Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə98/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   113
İNDONEZİYA 
 
Paytaxtı – Cakarta 
Rəsmi dili – indoneziya dili 
Dini – islam 
Pul vahidi – indoneziya rupiyası 
 
İndoneziya Cənub-Şərqi Asiyada ən böyük müsəlman döv-
lətidir. Cənub-Şərqi Asiyada, Hind və Sakit okeanları arasında 
olan bir ölkədir. Dünyanın ən böyük ada ölkəsidir, on yeddi 
mindən çox xırda adaya malikdir. Ekvator boyu uzanan adalar-
da iqlim il boyu eynidir. İndoneziyada iki fərqli mövsüm müşa-
hidə olunur: rütubətli və quru. Adaların çoxunda yağıntı əsa-
sən, oktyabr və aprel ayları arasına düşür. Quraqlıq mövsümü 
isə may-sentyabr aylarında qeydə alınır.


251 
İndoneziya özünün gözəl təbiəti, zəngin mətbəx mədəniyyəti 
ilə turistlərin diqqətini özünə cəlb edə bilib. Təsadüfi deyil ki, bəzi 
insanlar öz tətillərini İndoneziyanın Bali adasında keçirirlər. 
İndoneziyanın 17 000 adasının müxtəlif mətbəxindən müş-
tərilərə təklif edəcəyi xeyli yemək var. İndoneziyanın hər böl-
gəsinin öz kulinariya ənənələri və xüsusiyyətləri mövcuddur. 
Onlar öz hazırlanma xüsusiyyətlərinə, inqridiyetlərinə və ye-
mək vərdişlərinə görə fərqlənir.Yava adasının mətbəxi ən çox 
Avropa zövqünə uyğunlaşdırılmışdır (nisbətən ekzotikdir). Əsa-
sən, yeməklər tərəvəzlərdən, paxlalı bitkilərdən, mal və toyuq 
ətindən hazırlanır. 
Qərbi Sumatra özünün milli mətbəxi olan restoranları ilə, 
öz növbəsində təkcə acı deyil, eyni zamanda özünün qeyri-adi 
mətbəxi, interyeri və servis edilməsi ilə məşhurdur. Bali ada-
sında turistin arzuladığı istənilən mətbəxi tapa bilərsiniz. 
Olduqca ekzotik yeməklər də var . Belə yeməklərdən biri 
İndoneziyanın Şərqi Yava əyalətindəki Tuban kəndində torpaq-
dan hazırlanan peraşkidir. Yerli əhali tarlalardan palçıqlı torpaq 
yığır və onlardan peraşki hazırlayır. Hesab olunur ki, bu peraş-
kilər sağlamlıq üçün faydalıdır. 
İndoneziyada yemək bişirmək bir çox inanclara səbəb olub. 
Məsələn, gənc qıza yemək hazırlayarkən oxumaq məsləhət de-
yil, əks təqdirdə onun qismətinə qoca ər düşəcək. Qeyd olunur 
ki, ədviyyatlı yeməkdən sonra ağızdakı güclü yanma hissindən 
nimçəni dəfələrlə çevirməklə qurtula bilərsiniz və ya soğanı so-
yarkən göz yaşının olmaması üçün soğanlardan birini bıçaqla 
çərtmək lazımdır. 
Adətən Asiyanın hər yerində olduğu kimi İndoneziya ye-
məklərinin əsasını da düyü təşkil edir. İndoneziya əhalisi düyü-
nü allahların yeməyi hesab edir və onun meydana gəlməsi haq-
qında müxtəlif əfsanələr danışırlar. İndoneziya mətbəx mədə-
niyyətinə dərindən bələd olmayan bir çox səyahətçi, müxtəlif 
tərkibli qızardılmış düyüdən başqa ənənəvi yeməyin olmadığını 
düşünür. Təbii ki, yerlilər müxtəlif tərkibli ənənəvi hesab edi-


252 
lən qızardılmış düyünü (Nasi qopenq) tərifləyir və onu məslə-
hət görürlər. Lakin bunula yanaşı digər ənənəvi yeməklər var 
ki, onların da dadına mütləq baxmaq lazımdır. Məsələn, sate-
şişə taxılmış ədviyyatlı ət, qado-qado- fıstıq sousunda tərəvəz 
salatı, qızardılmış makaron salatı və s. göstərmək olar. Kokos 
südündə saxlanılan, mal ətindən hazırlanan İndoneziya yeməyi 
olan rendang 2011- ci ildə dünyada ən dadlı yemək kimi 
tanınıb. Toyuq və yumurtadan hazırlanan klassik nasi -goreng 
yeməyi eyni reytinqdə ikinci yeri tutub. Bu iki yemək səsvermə 
nəticəsində öz dadına görə yapon suşisi və lapşası, tailand dü-
yüsü, çin ördəyi, italyan lazaniyası, amerika marojnası, fransız 
kurasanı kimi digər dünya delikateslərinin sırasına aid edilib. 
İndoneziyalılar acı ədviyyatları və sousları çox sevirlər. İndo-
neziya mətbəxi ümumi təəssürata görə çox ədviyyatlıdır, xeyli 
spesifik dadlar var ki, Avropaya məlum deyil. Onların mətbə-
xində ədviyyat xüsusi şəkildə istifadə olunur. Bu ədviyyatların 
heyrətamiz ətri bu mətbəxin xarakterini yaradır. Bütün digər milli 
yeməklər dəniz məhsullarından, ənənəvi düyüdən, ədviyyatlar-
dan, qarğıdalı, kartof və çörək ağacının meyvəsindən ibarətdir. 
Salatlar geniş yayılıb. Qeyd etmək lazımdır ki, düyü şərabı milli 
içkilərdən biri hesab olunur. Əlbəttə ki, əsl qara kofeni də unut-
maq olmaz. Xüsusilə qəhvələri daha çox fərqlənir. Dünyanın ən 
bahalı “Kopi Luvak” qəhvəsi məhz İndoneziyada yetişdirilir. Bu 
qəhvənin özəlliyi ondadır ki, onu palmalardan adi kənd camaatı 
toplamır, o qəhvə heyvanların nəcisindən əldə edilir. 
Kopi-Luvak dünyanın ən bahalı içkisidir. Bu içki bütün 
qəhvə sevənlərin cibinə görə deyil. Onun əsas vətəni Yava ada-
sıdır. Bu məhsulun miqdarı məhdud olur, çünki onun yığılma 
üsulu çox spesifikdir. Qəhvəni Asiyadan, pişik ailəsindən olan 
vəhşi heyvan-zivetta toplayır. Heyvancıqlar bu meyvəni çox 
sevir. Buna görə də heyvanlar ən yaxşı işçiləri əvəz edərək 
ağacın ən yaxşı meyvəsini seçə bilər. “Kopi-Luvak” İndonezi-
yada palma pişiyinin nəcisindən çıxan qəhvə dənələrindən ha-
zırlanan qəhvədir. 


253 
İndoneziyanı çox zaman ədviyyatlar adası da adlandırırlar. 
Qara və ağ bibər, mixək, darçın, sərt qırmızı və yaşıl bibər, fıs-
tıq, zəncəfil, soya, sarımsaq ən mühüm acı ədviyyatlardır ki, 
yerli əhali onu öz mətbəxində istifadə edir. 
İl boyu İndoneziya bir ölkə kimi tropik və subtropik meyvə 
və tərəvəzlə adamı heyrətləndirir. Bunlardan qarpız, manqo 
mövsümü olsa da, amma banan, alma, papaya, ananas, portağal 
və başqalarını bütün il boyu yemək olar. Ümumiyyətlə, İndone-
ziyada təbii olan məhsulları çox sevirlər. Məsələn, kokos qozu, 
palma ürəyi, manqo və çörək ağacının meyvələri və s. 
Ənənəvi yeməyi banan yarpağında sağ əllə təqdim edirlər, 
sol əl onlarda təmiz hesab edilmir. Yeməkdən qabaq və sonra 
əllər su və limon dilimləri olan xüsusi qabda yuyulur. Avropa-
lılara adətən bıçağı çıxmaq şərti ilə qaşıq və çəngəl verilir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə