Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


MÖVZU 11. SKANDİNAVİYA XALQLARININ QİDA



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə81/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   113
 
MÖVZU 11. SKANDİNAVİYA XALQLARININ QİDA 
MƏDƏNİYYƏTİ
 
Skandinaviya ölkələri bu gün deyildiyi kimi dünyanın ən 
xoşbəxt ölkələri sırasındadır. Xoşbəxtlik bu ölkələrdə yaşayan 
xalqların yüksək həyat səviyyəsi, sosial vəziyyəti, iqtisadi inki-
şafı ilə bağlıdır. Skandinaviya ölkələri (Danimarka, Norveç, İs-
veç, Finlandiya) Avropanın şimal-qərbində yerləşir. Atlantik, 
Şimal Buzlu Okeanın suları ilə yuyulan bu ölkələrin təbii iqlim 
şəraiti baxımından bir çox ümumi oxşar cəhətləri var. Bu gün 
ənənəvi bişmiş Skandinaviya çörəyi hələ də köhnə reseptlər 
əsasında bişirilir. Bu səbəbdən yulaf, arpa və çovdar çörəkləri-
nin böyük çeşidini göstərmək olar. 
Skandinaviya mətbəxinin əsasını balıq və başqa dəniz məh-
sulları təşkil edir. Demək olar ki, bu xalqlar balıqla qidalanırlar. 
Skandinaviya mətbəxi, ölkədə və bütün dünyada çox məş-
hurdur. Daha çox milli yeməkləri ilə tanınır. Skandinaviyanın 
müxtəlif regionlarında müxtəlif növ yeməklər hazırlanır. Qeyd 
etmək olar ki, Skandinaviya mətbəx regionlarına görə fərqlənir, 
dadların müxtəlifliyinə görə dünyanın ən populyar mətbəxlə-
rindən sayılır. Skandinaviya mətbəxi dünyanın qədim, zəngin 
və dadlı mətbəxlərindən biridir. 
Norveç, Danimarka və ya İsveç mətbəxlərini tanımaq çox 
çətindir – onlar sadəcə mövcud deyil. Lakin bütün Skandinavi-
ya xalqlarını birləşdirən ümumi Skandinaviya mətbəxi möv-
cuddur. Skandinaviya mətbəxi Avropanın bu regionun təbii şə-


208 
raitinin təsiri altında formalaşıb. Yay və payız mövsümlərində 
yığılan məhsul uzun və soyuq qış aylarında istifadə olunmalı 
idi. Bu səbəbdən insanlar məhsulu konservləşdirməyi öyrəndi. 
Duza və ya turşuya qoyulmuş tərəvəzlər vitaminlərlə o qədər 
zəngin deyil. İsveçrənin mətbəxi daha müxtəlifdir. Onun sakin-
ləri xeyli miqdarda meyvə və tərəvəz yeyir. Skandinaviya mət-
bəxində marinada və turşuya qoyulmuş tərəvəzlər vitaminlərin 
əsas mənbəyidir. Uzun qış zamanı konservləşdirilmiş tərəvəz-
lər təzə tərəvəzləri əvəz edir. Skandinaviyada qış uzun olduğu-
na görə tərəvəzlər süfrədə tez-tez olmur. Tərəvəzləri turşuya və 
marinada qoymaq skandinaviyalıların ənənəsidir. Sirkə, şəkər 
və mixək marinadına qoyulmuş dilimlənmiş çuğundur burada 
çox məşhurdur. Yerkökü, kələm, bibər, xiyar və badımcan kimi 
başqa tərəvəzlər də marinada qoyulur. Bitkilərin az olduğu və 
maldarlıq üçün şəraitin olmadığı üçün Skandinaviya mətbəxi-
nin əsasını balıq təşkil edir. Ən çox sevilən balıq qızılbalıqdır. 
Balıqdan salat, birinci, ikinci yemək hazırlayırlar. Finlandiyanın 
şərq rayonlarında əsasən, balıq piroqları geniş yayılıb. Danimar-
kada xüsusilə seld, lasos, kambala, makrel daha çox qəbul edilir. 
Onları bişmiş və duzlu formada yeyirlər. Qurudulmuş və hisə ve-
rilmiş balıq geniş yayılmayıb. Norveçlilərdə isə daha çox treska, 
kartof qarniri ilə duzlu seld və paltus məşhurdur. Sevimli milli 
yeməkləri – “klipfike” (qayada qurudulmuş başsız treska) adlanır. 
Norveçdə balığı qurudulmuş və hisə verilmiş formada yeyirlər. 
Bütün skandinaviyalılar buterbrodu çox sevirlər. 
Skandinaviyalıların qida mədəniyyətinin digər bir xüsusiy-
yəti süd və ağartı məhsullarından geniş istifadə etməsidir. Da-
nimarkada təzə südü gün ərzində bir neçə dəfə içirlər. İsveçdə 
isə süddən sıyıq, şorba hazırlayır və kartofu, yuxa ilə yeyirlər. 
Süddən kəsmik, qaymaq hazırlayırlar. Norveçdə südü kiçiklər 
və böyüklər içir. 
Skandinaviya kulinarları müxtəlif dənli bitkilərdən geniş 
istifadə edirlər. Ənənəvi uşaq yeməkləri – sıyıqlar: buğda, yu-
laf, arpa, düyü və s. göstərmək olar. Skandinaviyalıların süfrə-
sini lobya, kartof, müxtəlif tərəvəzlər, meyvələr və giləmeyvə-


209 
lər tamamlayır. Bu ölkədə əti də sevirlər: mal əti, dana əti, do-
nuz əti. Skandinaviya kulinarları butün dövrlər ərzində yüksək 
keyfiyyətli təzə və təbii məhsullarla işləmişdilər. XIX əsrin 
əvvəllərində İsveçlilər öz ixtiralarını Avropa kulinariya mədə-
niyyətinə təqdim etdilər. Bu bütün dünyada məşhur olan Bal-
tikyanı ölkələrin milli mətbəxinin bir elementi olan İsveç masa-
sıdır. İsveç masasında olan yeməklərdə Skandinaviya ölkələ-
rinə məxsus olan milli ornament yox idi. Onun tərkibinə alman 
kolbasa məhsulları (kolbasa, vetçina, sinə, dil, və s.), pendir – 
isti hisə verilmiş balıq və s. daxildir. İsveç masasının assortimenti 
ona hesablanıb ki, masanı tez servis etmək və tez də masanın üzə-
rində qalanı yığışdırmaq. Skandinaviyalıların ən sevimli içkiləri 
kofedir. Onu səhər yeməyi, nahar və axşam yeməyindən sonra və 
ya günün hansı vədəsində olsa da içirlər. Eyni zamanda pivə, 
viski, araq, cin və müxtəlif likörlar da məşhurdur. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə