Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə85/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   113
 
 


217 
NORVEÇ 
 
Paytaxtı – Oslo 
Dövlət dili – norveç dili 
Dini – protestantlıq 
Pul vahidi – norveç kronu 
 
 
Şimal ölkəsi olan Norveçin
sərt təbiəti və yerli məhsulları 
onun mətbəxini özünəməxsus edib. Norveçdə əsasən, balıq 
yeməklərinə üstünlük verirlər. Qızıl balıq məhsullarının əsas 
ixracı da Norveç sayılır. O cümlədən Norveçin siyənək, treska, 
skumbriya kimi balıq növləri məşhurdur. 
Norveç mətbəxi balıqçıların və kəndlilərin mətbəxidir. 
Onun menyusu əsasən, ət, balıq, süddən ibarətdir. Bir vaxtlar nor-
veçlilər əyalətçiliklərindən utanır və digər ölkələrin menyularına 
baxırdılar. Bu gün Norveç mətbəxinə ekzotik deyilir. Köhnə kuli-
nariya ənənələri və reseptləri yerli ekzotik məhsullara, dəniz məh-
sullarına və prinsipcə nadir məhsullara, məsələn, balina ətinə isti-
nad edilməklə yeni bir şəkildə yenidən yazılmışdır. 
Norveçdə yemək o qədər də ucuz deyil. Norveçdə nahar sə-
hər saat 11-də başlayır. İnsanlar “çoxmərtəbəli” sendviçləri, ət, piy, 
balıq, yemiş, tərəvəz və digər məhsulları bu vaxt yeyirlər. Send-
viçləri yeyərkən, tədricən bir təbəqəni digərinin ardınca çıxarırlar. 
Burada il ərzində bir neçə qastronomiya festivalı keçirilir. 
Norveç mətbəxində balıq yeməkləri üstünlük təşkil edir. 
Ən çox sevilən balıq qızılbalıqdır. Norveç mətbəxi zəngindir. 
Xüsusilə qızılbalığın hazırlanma reseptləri olduqca çoxdur. Qı-
zılbalığı delikates hesab edən norveçlilər onu müxtəlif üsullarla 
hazırlayırlar: yağda qızardılmış, hisə verilmiş, suda bişirilmiş, 
qrildə bişirilmiş, marinada qoyulmuş, şorbada və yaxud əriştə ilə 
və s. Norveçlilər, həmçinin başqa növ balıqlardan da hazırlanan 
delikatesləri sevirlər. Onların ən məşhur olanı – fiskeboller çə-
kilmiş balıq ətindən hazırlanmış ağ sousla verilən küftəciklər-
dir. Balıqlardan brilinger, balaca sardinalar, stavanger də tutulur. 
Əsrlər boyu burada sardinalar emal olunub və sonra isə buradan 


218 
Avropalıların süfrəsinə gətirilib. Norveçlilərin fantaziyalarının 
həddi yoxdur. Onların mətbəxində hətta balıq pudinqinin resepti 
var. Fiskepudinq əsas yemək və qarnir kimi süfrəyə verilir. Nor-
veçdə qızılbalığın əsl dadını və ətrini bilmək üçün Fisketorgetdə 
yerləşən balıq bazarına getmək lazımdır. Bir çox ekspertlərin 
rəyinə görə bu bütün Skandinaviyada ən yaxşı balıq bazarıdır. 
Dənizdə tutulan və süni yolla yetişdirilən qızılbalıqdan başqa, 
burada demək olar ki, Norveçin bütün çayları, gölləri və dəniz-
lərində yaşayan hər cür balıq növləri satılır. Burada siyənək ba-
lığı, alabalıq, treska balığı, paltus, skumbriya almaq mümkün-
dür. Ən güclü balıq ətri quru balıq satılan yerlərdən gəlir. Bəzi-
ləri bu ətri dünyanın ən gözəl ətri hesab edirlər. Quru balıq gün-
də qurudulmuş treska balığıdır. Gün şüalarında qurudulanda o, 
xüsusi səciyyəvi ətir əldə edir. Quru balıq ətində bütün qida 
maddələri qorunub saxlanılır. Norveç mətbəxində qızartma som 
balığı, ksrides və morina balığı əhəmiyyətli yer tutur. Norveçdə 
insanlar nahar edərkən, adətən süfrələrində şirin keçi pendiri və 
rinqa balığı turşusu olur. Norveçlilər eyni zamanda balığı balla 
yemək kimi bizim çox vərdiş etmədiyimiz bir yemək mədəniy-
yətinə sahibdirlər. Burada ən məşhur balıq yeməyi rakifskidir. 
Bu ölkədə balıq növləri o qədər çoxdur ki, ət məhsulları ikinci 
yerdədir. Bundan əlavə, balıq əlavə edilməyən donuz, maral, 
kəklik, digər quşların ətindən ləziz yeməklər də hazırlanır. Ət 
yeməkləri adətən paxla, kələm, kartof kimi müxtəlif qarnirlərlə 
verilir. 
Norveçdə digər ən mühüm qida məhsullarından biri süd 
məhsullarıdır. Norveç xalqı süd məhsullarını böyük həcmdə is-
tehlak edir. Yeməklərin hazırlanmasında geniş şəkildə kərə ya-
ğı və pendir istifadə olunur. İnək və keçi südündən müxtəlif 
pendirlər istehsal olunur. Pendirlər eyni zamanda duzlu və şi-
rindir. Pendirin ən geniş yayılmış növü: geytost, gammelost, 
kamembert, myusost və s.-dir. Lakin keçi pendiri olan brunost 
həmişə Norveçə gələn qonaqlarda xüsusi təəssürat yaradıb. 
Onu da qeyd etmək lazımdır ki, pendir dilimləyən maşın da ilk 
dəfə Norveçdə meydana gəlib. 


219 
Norveçlilərin ən mühüm içkisi kofedir. Eyni zamanda hələ 
əvvəllər hər bir ailədə Milad bayramında hazırlanan pivə də 
məşhurdur. Xüsusilə kartofdan distillə edilmiş alkoqollu içki 
adlanan akvavit çox sevilir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə