Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə104/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   113
İngiltərə –
burada çay XIX əsrdə məhşurlaşıb. Bu dövrlər-
dən başlayaraq ölkədə çay bağçaları salındı, çay rəqsləri təşkil 
edildi. II Dünya müharibəsindən sonra çay bağçalarının sayı 
azalsa da, İngiltərədə çay mərasimləri adəti hələ də qalır. 
İngiltərədə çay süfrəyə südlə verilir. Dadı qüvvətli olan ça-
ya bol miqdarda süd və bir qaşıq şəkər atılaraq xüsusi kubok 
qablarında içilir. Əslində İngiltərədə çay yüksək təbəqəli insan-
lar üçün servis edilmir. Daha çox gün ərzində içilir. İş yerlərin-
də işçilərə çay fasiləsi verilir. Orta hesabla İngiltərədə gündə 6 
dəfə çay içilir. 
İsveçrəlilər 
qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd 
atır, onun ardınca quru çay atıb odu söndürürlər. Tam soyudub 
sonra içirlər. 
Fransızların
çay mədəniyyəti də ingilislərə bənzəyir. Öl-
kədə günortadan sonra saat 4-də çay süfrəsi təşkil edilir. Çayın 
yanında isə qəhvə, meyvə suyu, müxtəlif peçenyelər qoyulur. 
Bunlardan başqa hər çay süfrəsində mütləq tort olmalıdır. 
Cənubi Afrikada
çay mədəniyyəti deyəndə “Rooibos” ça-
yının adı hallanır. Lakin Afrikanın bəzi yerlərində yetişdirildiyi 
üçün elə də məşhur deyil. “Rooibos” çayının tərkibində kofein 
yoxdur və bu da sağlamlıq üçün xeyirlidir. Buna görə də bazar-
larda bu çayın gələcəyi parlaq görünür. 
Somalidə
isə çayın qəribə rəvayəti var. Belə ki, əvvəllər 
bu ölkədə subay qızların çay içməsinə icazə verilmirmiş. Lakin 
indi bu zövqdən heç kim kənarda qalmır. Bu ölkənin küçələrin-
də kişilərə məxsus çay dəzgahlarını görmək mümkündür. So-
malidə günün hər saatı çay içilir. Günorta yuxusundan sonra içi-


265 
lən çaya “Asariya”, axşam yeməyinin yanında içilən çaya isə 
“Sambossa” deyilir. Somalidə çay südlə və müxtəlif ədviyyat-
larla 

darçın, qarabibər dənəsi ilə servis edilir. Bu ölkədə qo-
nağa çay verərkən mütləq ondan nə qədər şəkər, süd və darçın 
istədiyi soruşulur. 
Braziliyada
çay mədəniyyəti Amazon bölgəsində yaşamış 
insanların hazırladıqları çaya bənzəyir. Belə ki, ölkənin ən bö-
yük çay idxal edən bölgəsi San Paolu şəhərinin yaxınlığındakı 
sahil şəhəri Registrodur. Bu ölkədə becərilən çayın 70%-i Ame-
rikaya satılır. 
Pakistanda
çay südlə içilir. Amma şəkər ayrıca verilir. Bu 
ölkədə ən çox atma çaydan istifadə edirlər. Qara çay mütləq 
südlə içilir, nadir hallarda südsüz içilə bilər. Yaşıl çaya isə süd 
qatılmır. Pakistana ən çox Keniyadan çay idxal olunur. 
Hindistan
bu gün dünyanın ən çox çay istehsal edən ölkə-
lərindəndir. “Drajeeling” kimi xüsusi çaylar bu ölkədə yetişdi-
rilir. 
Dünyadakı çay plantasiyalarından bəziləri 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə