Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə91/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   113
 
İRAQ 
 
İraq mətbəxi əsasən, ətdən ibarətdir. İraq mətbəxində ən 
çox yayılmış ətlər toyuq və quzu ətidir. İraqın milli yeməklə-
rində digər ərəb ölkələrinə nisbətən daha çox ədviyyatlardan is-
tifadə edilir. Əsas ərzaq məhsullarına buğda, arpa, düyü, tərə-
vəz daxildir. Dolma da ən məşhur yeməklərdən biridir. İraq 
mətbəxi kababı ilə fərqlənir və tikka adlı kabab növü ilə məş-
hurdur. Çeşidli ədviyyatlardan və turşulardan istifadə olunur. 
 
LİVİYA 
 
Liviya mətbəxi Aralıq dənizi, Şimali Afrika və Berber mət-
bəxinin ənənələrindən bəhrələnib. Ən məşhur yeməklərindən 
biri, arpa, su və duz ilə hazırlanan xəmirsiz çörəkdir. Digər ərəb 
ölkələrində olduğu kimi burada da donuz ətinin istehlakı şəriətə 
əsasən, islamın dini qanunlarına uyğun olaraq qadağandır. Li-
viyanın paytaxtı olan Tripoli mətbəxi xüsusilə İtalyan mətbə-
xindən bəhrələnib. 
 
 
 


232 
MİSİR 
 
Misir öz unikal mətbəxi ilə fərqlənən ölkələrdəndir. Misir 
mətbəxi kifayət qədər orijinal, lakin bir o qədər ağır hesab olu-
nur. Bu səbəbdən turistlər onu adətən sevmir. Ənənəvi Misir 
xörəkləri ət, tərəvəz və düyüdən ibarətdir. Xörəklərin hazırlan-
masında yağ, duz, istiot, soğan, sarımsaq və həmçinin zirə, şü-
yüd və ya nanə kimi ətirli göyərtilərdən istifadə edirlər.
Misirdə çörək süfrəyə hər zaman qoyulur. Misirlilər çörəyi 
üçbucaq şəklində bükür və onu xörəklə doldururlar. Beləliklə, 
çəngəl və qaşığa ehtiyac olmur, yalnız şorbalar qaşıqla yeyilir. 
Səhər yeməyi və nahar vaxtı Misirdə adətən şorba verilir. Mi-
sirlilərin fiteer adlanan öz pitsaları vardır. Fiteer yumşaq xə-
mirdən hazırlanır və sobada bişirilir. Belə pitsa müştəri inqredi-
yentləri seçdikdən sonra onun yanında bişirilir. Pizza üçün 
yumşaq pendir, müxtəlif ət növləri və tərəvəzlər istifadə edilir. 
Zövqdən asılı olaraq pitsa ədvalı və ya şirin ola bilər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə