Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə106/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   113
 
ŞƏRAB 
 
Şərab deyəndə bizim nəzərimizə ilk növbədə üzüm şərabı 
gəlir. Həqiqətən də şərabı əsasən üzümdən hazırlayırlar. Lakin 
hansı xalqın şirin və şirəli meyvələri boldursa, onlardan da ənənə-
vi şərab əldə edilir. 
Şirin meyvə şirələri, ağac şirələri 

ağcaqayın şirəsi acıya-
raq alkoqollu içkiyə çevrilir. Bu içkinin kəşfi insan üçün, yəqin 
ki, elə də çətinlik törətməmişdir. Hazırda ayrı-ayrı xalqların özü-
nəməxsus orijinal şərabları, şəraba bənzər içkiləri vardır. 
Qədim Misirdə şərabı üzümdən hazırlayırdılar. Bunun üçün 
xüsusi torbalardan istifadə edirdilər. Əvvəlcə torbanın hər ucu-
nu bir dirəyə bağlayır, sonra uclarında olan deşiklərə taxta ke-
çirib burub sıxardılar. Bu o dövrün presi sayılırdı. Misirdə üzüm-
dən başqa xurmadan da şərab hasil edirdlər. Qədim Babilistan-
da palma şirəsindən tünd şərab hazırlayırdılar. Ehtimala görə


270 
şumerin ən qədim şəhərlərindən biri olan Urda da şərab çox is-
tifadə edilən içki növlərindən biri olmuşdur.
Qafqazda isə üzümçülük və şərabçılıq hələ qədimdən məş-
hur olmuşdur. Bir vaxtlar Azərbaycanda üzümü əzmək üçün iri 
daşları yonur və xüsusi qablar düzəldirdilər. Belə qabların bir 
tərəfində üzüm əzildikcə şirəsi nov vasitəsi ilə axıb, başqa qaba 
yığılırdı. XIX əsrin 80- ci illərində Qafqazda istehsal olunan 
şərabın təqribən 70 %-ni İberiya bölgəsi verirdi. Ümumiyyətlə, 
XIX əsrin son rübündə Qafqazın şərab istehsalında əsas yeri 
Zaqafqaziya tuturdu. V.S. Krivenko yazırdı: “Bakı bütün Avro-
paya ağ neft vermək imkanına malik olduğu kimi, Zaqafqazi-
yanın üzüm bağları bunu şərabla etməyə qadirdir”.
Şərabçılıqla məşğul olan qədim xalqlardan biri də yunan-
lardır. Bizim eradan təqribən min il əvvəl Yunanıstanda yüksək 
keyfiyyətli və xoş ətirli şərablar hasil edilirdi. Homer şərabı 
“allahların içkisi” adlandırılırdı. Qədim yunanlar bal, şərab və 
ədviyyatlardan “meliteyon” adlı xoş ətirli içki hazırlayırdılar. 
Qədim yunanlar bu içkini ən sevimli içki sayırdılar və ona “ki-
keon” adı vermişdilər. 
Romalılar şərabın sirlərini İtaliyanın cənubunda yaşayan 
köçəri yunanlardan öyrənmişdilər. Avropa ölkələrindən Fransa 
öz şərabları və tünd içkiləri ilə əsrlərdən bəri məşhurdur. Fran-
sızların hazırladıqları şampan, kaqor şərabları, həmçinin kon-
yak bütün dünyada məşhurdur. Fransanın “qazlı şərabı” üç əsr-
dən çoxdur ki, məlumdur. Lakin onun məşhurluğu 1688-ci il-
dən başlayır. Həmin il Fransanın Şampan vilayətində 

Marna 
çayının sahilində yerləşən Qautvilye abbatlığında (baş keşişin 
idarə etdiyi katolik monastrı), Perinyon adlı benediktinlər evi 
(monastır təriqəti) “musso” adlı qazlı şərab hazırlayır. Çox 
keçmir ki, bu şərab bir çoxlarının sevimli içkisinə çevrilir. 
Reyn şəhərindən olan Randyu adlı şəxs 1780- cı ildə altı min 
şüşə şampan şərabı hazırlayıb satışa buraxır. Bununla “şam-
pan” şərabının kütləvi istehsalının və satışının əsası qoyulur. 


271 
Fransadan sonra XVII əsrdə Hollandiyada da şərabçılıq in-
kişaf etməyə başlayır. Avropada Macarıstan çoxəsrlik şərabçı-
lıq təcrübəs ilə tanınır. Ölkənin 900 il yaşı olan Tokay şəhəri 
bütün dünyada şöhrət tapmış eyni adlı şərabı ilə məşhurdur. 
Volter yazırdı: “Bu şərabın şirinliyi, tündlüyü adamı dirildir. O, 
beynin bütün qırışlarını hərəkətə gətirir, ruhun dərinliklərində 
sehrli atəşfəşanlıq və fərəh qığılcımları doğurur”. 
İspaniyada istehsal olunan “Xeres” şərabının adı Xeres-de-
la-Frontera adlı şərabdır. XIII əsrdə Almaniyada şərabı alma-
dan və armuddan hazırlayırdılar. Üzüm şərabına az diqqət veri-
lirdi. Onu əsasən,, üzümçülük rayonlarında Reyndə və Mozeldə 
istehsal edirdilər. 
Afrikada şərabı tərkibində qlükoza olan banandan hazırla-
yırdılar. Uqandada banan şərabına bəzən sorqo unu da əlavə 
edirlər. Efiopiyada baldan və geşo bitkisindən “tedc” adlı şərab 
hazırlayırdılar. 
Tailandda palma qozalarının şirəsindən acıtma yolu ilə 
həm spirtli içki, həm də sirkə alınır. 
Meksikada otuza yaxın palma növündən alkoqollu içki ha-
zırlanır. Bunların arasında ən məşhuru milli içki sayılan “pulk-
ve”dir. 
Göründüyü kimi, dünya xalqlarının hər birinin şərabın ha-
zırlanması ilə bağlı öz texnologiyası və spesifik xüsusiyyətləri 
vardır. Bu tanışlıq bizə dünya xalqlarının qida mədəniyyəti ilə 
bağlı geniş məlumat verir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə