Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə80/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   113
 
İSPANİYA 
 
Paytaxtı – Madrid 
Rəsmi dövlət dili – ispan dili 
Dini – katolisizm 
Pul vahidi – avro 
 
Rəsmi adı İspaniya Krallığı olan bu ölkə Avropanın cənub-
qərbində yerləşir. İspaniya Avropanın ən dağlıq ölkəsidir. Be-
ləki, paytaxtı Madrid, Avropanın ən hündür paytaxtı hesab edi-
lir. Avropa Birliyi və NATO-nun üzvüdür.


204 
Belə bir fərziyyə mövcuddur ki, İspaniya sözü “dovşanlar 
ölkəsi” kimi tərcümə olunur. Pomidor, kartof, avakado, tütün 
və kakaonun Avropaya gəlib çıxmasına görə avropalılar məhz 
ispanlara təşəkkür etməlidirlər. 
İspaniya ərazisi regionlarına görə çox fərqli iqlimə malik-
dir. Məsələn, ölkənin bir tərəfi səhraları xatırladarkən, digər tə-
rəfində mümkündür ki, 20 gün dalbadal yağış yağsın. İspaniya 
orada yaşayan quşların növünə görə dünyanın birinci ölkəsi sa-
yıla bilər. Odur ki, bülbüllərin oxuması onlar üçün adi bir hal-
dır. Dünyanın ən qədim restoranı İspaniyadadır. Belə ki, bu 
restoran 1725-ci ildə fəaliyyətə başlayıb. İspaniyada müxtəlif 
qeyri-adi muzeylər fəaliyyət göstərir. Məsələn, romantika və ya 
ət muzeyi. İspaniyada mövsümün yalnız altı ayını işləyən res-
toran mövcuddur. Belə ki, bu restoranda qeyri-adi dadla müxtə-
lif qidalar insanlara təqdim olunur. Məsələn, torpaq və ya qar 
dadı verən şokalad, balıq dadlı dondurma və s. Dünyada isteh-
sal olunan zeytun yağının 45%-i İspaniyada istehsal edilir. 
İspan xalqının qidalanma mədəniyyəti yüz illər ərzində də-
yişikliklərə məruz qalıb. Valehedici İspan mətbəxinə Finikiya-
lılar, Romalılar, Karfagenlilər və ərəblər böyük təsir göstərib. 
İspaniyanın regional müxtəlifliyi onun mətbəxində öz əksini ta-
pıb. Ən məşhur mətbəxlərin arasında Bask, Qalisiya, Katoloni-
ya, Valensiya, Estremadura və hər iki Kastilyanın mətbəxləri-
dir. Korida və Flamenco, günəşli və qumlu çimərliklərdə, həm-
çinin zeytun və çaxır ölkəsində 17 millət yaşayır. Turistlər İs-
paniyanın regionları arasında olan dil, mədəniyyət, rəssamlıq 
ənənələri, mənzərələr və siyasi fərqinə çox təəcüblənir. 
İspan mətbəxi ölkənin müxtəlif regionlarının töhfəsi olaraq 
ispan mətbəxini zənginləşdirən müxtəlif yeməklərin hazırlanması 
formasıdır. Bu mətbəx kənd yerləri və sahilyanı ərazilərdən tut-
muş bir çox ərazilərin və iqlimlərin mədəniyyətini təmsil edir. 
İspan mətbəxi paellya (düyüdən hazırlanmış xüsusi ye-
mək), qaspaço (süfrəyə soyuq halda verilən ədviyyatlı tərəvəz 
şorbası), tortillya (omlet) və yaxud tapas (qəlyanaltı) kimi xö-
rəkləri ilə məşhurdur. 


205 
İspanlar öz vaxtlarının əhəmiyyətli hissəsini çöldə keçirir-
lər. Bu səbəbdən onlar, həmçinin restoran və ya kafeterilərdə 
çox yeyirlər. İspanlar üçün barda nahar etmək adi bir şeydir. 
Belə bir bar, kafe, pab və restoran rolunu oynayır və günün 
vaxtından asılı olaraq, müvafiq yeməkləri təklif edir. Saat on 
ikiyə kimi adətən şirniyyatlardan ibarət olan səhər yeməyi 
verilir, lakin ofisiantdan xahiş edə bilərsiniz ki, o sizə pendir və 
ya vetçina buterbrodu gətirsin. Günortadan saat dördə kimi 
mətbəxdə isti yeməklər hazırlanır. Saat dörddən sonra mətbəx 
axşama kimi bağlanır. Axşam vaxtı şam yeməyi süfrəyə verilir. 
Maraqlısı odur ki, ispanlar qəhvəni də desert kimi qəbul edir-
lər. Burada hazırlanan qəhvənin dadı həqiqətən gözəldir. 
İspan mətbəxində şorba və salatlara əlavə olunan zeytun 
yağından geniş istifadə olunur. İspanlar mətbəxdə balıq, dəniz 
məhsulları, paxlalar və düyüdən də çox istifadə edirlər. Xörək-
lərin dadını zənginləşdirmək üçün onlara pomidor, bibər, yu-
murta, sarımsaq, badam və çaxır əlavə edirlər. 
İspan xörəkləri sadədir, lakin zəfəran başda olmaqla ətirli 
ədviyyatların geniş istifadəsinə görə o, çox zəngin və incə tama 
malikdir. 
Cənub regionunda dəniz məhsulları mətbəxin əsasını təşkil 
edərkən, ölkənin mərkəzi hissəsində əsasən, tərəvəzlər və müx-
təlif ət növlərindən istifadə olunur. Dağlıq regionlarda isə quzu 
əti və paxlalılardan daha çox istifadə olunur. Dağlıq Kastili-
yanın vizit kartı qızardılmış dana, quzu əti, quru vetçinalar və 
həmçinin isti çorizo donuz sosisləridir. Kataloniyada müxtəlif 
üsullarla hazırlanmış (təzə, bişirilmiş və ya marinada qoyul-
muş) balıq və tərəvəzlər, Qalisiyada zarzuela de maricos – əd-
viyyatlı tomat, soğan, sarımsaq, zeytun yağı və çaxır sousunda 
pörtlənmiş, yağda qızardılmış balıq çox məşhurdur. Valensiya 
isə paelya ölkəsidir. Paelya böyük dəmir tavada tərəvəz, toyuq 
əti və ya dəniz məhsulları ilə pörtlənmiş düyüdən hazırlanan 
çox məşhur və olduqca ləzzətli İspan yeməyidir. İspaniyada 
başlanğıcını Roma vaxtlarından götürən və süfrəyə soyuq veri-


206 
lən tərəvəz şorbaları ajo blanco (ağ növü) və qaspaçço (qırmızı 
növü) indiyədək öz məşhurluğunu qoruyub saxlayır. O vaxtlar 
bu şorbalar indiki Andaluziyanın ərazisində yerləşən hər bir 
Romalı legionerin gündəlik yemək rasionuna daxil idi. İspaniya 
üçün başqa səciyyəvi şorbalar siyahısında mal əti və vetçina, 
sosiska, klyotek, cəfəri və sarımsaqdan ibarət olan puchero şor-
bası və əsas inqrediyentləri qoyun əti, dana budu, mal əti, vet-
çina, hisə verilmiş sosiska, noxud və tərəvəzlərdən ibarət olan 
qatı olla podrida şorbasıdır. Ət bişəndən sonra o, balaca tikə-
lərə bölünərək içərisinə sarımsaq və ətirli göyərti əlavə olunan 
şorbada süfrəyə verilir. Dəniz məhsulları və balıq yeməkləri sa-
hilboyu regionda mətbəxin əsasını təşkil edir. Hər hansı dəniz 
sahilində yerləşən şəhərdə nəhəng balıq bazarları turistləri daim 
cəlb edir. Orada təzə skumbriya, tuna, krevetlər, səkkizayaqlı ilbiz 
və omarları əldə etmək mümkündür. 
Məşhur qəlyanaltılardan biri tapasdır. Canya adlandırılan 
pivəni sifariş edərkən tapas pulsuz pivə ilə verilir. Başqa qəlya-
naltı xüsusilə San Sebastyan regionunda məşhur olan pintxos 
adlanır. Rasiones tapasdan böyükdür. Lakin onların ikisidə bir 
məhsul və ya xörəkdən hazırlanır. Məsələn, qrildə hazırlanmış 
donuz qulağı, romasayağı Kalmar və ya çaxırda bişirilən sosis-
kadan. Platos combinados isə bir neçə məhsuldan ibarətdir (tə-
zə tərəvəz salatı, bir tərəfdən qızardılmış qayğanaq, dana əti). 
İspan ənənəsinə uyğun olaraq, yeməkdən əvvəl süfrəyə qızar-
dılmış badam, yaşıl çiy zeytun, çörək və həmçinin tomat və 
sarımsaq sousu verilir. 
İspaniyanın Əndəlüs hissəsi uzun illər Ərəb işğalları altın-
da qaldığı üçün Əndəlüs mətbəxinin özünəməxsus xüsusiyyətləri 
vardır. Afrika mətbəxinin təsiri böyük olduğu bu mətbəxdə dəniz 
sahilində yerləşdiyinə görə dəniz məhsulları özünəməxsus yer tu-
tur. Bundan başqa karbohidratlarla zəngin buğda, zeytun və üzüm 
xüsusilə geniş yayılıb. Zeytun yağında qızardılmış qızartmalar sa-
yəsində mətbəx “La cocina de los fritos” (qızartmalar mətbəxi) 
adını almışdır. Əndəlüs mətbəxində yumurta, pomidor, soğan, 
bibər, zeytun, sarımsaq xüsusi önəm daşıyır. 


207 
İspaniyada südü, qara kofeni, südlə kofeni, eyni zamanda 
quru və həcmcə böyük olmayan süddən hazırlanan şokoladı 
çox içirlər. Ən məşhur içki orşad adlanır ki, onu badam sü-
dündən hazırlayırlar. İspaniya bir ölkə kimi turizm ölkəsi hesab 
olunur. Bu ölkənin gözəl iqlimi, gəzməli yerləri hər zaman 
turistləri özünə cəlb edir. Bura gələn turistlər təkcə dincəlməyə 
deyil, eyni zamanda ispan yeməkləri ilə tanış olmaq və onun 
dadından ləzzət almaq üçün gəlirlər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə