Dərsə verilən tələblər 2 qrupa bölünür- ənənəvi tələblər, müasir tələblər. [3]
Ənənəvi tələblərə dərsin psixoloji və məntiqi cəhətdən tam olması, dərsdə şagirdlərin fəallığının tam təmin olunması, müxtəlif üsul və vasitələrdən istifadə edilməsi, kollektiv və fərdi işin uzlaşdırılması, vaxtdan səmərəli istifadə və s. daxildir.
Müasir tələblərə isə dərsdə yüksək nəticə əldə edilməsinə yönəldilən tədris fəaliyyətinin təşkili, dərsin quruluşunun aydın olması, əsas didaktik vəzi- fənin – yəni təlim materialının şagirdlərin başa düşə- cəyi səviyyədə izahı, şagird fəallığı və şüurluluğunun təmin edilməsi, humanizm, əyanilik prinsiplərinin təmin edilməsi və s. aiddir.