Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə90/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   113
İçkilər:
isti içkilərə nisbətən soyuq içkilərdən istifadə olunur, 
qəhvə menyuda birinci təqdim olunur. Daha sonra çay üstünlük 
təşkil edir. Taxıl bitkiləri 

buğda, bulqur, düyü ərəb mətbəxinin 
əsasını təşkil edir. Paxlalılardan mərcimək, lobya, noxud geniş 
istifadə olunur. Tərəvəz və meyvələrdən: xiyar, badımcan, bamiyə 
və soğan, əncir, nar və zeytun ərəb mətbəxinin ayrılmaz tərkib 
hissəsidir. Souslar: ən məşhur sousa müxtəlif növ zeytun yağı, 
limon suyu, cəfəri, sarımsaq, qatıq, nanə, soğan əlavə olunur.
Təamları isə müxtəlifdir. Falafel – qızardılmış noxud və ya 
paxladan hazırlanır. Xumus–noxud püresi zeytun yağı, limon 
suyu və sarımsaqdan istifadə etməklə bişirilir. Künəfə pendirli 
şirniyyatdır. Samsa undan hazırlanır. Peraşki növüdür. Yemək-
lərin strukturuna gəlincə, ərəb dünyasında yeməklər üçün iki 
əsas quruluş var: Ramazan ayı üçün hazırlanan yeməklər və 
müntəzəm hazırlanan yeməklər. Ramazan ayında şirniyyat adi 
haldan daha çox istehlak olunur. Ən çox şirniyyatlar bütün il 
boyunca, xüsusilə, Ramazan ayı üçün hazırlanır. 
 


231 
Ərəb mətbəxi regionlardan asılı olaraq dəyişir 
 
YƏMƏN 
 
Yəmənin mətbəxi digər ərəb mətbəxlərindən fərqlənir. Di-
gər ərəb mətbəxləri kimi Yəməndə də toyuq, keçi və quzu ətin-
dən daha çox istifadə olunur. Ən çox yayılmış içkilər çay və 
qəhvədir. Çay adətən nanə ilə birlikdə təqdim olunur və ən çox 
yayılmış soyuq içkilərdir. Yəmənin milli yeməkləri: kartof, biş-
miş yumurta və tərəvəzlərdir, hansı ki, salatlara əlavə edilir. 
Yemək çörəklə birlikdə təqdim olunur. Yəməndə geniş yayıl-
mış digər yeməklərə aşağıdakılar daxildir: aseedah, aseed, fah-
sa, thaked, samak mofa, mandi, fattah, shakshouka, shafut, 
bint-əl-sahn, kabsa və jashun və s. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə