Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


– yunan qiros və ya türk kababın bə- rabəri, Ful  –



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə93/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

yunan qiros və ya türk kababın bə-
rabəri, Ful 

adətən pita çörəyin arasına qoyulan qəhvəyi paxla-
lardan hazırlanmış qatı püre və s.
Əvvəllər ərəb mətbəxi səhra köçərilərinin mətbəxi olub. 
Xörək hazırlamaq üçün istifadə olunan inqrediyentləri daşımaq 
asan idi. Bunu dəvənin belində daşıyırdılar. Səyahət edən kar-
vanlar yolda tərəvəz kimi qidanı almaqla menyularını müxtəlif-
ləşdirirdilər. Təəssüf ki, o vaxtlarda insanların hələ konservlər 
haqqında anlayışı yox idi. Ərəb mətbəxində yeddi rəqəmi 
xoşbəxt rəqəm sayılır. Ənənəvi xörəklərdən biri yeddi tərəvəz 
məhsulu ilə hazırlanan kus-kusdur (noxud, acı bibər, yerkökü, 
şüyüd, pomidor, soğan və balqabaq) 


234 
MÖVZU 14. ASİYA XALQLARININ QİDA MƏDƏNİYYƏTİ 
 
Asiya xalqları dünya bazarında özünün dinamik inkişafına 
görə lider ölkələr arasında üçüncü yeri tutur. Asiya yeməklərinin 
gözəl assortimenti kimi onların xalqları da çox müxtəlif və maraq-
lıdır. Asiya yeməkləri və onların çeşidi orada yaşayan xalqlar qə-
dər rəngarəng və müxtəlifdir. Bu ölkədə hər bir regionun mətbəxi 
özünəməxsusdur, lakin onları birləşdirən ümumi cəhət var: təzə 
məhsullardan istifadə edilməsi, yeməyin yağlılıq dərəcəsinin az 
olması, tez bişirilən yemək və onların inanılmaz ləzzəti. 
Asiya yeməklərinin sağlamlıq üçün xeyirli olması, onun 
çoxəsrlik keçmişinin zənginliyi və avropalılar üçün yeni hey-
rətamiz ekzotik zövqlər, təəccüblü şəkildə qərb insanının müa-
sir həyatı, əhval-ruhiyyəsi və ritmi ilə üst-üstə düşür. 
Asiyanın ekzotik mətbəxi, əlverişli iqlimi, gözəl təbiəti son 
illərdə bu ölkələrə olan turist axınına böyük təsir göstərib. Asi-
ya dünyasının böyüyən iqtisadi və siyasi gücü bölgəyə getdikcə 
artan işgüzar və istirahət səyahətləri onların mətbəxinə diqqəti 
artırmağa davam edəcəkdir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə