Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə82/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   113
 
İSVEÇ 
 
Paytaxtı – Stohkolm 
Dövlət dili – şved dili 
Dini – lüteranlıq 
Pul vahidi – avro 
 
İsveçin milli mətbəxi başqa şimal ölkələri kimi öz sadəliyi 
və hazırlanması ilə fərqlənir. Yerli mətbəxi haqlı olaraq kəndli 
mətbəxi adlandırmaq olar, o zərifliyi ilə fərqlənmir. Yemək ki-
fayət qədər kalorili olur. İqlim İsveçdə kifayət qədər sərtdir. 
Yemək əsrlər boyu enerji mənbəyi olmuşdur. XIX əsrə qədər 
yeməyi açıq ocaqda bişirirdilər. Sonradan yerli sakinlər ilk növ-
bədə bişmiş yemək yeməyə başladılar. XIX əsrdə dəmir plitələr 
meydana gəldi, hansı ki, onu odunla yandırmaq lazım idi. İs-
veçlilər onun isti səthində yemək bişirməyə başladılar. O vaxt-
dan bəri milli mətbəx reseptlərinin sayı xeyli artdı, onlar daha 
müxtəlif oldu. Milli ənənəvi yeməklərdən başqa müasir İsveçdə 
İtalyan, Fransız, Amerika mətbəxinə də üstünlük verirlər. 


210 
Bu gün İsveçdə yeməklərin hazırlanmasında açar rolunu 
yenə də balıq və dəniz məhsulları oynayır. Ən məşhur balıq si-
yənək balığıdır. Siyənək marinadla, xardalla, limonla, ağ sousla 
verilir. O, duzlanmış, hisə verilmiş, qızardılmış halda təqdim 
edilir. Bu balığın ən orijinal yeməyi fermentləşdirilmiş siyənək 
olan surstemmingdir. Bu yeməyin özünəməxsus sərt qoxusu 
var. Bu balığın dadına baxan insanda onun dadı uzun müddət 
damağında qalır. Bundan başqa lasos, skumbriya və başqa ba-
lıqlarda məşhurdur. Mütləq xüsusi marinada qoyulmuş lasos 
yeməyini dadmaq lazımdır. Siyənək balığından bifşteks və cür-
bəcür balıq kotletləri hazırlanır. 
Başqa dəniz məhsulları da az məşhur deyil. Məsələn, krab, 
kalmar, midii və başqa Baltik dənizi məhsulları. Bundan başqa 
ət məhsulları da az istifadə olunmur. İqlim və relyef xüsusiy-
yətlərindən asılı olaraq ən geniş yayılan ət növləri donuz, ma-
ral, quş, qoyundur. Ən klassik yeməklərdən biri İsveç küftəsi-
dir. Onu frikadelki adlandırırlar. Onu qiymə ətdən, yumurta, 
suxarı, qaymaq əlavə etməklə hazırlayır, kartof püresi və sousla 
təqdim edirlər. Başqa bir milli yemək donuz əti ilə hazırlanmış 
noxud şorbasıdır. Məşhur yerli yeməklərin sırasında – kottbul-
lar (böyük İsveç düşbərəsi), lobya ilə qızardılmış donuz, doğ-
ranmış maral və s. göstərmək olar. 
Şorbalara İsveç milli mətbəxində xüsusi diqqət yetirilir. 
Onları əsasən paxlalılardan lobya, noxud və bəzən onun resep-
tinə dənli bitkilər də əlavə edirlər. Buna orijinal dadı ilə seçi-
lən, pivə əlavə etməklə hazırlanan “elebrod” şorbasını göstər-
mək olar. Yerli sakinlər tez-tez şorbalara küftə və xəmir topları 
əlavə edirlər, bu da yeməklərin daha doyumlu olmasını təmin 
edir. Qarnirlərin içərisində əsas yeri kartof tutur. Adətən onu 
püre və ya bişmiş formada verirlər. Bununla yanaşı, göbələk də 
məşhurdur. Onlar ət üçün əla qarnirdir və bir çox faydalı mad-
dələrin mənbəyidir. Göbələk əsas yemək kimi də təqdim edilə 
bilər, bu zaman onu soğan və qaymaqla qızardırlar. İsveç mət-
bəxində desert seçimi inanılmaz dərəcədə genişdir. İsveçlilər 
şirniyyat pərəstişkarlarıdır. Mütləq itburnundan hazırlanmış 


211 
sufle, alma tortu darçınla, piroq, mürəbbə və cemlə hazırlanmış 
blinçiklərin dadına baxmaq lazımdır. 
İsveçlilər öz mətbəxlərində tutmalara böyük diqqət ayırır-
lar. Onlar qış ayları üçün mümkün olan hər şeyi konservləş-
dirir, müxtəlif mürəbbələr, cemlər bişirirlər. İsveç mətbəxi bö-
yük ölçüdə şəkər istifadə edir. Onu demək olar ki, bütün ye-
məklərə qatır, marinadların hazırlanmasında da geniş istifadə 
edirlər. İsveçlilərin digər ən çox sevdikləri qida şit yağdır. Bu-
nun nəticəsidir ki, isveç mətbəxi çox ağır və kalorili olur. Ev 
xanımları çox zaman çörəyi özləri müstəqil şəkildə bişirir. İs-
veçlilər təbiətin onlara verdiyini çox yüksək qiymətləndirir – 
giləmeyvə, göbələk, ədviyyatlar və s. Onlar bunlardan yemək 
və desertlərin hazırlanmasında geniş istifadə edirlər.
İsveçdə qonaqların boşqabına yemək qoymaq adət deyil, 
qonaqlar bunu müstəqil şəkildə özləri ümumi boşqabdan götü-
rürlər. Qidalanmanın bu sistemi bir çox ölkələrdə, xüsusilə tu-
rizm mühitində isveç masası adı altında yaşamaqdadır. Hətta 
şirniyyatları, piroqları və tortları belə müstəqil şəkildə kəsmək 
lazımdır. Boşqabda yeməyin qalığını saxlamaq qəbul edilmir. 
İsveçdə alkoqollu içkilərin içərisində şirin punş, bitki mənşəli 
içkilər və araq məşhurdur. İsveçlilər təsadüfi içirlər. Yerli sa-
kinlər kofeni daha çox sevirlər. Kofeyə dəvət etmək İsveç mə-
dəniyyətinin mühüm hissəsidir. Ölkə bu içkinin istehlakında 
dünyada ikinci yerdədir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə