Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


İnformatika dərslərinin tipləri



Yüklə 1,11 Mb.
səhifə19/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   47
Azf-296626 removed

İnformatika dərslərinin tipləri. Dərsi müxtəlif əlamətlərə görə təsnif etmək olar – didaktik məq- sədlərə, tətbiq edilən metodlara, tədris fəaliyyətinin
təşkil ediməsinə görə və s. Didaktik məqsədlərinə görə dərsin aşağıdakı tipləri var:



dərsi; dərsi;

  • yeni bilik verən dərs;

  • bilik və bacarıqların formalaşdırılması







  • yoxlama dərsi;

  • mürəkkəb (qarışıq) dərs.

Dərsə verilən tələblər 2 qrupa bölünür- ənənəvi tələblər, müasir tələblər. [3]


Ənənəvi tələblərə dərsin psixoloji və məntiqi cəhətdən tam olması, dərsdə şagirdlərin fəallığının tam təmin olunması, müxtəlif üsul və vasitələrdən istifadə edilməsi, kollektiv və fərdi işin uzlaşdırılması, vaxtdan səmərəli istifadə və s. daxildir.


Müasir tələblərə isə dərsdə yüksək nəticə əldə edilməsinə yönəldilən tədris fəaliyyətinin təşkili, dərsin quruluşunun aydın olması, əsas didaktik vəzi- fənin – yəni təlim materialının şagirdlərin başa düşə- cəyi səviyyədə izahı, şagird fəallığı və şüurluluğunun təmin edilməsi, humanizm, əyanilik prinsiplərinin təmin edilməsi və s. aiddir.



Hər bir dərs tipi özünəmxsus quruluşa malikdir.
Dərsin tipindən asılı olaraq onun quruluşu dəyişir.


Yeni bilik verən dərs məktəbdə ən geniş yayılmış dərs tiplərindən biridir. Burada məqsəd şagirdlərə yeni bilik verməkdən ibarət olduğu üçün o, yeni bilik verən dərs adlanır. Bu dərsin quruluşu aşağıdakı kimidir:



  1. Sinfin təşkili.

  2. Keçilən materialın soruşulması.

  3. Şagirdlərdə yeni mövzu ilə bağlı motivasiyanın yaradılması.

  4. Yeni mövzunun mənimsədilməsi.

  5. Yeni mövzu üzərində iş vasitəsilə onun möhkəmləndirilməsi.

  6. Dərsin yekunlaşdırılması və ev tapşırıqlarının verilməsi.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə