Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə102/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   113
MÖVZU 15. İÇKİLƏR 
 
ÇAY VƏ MİLLİ ƏNƏNƏLƏR 
 
Çay həyatımızın ayrılmaz hissəsidir. Süfrəmizi onsuz təsəv-
vür etmək mümkün deyil. Lakin çay mədəniyyəti hər bir ölkə-
nin mətbəxində özəlliyinə görə fərqlənir. Çay sudan sonra ikin-
ci ən geniş yayılmış içkidir. Kolunun yarpaqlarını dəmləməklə 
və ya qaynatmaqla əldə edilən bu içki əsasən, isti və subtropik 
ölkələrdə yetişdirilir. Yığılandan sonra emal prosesinin nəticə-
lərinə görə çay 4 növə bölünür: yaşıl, qırmızı, sarı və qara. 
Çay öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz 
qalaraq, qədim Çində tez həll edilən dövrümüzdə kofeinsizləş-
dirilmiş soyuq çay formalarına qədər inkişaf etmişdir. Çayın ta-
rixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket 
çaylarının ABŞ-da istehsalıdır. 
Çay ağacının vətəni Çin hesab olunur. Məhz çinlilər yar-
paqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı 
təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamış-


262 
lar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl 
Çin əlyazmalarında rast gəlinir. 
Bu gün çay bütün xalqların mətbəx mədəniyyətində ən 
önəmli yer tutur. Səmərəli istifadə üçün müxtəlif çay növləri-
nin xüsusiyyətlərini bilmək lazımdır. İriyarpaqlı çay daha çox 
işlənir, bir kq çaydan 300 fincan çay dəmləmək olar. Onun 
dəmlənməsi hər bir xalqın mətbəxində özünəməxsusdur. Min 
illərdən bəri dünyanın bütün xalqları tərəfindən bir içki kimi 
istifadə olunan çayı hər kəs fərqli dəmləyir. Ayrı-ayrı xalqlar, 
sözsüz ki, yaşadıqları regionların iqlim şəraitindən, həyat tər-
zindən asılı olaraq, çayı müxtəlif üsullarla dəmləyirlər: azər-
baycanlılar çayı adətən şüşə və ya saxsı çaydanlarda dəmlə-
yirlər. Əvvəlcə çayı çaydana töküb və sonra üzərinə qaynamış 
su əlavə edib, zəif odda dəmləyirlər. Təxminən beş dəqiqədən 
sonra çay hazır olur. Çay Azərbaycan xalqının ənənəvi içkisi-
dir. Azərbaycanlıların mərasim içkisi də çaydır. Azərbaycanlı-
lar xeyirdə də, şərdə də çay içirlər. Ölkəmizdə xüsusilə armudu 
stəkanlarda samovar çayı içilir. Ona görə ki, armudu stəkanı 
əldə tutmaq rahat olur, çay stəkanın ağız hissəsinə nisbətən dib 
hissəsində gec soyuduğuna görə həmişə isti qalır. Çay Azər-
baycanın məişətində, mətbəxində elə əvəzedilməz yer tutur ki, 
heç bir məclisi onsuz yola vermək mümkün deyil. İstər qonaq-
lıqlar olsun, istərsə işgüzar danışıqlar, rəsmi ziyafətlər, bunlar 
mütləq çay süfrəsi ətrafında keçirilməlidir. 
Hər bir Azərbaycan ailəsində gələn qonağa ilk növbədə 
çay gətirirlər. Qonaqlıq çayla başlayır çayla qurtarır. Azərbay-
canda çayı dişləmə qəndlə içirlər. 
Çay həm də Azərbaycanda elçilik rəmzidir. Azərbaycanda 
qız almağa gələn elçilər razılıq alırsa, o zaman onlara şirin çay 
təqdim olunur. 
Azərbaycana kənardan gəlmiş bu mədəniyyət digər xalq-
larda da özəlliyə malikdir. 
Çin
çayı müxtəlif kateqoriyalara bölünür. Yaşıl, qırmızı, 
ağ, qara, sarı çay olmaqla 1000-ə yaxın çay növü var. Yüz illər 


263 
boyunca Çində çayı buxarladıb içirdilər. Amma sonradan çayı 
qurutmağa başladılar. Çinlilər əvvəlcədən qızdırılmış çaydana 
çay atıb, üzərinə qaynar su tökür, 3 dəqiqədən sonra çini fin-
canlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər. 
Qədim çay mədəniyyətinin qorunub saxlandığı bu ölkədə 
çay festivallarını da canlı izləmək mümkündür. Çin filosofları de-
yirlər ki, çay şərabdan yaxşıdır. Ona görə ki, adamı sərxoş etmək 
əvəzinə daha da qıvraq edir və orqanizmi möhkəmləndirir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə