Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə87/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   113
 
KANADA 
 
Paytaxtı – Ottava 
Rəsmi dilləri – ingilis, fransız dilləri 
Dini – xristianlıq 
Pul vahidi – kanada dolları 
 
Kanada Şimali Amerika qitəsində yerləşən dövlətdir. At-
lantik, Sakit və Şimal Buzlu okeanlarının sahilində yerləşir. Ame-
rika Birləşmiş Ştatları ilə, şimal-şərqdə Qrelandiya ilə həmsər-
həddir. Amerika Birləşmiş Ştatları ilə Kanadanın sərhəddi dün-
yanın ən uzun sərhəddi hesab edilir. Kanada əhalisinin beşdə dör-
dü cənub ərazilərə yaxın yaşayır. Ərazisinə görə (Rusiyadan son-
ra) dünyanın ikinci ən böyük ölkəsidir. Paytaxtı Ottava şəhəridir. 
 
Kanadanın milli qida mədəniyyəti 
Kanada qida mədəniyyətinə hindu, fransız, ingilis və ame-
rikan qida mədəniyyəti təsir göstərib. Amerikan mətbəxinin isə, 
xüsusilə güclü təsiri olub. Yeməklərin hazırlanmasında konserv-
lərdən geniş şəkildə istifadə olunur. Bir çox bölgələrdə köhnə mət-
bəxə üstünlük verilir. İngilis Kanada mətbəxi regiondan asılı ola-


224 
raq dəyişir. Kanadada yaşayan xalqların ənənəvi mətbəxi Kana-
dada inkişaf etmiş, zənginliyi və müxtəlifliyi ilə yanaşı məşhur 
yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli 
mətbəxdir. Kanada mətbəxinin mənşəyi orta əsrlərə uzanır. 
Əksər kanadalılar qida rasionlarına fikir verirlər. Odur ki, 
bütün dükanlarda alıcılara orqanik və qeyri-orqanik yeməkləri 
ayrıca təqdim edirlər. Milli yeməklərdə Pootin, Butter Tarts, 
Kraft və s. yeməklərin adını qeyd etmək olar. Kanada mətbəxi 
bölgələrdən asılı olaraq dəyişir. Məsələn, Toronto mətbəxi çox 
əhəmiyyətli, mədəniyyətli olan böyük bir şəhərdir. Şəhər da-
xilində xüsusi mətbəxlərə diqqət yetirilir. Kanadanın Martimes 
bölgəsi bəzi unikal qidalara malikdir; bölgədə yerli qida mad-
dələri vardır. Şərqi Kanada regionu üç əyalətdən ibarətdir: Ye-
ni Brunsuik, Nova Skota və Şahzadə Eduard Adası. Bu adalar 
Atlantik, Sakit və Şimal Buzlu okeanların sahilində yerləşir. 
Yerli və regional yeməkləri məşhurdur. Kanada mətbəxi də ta-
rixi və təbiəti kimi maraqlı ölkədir. Qədim və zəngin mətbəxə 
malik ölkənin hər addımbaşında kafe və restoranlara rast gə-
linir. Burada yerli yeməklərlə yanaşı italyan, fransız, çin, yapon 
və s. mətbəxlər də yer alıb. Ölkə mətbəxində təbii ətdən ha-
zırlanmış qidalara, xüsusilə də ət və balıq steyklərinə, bifşteks-
lərə, langetlərə üstünlük verilir. Ölkənin ən məşhur yeməklə-
rindən biri “File broşşet”dir ki, bu file kababına bənzəyir, so-
ğan, sarımsaq, göbələk kimi ərzaqlar ona xüsusi dad verir. Qəl-
yanaltı kimi isə ən çox sevilən duru yemək 

balqabaq şorbası-
dır. Eləcə də, cənub-şərqi Asiyadan və İtaliyadan gəlmiş maka-
ron məmulatları və müxtəlif əriştələrdən hazırlanmış şorbalar 
bu xalqın sevimli yeməkləri sırasındadır. 
Monastrlarda indi də fransız kulinariyasının sirlərini və re-
septlərini qoruyub saxlayırlar. Bunlardan duzlu piroşkilər, ərik 
biskviti, bulka və s. göstərmək olar. Kanada meşəsinin heyvan-
lar aləmi qara və qəhvəyi ayılar, keçilər, dağ qoyunları, şimal 
maralları, dovşanlar, vəhşi ördək, kəkliklərlə zəngindir və bu 
heyvanlar kulinariya mütəxəssislərinin bacarıqlı əllərində şah 
yeməyinə çevrilir. Meşələr giləmeyvələrlə, zoğalla zəngindir. 


225 
Fermerlər hinduşka, dovşan, qaz, ördək, toyuq cinsi yetişdi-
rirlər. Qoyun və ev quşlarından kanadalılar gözəl yeməklər ha-
zırlayırlar. Kanadada 60-a qədər balıq növü olan xeyli göl var. 
Dəniz çoxlu sayda omar, midiy, krab, paltus balıqları verir, la-
kin buna baxmayaraq, kanadalılar qırmızı kürü yemirlər. 
Kanadalıların qida mədəniyyətində marinadlaşdırılmış və 
duza qoyulmuş tərəvəzlər və təzə meyvələrdən olan salatlar, 
soyuq ət, qaraciyərdən paştet, qiymələnmiş yumurta məşhur-
dur. Qidalanma rasionunda orijinal salatlardan istifadə edirlər: 
kərəviz, gavalı, xurma, ev şəraitində hazırlanmış küftə, pendir, 
alma, soğan, yaşıl və qırmızı bibər. Bütün bunlar müxtəlif 
kombinasiyalarda qarışdırılır. Bu qəlyanaltılar mayonez və 
müxtəlif sousla verilir. Kanadalılar balqabağı və qəhvəyi lob-
yanı çox sevirlər. Ən məşhur yeməklərindən olan “Saqanit” 
adlı sıyıq ət və balıq parçaları ilə suda qaynadılmış qarğıdalı 
dənələrindən hazırlanır. Kanadalıların qüruru – ağcaqayın si-
ropudur. Bu siropla hər cür bulkaları, piroqları və keksləri ye-
mək olar. Kanadalıların sevimli içkisi pivədir. Onun “Labatt” 
və “Molson” növləri xüsusilə geniş yayılıb. Lakin yüksək key-
fiyyətli şərabların və spirtli içkilərin çoxu xaricdən gətirilir. 
Kanadada qırmızı və çəhrayı şərab içirlər. Kəndlərdə təntə-
nəli mərasimlərdə və yayda qadınlar ağcaqayın və böyürtkən 
siropuna su əlavə etməklə qəbul edirlər. Ənənəvi Kanada içkisi 
pivə hesab olunur. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə