Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə96/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   113
 
KOREYA 
 
Paytaxtı – Seul 
Rəsmi dili – koreya dili 
Dini – buddizm, xristianlıq 
Pul vahidi – koreya vonu 
 
Koreya Respublikası Şərqi Asiyada yerləşir. Ölkə Çin və 
Yaponiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Seul 
şəhəridir. Cənubi Koreya yüksək həyat səviyyəsi ilə tanınan öl-
kələr sırasındadır. Koreyalıların qida mədəniyyəti yüz illər ər-
zində formalaşıb və əsas mədəni, iqtisadi istiqamətlərlə sıx 
bağlıdır. Bunlardan kənd təsərrüfatı, düyü ilə əlaqəli, həmçinin 
maldarlıq, balıqçılıq və s. qeyd etmək olar. 
Bütün Şərq xalqlarının əsas qidası düyü olduğu kimi, Ko-
reya xalqının da qidasının əsasını düyü təşkil edir. Koreyadan 
fərqli olaraq, kasıb ölkələrin xalqları üçün düyü bahalı, dəbdə-
bəli qida hesab edilir. Koreyalıların qida mədəniyyəti Koreya 
yarımadası və cənubi Mancuriyadakı qədim əkinçilik və köçəri 
həyat tərzi ənənələri, təbii mühit və fərqli mədəni meyillərin 
qarşılıqlı təsir yolu ilə inkişaf etmişdir. Koreya mətbəxində dü-
yü, tərəvəz, ət və dəniz məhsulları böyük rol oynayır. Kimçi 
demək olar ki, hər zaman bütün yeməklərin yanında yeyilir. Ən 
çox istifadə olunan inqrediyentlər arasında küncüt yağı, dven-
canq, mayalanmış soya, lobya püresi, soya sousu, duz, sarım-
saq, zəncəfil, qırmızı bibər və kələm yer almaqdadır. 
Koreya yeməkləri əsasən, “əsas yeməklər”, ”yardımçı ye-
məklər” və “desert” qruplarına bölünür. Əsas yeməklərə dənli 
bitkilərdən hazırlanan bar (düyü), cuq (sıyıq) və quksu (əriştə) 


243 
daxildir. Koreya mətbəxinin məşhur yeməklərindən biri “bi-
bimbah” adlanır. Bu Koreya yeməyi düyü, mal əti, tərəvəz, yu-
murta, küncüt yağı və acı bibər pastası ilə hazırlanan yeməkdir. 
Keçmişdə kral süfrəsinə daxil olan yeməklərdən biri olan bi-
bimbah hal-hazırda Koreyada hazırlanması rahat və ucuz başa 
gələn nahar yeməklərindən biridir. Şorbalardan Yumşaq Tofu 
Şorbasını qeyd etmək olar. Yumşaq Tofu yumurta və ədviy-
yatlı ət suyunda hazırlanır. Cacanqmyon yeməyi isə orijinal 
Çin yeməyi olsa da, təkcə əriştələri çinlilərinkinə oxşayır. Ko-
reyalılar daha qalın və dadlı bir versiyasını yaradıblar. 
Koreyalılar “istiyə qarşı isti” sözünü deyirlər. Bu o demək-
dir ki, isti yay günlərində qaynar yeməklər yeyirlər. Bu yemək-
lərdən biri diri toyuq və jenşendən hazırlanan samqvetanq şor-
basıdır. 
Koreya dünyada dadlı küçə yeməkləri ilə də tanınır. Ddoq-
bokki, kimbar, sunde, omuk, yumurtalı çörək və s. Bunlara da-
xildir. Koreyalıların qida mədəniyyətində başqa dənli bitkilər-
dən arpa, buğda, qarğıdalı, darı, yulaf, çoxsaylı paxlalı bitkilər 
əhəmiyyətli rol oynayır. Bununla yanaşı tərəvəzlərdən kələm, 
turp, badımcan, xiyar, pomidor, ədviyyatlardan qırmızı bibər, 
sarımsaq, soğan ənənəvi Koreya mətbəxində istifadə olunur. 
Koreya mətbəxi çox acıdır. Yeməklərin hazırlanmasında 
xüsusilə, qırmızı bibərdən çox istifadə olunur. Ona görə bir çox 
Koreya yeməkləri qırmızı-narıncı rəngdə olur. Qırmızı bibərin 
çox istifadə olunması Koreyanın cənub ölkəsi olması ilə izah 
olunur. Ölkə isti, rütubətli olduğu üçün bibər ərzaqları uzun 
müddət saxlamağa imkan verir. Koreyalılar acı bibərdən XVI 
yüzillikdə, Cənubi Amerikadan portuqaliyalılar onu gətirdik-
dən sonra istifadə etməyə başladılar. Bu zaman Koreya yemək-
lərinin bişirilməsinin ənənəvi yolu formalaşdı. Bibər yeməyi 
yüksək qiymətləndirildi, dadlı və acı anlayışları Koreya dilində 
sinonim kimi işləndi. 
Koreya mətbəxinin ədviyyatlar dəsti o qədər də zəngin de-
yil. Bunlara sarımsaq və bibəri misal göstərmək olar. Lakin on-


244 
lar müxtəlif miqdarda istifadə olunur və ona görə müxtəlif dad 
alır. Üç əsas Koreya ədviyyatı var: soya sousu (kandjan), koç-
xudjan, tvenjan. Koreya mətbəxində geniş şəkildə koriandra 
(kope-sapam) deyilən ədviyyat da var ki, salatlara xüsusi bir 
dad və ətir verir. Koreya mətbəxinin daxilində Koreya saray 
mətbəxi sadə insanların və diaspora mətbəxindən fərqlənir. 
Koreya mətbəxinin iki ən əhəmiyyətli çin və yapon ku-
linariyası ilə ümumi, oxşar cəhətləri az deyil. Çinlilər kimi ko-
reyalılar da donuz ətini çox sevir və həvəslə yeyirlər. Yaponlar 
kimi balıqdan çox və çiy halda qəbul edirlər. Koreya və Çin 
mətbəxinin xarakterik cizgisi qırmızı acı bibərdən geniş şəkildə 
istifadə etməsidir. Lakin qonşu xalqlarda olduğu kimi koreyalı-
ların əsas yeməyi düyüdü. Koreyalılar üçün düyü süfrənin ay-
rılmaz hissəsidir, necə ki, avropalılar üçün çörək. Düyü hər 
kəsə ayrıca piyalədə verilir, qalan qəlyanaltılar isə ümumi nim-
çəyə çəkilir. 
1969-cu ildə Koreya Respublikasının hökuməti tərəfindən 
hər şənbə və bazar günləri “düyüsüz gün” qərarı verilmişdir. 
Vətəndaşlara bu günlərdə düyü qəbul etməmək tövsiyə olunur-
du və qeyd edilirdi ki, bu günləri buğdadan olan məhsulları qə-
bul etsinlər. Məktəblərdə şagirdlərin məktəbə yemək gətirərkən 
düyüdən deyil, lobya və arpa ilə düyü qarışığından ibarət sıyıq 
gətirmələri tövsiyə edilirdi. Hətta restoranlarda belə məhdudiy-
yətlər qoyulmuşdu: onları məcbur edirdilər ki, menyudan düyü 
yeməklərini çıxartsınlar. 1970-ci ildə daha keyfiyyətli, yüksək 
məhsuldarlığı olan, xəstəliklərə qarşı davamlı olan düyünün 
yeni sortu yetişdirildi. Koreya Respublikasının hökuməti bu 
sortun geniş yayılmasını təbliğ etdi. 1977-ci ildən sonra Koreya 
Respublikası özünü bütünlüklə düyü ilə təmin etdi və hətta 
başqa ölkələrə də ixrac etdi. Koreya mətbəxində düyü ilə bir 
yerdə bir qayda olaraq turşuya qoyulmuş acı tərəvəzlər verilir-
di. Onlardan ən məşhur tərəvəz yeməyi kimçxi adlanır. Onu çin 
kələmindən hazırlayırlar. Lakin onu bazarlarda satılan yerli tə-
rəvəzlərdən də hazırlaya bilərlər. 


245 
Ənənəvi Koreya süfrəsinin servis edilməsində qəlyanaltıla-
rı böyük ölçüdə olmayan doldurulmuş fincanlarda verirlər. Ye-
məklərin verilməsinə ciddi nəzarət olunur, hansı ki, bu qayda 
bir neçə yüz il əvvəl dinastiya Çosonun vaxtında yaranıb. Ye-
məyi əsas və ikinci dərəcəli yeməyə ayırırlar. Qəlyanaltıları 
şəraitdən asılı olaraq sayına görə müəyyən edirlər: ailədə uşa-
ğın doğulması, böyüklərin yubileyləri və ya sadəcə ailə naharı 
və s. 12 cür qəlyanaltı yalnız imperator saraylarında verilirdi. 
Ənənəvi olaraq Koreyalılar çubuqla yeyirlər. Koreya ya-
rımadasında metal çubuqlardan istifadə olunur, lakin hər ye-
mək üçün qaşıq verilir. Çünki Koreya mətbəxinin menyusunda 
xeyli sayda müxtəlif şorbalar var. Qaşıq Koreya mətbəxində 
həyatın simvolu sayılır. Əgər ailədə dörd uşaq varsa, deməli 
dörd ağız var.
Koreyada içkilər də müxtəlifdir. Makkolli adlanan şərab 
düyüdən hazırlanır və kvasın dadını xatırladır, lakin çox sərtdir. 
Bundan başqa Sodju adlanan Koreya arağı, yudca və digər 
meyvə çayları da qəbul edilir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə