Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə94/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   113
 
HİNDİSTAN 
 
Paytaxtı – Dehli 
Rəsmi dili – hind, ingilis 
Dini – induizm 
Pul vahidi – hind rupisi 
 
Hindistan Cənubi Asiyada yerləşir. Dünyanın ən böyük ikin-
ci coğrafi ərazisidir. 28 əyalət və 7 birlik bölgəsindən ibarətdir. 
Pakistan, Çin, Nepal, Butan, Banqladeş və Myanmar ölkələri ilə 
həmsərhəddir. Əhalisinin sayına görə Hindistan dünyada ikinci 
yeri tutur. Dehli, Mumbay və Kəlkütdə Hindistanın ən böyük 3 
şəhəridir. 
Hindistan öz filmləri ilə də dünyada məşhurdur və bir çox 
müxtəlif bölgələrdə film sənayesi mövcuddur. Bunlardan ən 
önəmlisi isə Mumbaydakı Bollyvood filmsənayesidir. 


235 
Hindistan dünyanın ən qədim sivilizasiyasıdır. Ölkənin çox 
böyük tarixi, mədəniyyəti və ənənələri vardır. Hind xalqı öz 
ənənələrinə sadiq olan, onu yaşadan bir xalqdır. Ölkədə dün-
yanın bütün dinləri var. Ölkə əhalisinin 80% induizm dininə si-
tayiş edir. Lakin buna baxmayaraq, burada müsəlman, xristian, 
atəş-pərəst və s. dinə sitayiş edənlər də yaşayır. Bütün bu rənga-
rənglik Hind mədəniyyətini zənginləşdirir. Bu müxtəliflik özü-
nü hind xalqının qida mədəniyyətində də göstərir. 
Ölkə kulinariyasında ədviyyat çox vacib sayılır. Oranın 
iqlimi çox isti, əhalisi həddən artıq çox olduğuna görə burada 
müxtəlif yolxucu xəstəliklərdən qorunmaq üçün acı ədviyyat-
lardan çox istifadə olunur. Deyilənə görə hind yeməkləri o qə-
dər acı olur ki, onu yalnız hindlilər özləri yeyə bilər. Yemək-
lərdən tutmuş şirniyyatlara qədər bütün qidalarda ədviyyat isti-
fadə olunur. Darçın şirniyyatlarda ən çox istifadə olunan ədviy-
yatdır. Dini inanclar səbəbindən inək əti yeyilmir. 
Hindistanda mətbəx bölgəyə uyğun olaraq dəyişir. Şimali 
Hindistanda Moğul mətbəxi üstünlük təşkil edir. Onun tarixi 
Moğul imperatorluğunun mətbəxindən qaynaqlanır. Bu üslub-
dan Pəncabın regional mətbəxi də ilhamlanır. Şimali Hindistan 
buğda yetişdirən torpaqdır, buna görə Hindistanın çörəkləri de-
dikdə ilk ağıla gələn chapatti (mayasız çörək), paratha (qızar-
dılmış qatlı roti), naan (zərif buğda unundan hazırlanmış və gil 
tandoori şorbasında bişirilmiş), puri (dərin qızardılmış və dol-
durulmuş çörək) və başqalarıdır. 
Şimal boyunca müxtəlif regional mətbəxlərə rast gəlmək 
olar. Bunlardan Tandoorinin adını çəkmək olar. Tandoori ye-
məyi bir gil sobada toyuqdan hazırlanan yeməkdir. Bu, bir 
Pəncablı mühacir tərəfindən hazırlanan ən məşhur Şimali Hin-
distan yeməyidir. Şimali Hindistanda samosa (üçbucaqlı for-
malı nazik xəmirlər içərisinə salınmış tərəvəzlər) və kachori 
(nazik xəmirin içərisinə salınmış tərəvəz və ya paxlalılar) kimi 
müxtəlif qəlyanaltılar da vardır. 
Hind mətbəxinin ən diqqətçəkən məqamı ədviyyatdan və 
müxtəlif yerli tərəvəzlərdən geniş istifadə olunmasıdır. Tərə-


236 
vəzlərə üstünlük verilməsi həm də ölkədə mal ətinin yeyilmə-
sinin qadağan olunması ilə əlaqədardır. Təsadüfi deyil ki, Hin-
distanda mal ətinin yeyilməsi təhqir, kafirlik kimi qəbul edilir. 
Bu səbəbdən də yerli əhalinin böyük hissəsi məcburi vegete-
riandır. Ənənələr və tarixi faktlar nəticəsində hind aşpazlar əsl 
ədviyyat mütəxəssislərinə çevrilib. Hind mətbəxi: şimal, cənub, 
şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə bölünür. Hər 
mətbəxin özünəməxsus xüsusiyyətləri var. Şimal Hind mətbəxi 
süd məhsullarından çox istifadə edir. Şimal Hind mətbəxinin 
əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kaçori, 
imarti sayılır. Qərb hind mətbəxində balıq, hind qozu və düyü-
dən çox istifadə edilir. Cənubi hind mətbəxinin ən məşhur nü-
munəsi üçbucaq və ya aypara şəklində açılmış xəmir içi əd-
viyyatlı kartof, qiymə və soğan ilə doldurmaqla hazırlanır. Süf-
rəyə nanəli sousla verilir. 
Məşhurluğuna baxmayaraq, keri sadə xalqa aid olan ye-
mək hesab olunur. Bu səbəbdən bəzi hindlilər keri sözünü xoş-
lamır, çünki o, sanki süfrəyə verilən xörəyi alçaldır. Lakin bir çox 
qurmanlar üçün bu ədviyyat aşpazlıq sənətinin möcüzəsidir. Keri-
nin müxtəlif növlərinin mövcud olduğuna baxmayaraq, kerinin 
hazırlanmsı üçün mütləq olan bir neçə əlavələr var ki, bunlar da 
sarımsaq, zəncəfil, soğan, çilli bibərlər və yoqurtdur. 
Hind xalqının mətbəx mədəniyyətinə nəzər salarkən gö-
rürük ki, müstəmləkəçilik dövründən əvvəl Hindistanda ət yal-
nız cəngavər kastası tərəfindən yeyilirdi. İndiki zamanda hind-
lilərin əksəriyyəti vegeterianlardır. Bu səbəbdən tərəvəzlər Hind 
mətbəxində xüsusi yer tutur. Mərcimək, paxlalar, badımcan və 
həmçinin pomidor, gülkələmi və ya ispanaqdan maraqlı xörəklər 
hazırlanır. Mal əti yeməyinin qadağan olunması müqəddəs sayılan 
inəklərin kultundan irəli gəlir. Digər tərəfdən yoqurt kimi süd 
məhsulları olduqca məşhurdur. Bir çox hind evlərində süfrədə 
yemək zamanı yoqurtsuz yemək natamam sayılır, süfrədə heç 
olmazsa, az miqdarda yoqurt olmalıdır. Bu çox sadə izah olunur. 
Yoqurt daxil olmaqla süd məhsulları həddindən artıq ədviyyatlı 
yeməyin qəbulu zamanı yaranan susuzluğu aradan qaldırır. 


237 
Xristianlığın yayıldığı Qoa şəhərində əhali yeməkdə donuz 
və düyü istifadə edir. Donuz əti qoalıların bütün il boyu əsas 
yeməyi hesab olunur. Hindlilərin ən sevimli yeməyi tərəvəzdən 
və paxlalı bitkilərdən hazırlanmış plovdu. Onu az miqdarda bit-
ki yağı ilə əsasən, xardal, küncüt yağı əlavə etməklə hazırlayır-
lar. Hindlilərin qidalanmasında ən vacib yeri meyvələr tutur. 
Bunlardan: təzə ərik, alma, limon və s. göstərmək olar.
Ən geniş yayılmış içkiləri sudan və limon şirəsindən hazır-
lanmış nimbu və pançdır. Pəncabda isə ən məşhur içki turş 
yerkökü və xardal toxumundan hazırlanan kandji adlı içki-
dir.Yayda isə Hindistanda manqo şirəsi içirlər. Pivə, şərab və 
başqa içkilər nahar zamanı qəbul edilmir, yeməyi adətən su ilə 
yeyirlər. İsti içkilərdən çaya üstünlük verirlər, lakin kofedən də 
imtina etmirlər. 
Mütəxəssislərin rəyinə görə Hind mətbəxi nəinki dadlı, 
hətta çox faydalıdır. Az miqdarda ətin vok adlanan çuxur tava-
da qısa müddət ərzində qızardılan çoxlu tərəvəzlər və ya mey-
vələrlə istifadə olunması insan orqanizmi üçün çox xeyirlidir. 
Mütəxəssislərin fikrinə görə belə hazırlama üsulu orqanizmdə 
kanserogen maddələrin yığılmasına mane olur və həmçinin 
köklük və şəkər xəstəliyinin qarşısını alır. 
Hindlilərin qidalanma ilə bağlı etiket qaydaları var ki, bu-
na hər zaman əməl edirlər. Hindlilər hesab edirlər ki, qida Al-
lah tərəfindən verilən bir hədiyyədir və bu səbəbdən xörəyin 
hazırlanması və yeyilməsinə ciddi və ehtiramla yanaşırlar. 
Ənənəvi Hind yeməkləri tərəvəzlər və ya ətlə hazırlanmış dü-
yünü çapati çörəyi götürməklə əl ilə yeyilir. Təbii ki, çəngəl və 
ya qaşıqdan da istifadə etmək olar. Qeyd etmək lazımdır ki, 
hindlilər yemək ilə alkoqollu içkilər içmir, yemək zamanı yal-
nız buzlu su və ya yoqurtdan istifadə edirlər. 
Milli ənənəyə görə hindlilər yeməyi sağ əllə yeyirlər. Sol 
əllə yeməyə toxunmamağa çalışırlar. Onların fikrinə görə sol əl 
bədənin təmizlənməsi üçün, sağ əl isə yemək yemək üçün 
müəyyən edilib. 


238 
Yemək zamanı adətən soyuq su və ya təzə meyvələrdən, 
tərəvəzlərdən ibarət olan içkilər və ya yoqurt verilir. Adətən hind 
yeməklərindən sonra çay və kofe verilmir, onun əvəzinə mixək və 
darçın çeynəmək qəbul edilmişdir. Çünki bu ədviyyatlar ağzı 
təravətləndirir və mədənin funksiyasını yaxşılaşdırır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə