Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   113
Yaponiyada 
çay və onun istifadə edilməsi VII-VIII əsrlərə 
təsadüf edir. O gündən bu günə çay Yapon xalqının mədəniyyəti-
nin ayrılmaz hissəsi hesab edilir. Yaponlar çayı əvvəlcə xüsusi 
hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra əv-
vəlcədən qızdırılmış çaydana atıb, üzərinə hərarəti 70 dərəcə-
dən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra 
içirlər. Yaponların dediklərinə görə bu cür dəmlənmiş çay öz 
müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli 
olur. Yaponlar çayın ətrindən daha çox ləzzət alırlar. Onlarda 
çayı 40-50 qr-lıq kiçik fincanlarda içirlər. 
Türkiyədə 
çayla ilk dəfə XIX əsrdə tanış olublar. Lakin 
bundan əvvəl ölkədən kənara çıxmış türk yazıçılarının əsərlə-
rində “çay” adına rast gəlmək mümkündür. Hacı Məhmət İzzət 
Əfəndinin “Çay risaləsi” bu əsərlərdən biridir. Yazıçı əsərində 
çayın faydalarından yazıb. Bir çox mənbələr qeyd edir ki, türk-
lər çayla daha əvvəldən tanış olublar. 
Bu gün Türkiyədə içəcək deyəndə “qəhvə” yada düşür, la-
kin türklər deyir ki, çay qəhvənin taxtına çoxdan oturub. Əslin-
də ən çox qəhvənin adı işlənsə də, bu yerlərdə çay daha çox içi-
lir. Türklər hesab edir ki, çay qəhvədən daha ucuz, hazırlanma-
sı isə asandır. Çayın Türkiyədə mədəniyyət halına gəlməsi isə 
1945- ci ildən başlayıb. Bu illərdə ixracat zəifləyir və qəhvə 
aludəçiləri qəhvə tapa bilmədikləri üçün çay içməyə başlayır-
lar. Rizədə yetişən tünd çayı türklər sevir və həmin illərdən çay 
türk həyatına daxil olur. 


264 
Amerikada 
çay mədəniyyəti digər ölkələrdən fərqlənir. 
Amerikalılar dünyada məşhur olan soyuq çay “İce tea”ni çay 
əvəzi içirlər. Bu ölkədə ən çox qəhvə içilir. Amma əgər ameri-
kalılar çay adını çəkirsə deməli, bu ad hansısa iz buraxıb. Belə 
ki, Amerikada çay xüsusi dəvətlər və özəl toplantılarda servis 
edilir. Cənub bölgəsində isə yeməklərin yanında içkilərlə bəra-
bər paylanılır. 
Amerikada 85% soyuq çay içilir. Bu ölkədə çay plantasi-
yalarına rast gəlmək mümkün deyil. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə