendir qo-
yulur. Ençiladanın sousu içindəkilərə uyğun olaraq seçilir. 
Meksikada gənc qızlar günlərini çox istifadəli tortillanın 
mükəmməl hazırlanma üsulunun sirlərini öyrənməklə keçirir-
lər. Meksikalılar kartof yeməklərinin qızartma istisna olmaqla 
bütün növlərini sevirlər.
Ötən əsrin ortalarında Fransa mətbəxinin təsiri nəticəsində 
günümüzdə də istifadə olunan müxtəlif, çox dadlı kökələr və 
pudinqlər Meksika mətbəxinin əvəzsiz parçasına çevrilib. De-
sertə meksikalılar çox zaman meyvə jelesi və təbii üzüm qəbul 
edirlər. İçkilərə gəlincə meksikalılar ən çox kofe, alkoqollu iç-
kilərdən isə tekila və kaktusdan hazırlanmış pulqie içirlər. 
Bundan başqa ispanlar tərəfindən hazırlanmış şirniyyatlarla 


229 
Horkata içilir. Burada limonaddan da çox istifadə olunur. Həm 
də bir adam payına ən çox kola içilən ölkə Meksikadır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə