Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


informasiya və informasiya prosesləri



Yüklə 1,11 Mb.
səhifə2/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47
Azf-296626 removed

informasiya və informasiya prosesləri;


  • formallaşdırma, modelləşdirmə, alqo- ritmləşdirmə proqramlaşdırma;
  • kompüter, informasiya-kommuni- kasiya texnologiyaları və sistemləri;


  • cəmiyyətin informasiyalaşdırılması.

    Yarım əsrdən çoxdur ki, məktəblərdə hesablama riyaziyyatı, alqoritm və proqramlaşdırma, məntiq elmi, diskret riyaziyyatın elementləri tədris edilir. Fundamental elm sahəsi kimi informatikanın tədrisi metodikası informatika, fəlsəfə, pedaqogika, psixologiya və s. elmləri ilə sıx bağlıdır. Kibernetika elminin banisi sayılan amerikalı alim Norbert Viner 1948-ci ildə çap edilən “Kibernetika” kitabında bu elmin əsaslarını şərh etmişdir. İnformatika və kibernetika elmlərinin ümumi cəhətləri çoxdur. Kibernetika (yun. Επιστήμη συστημάτων) — yunan sözü olub, hərfi mənası "idarə etmək bacarığı" deməkdir. Kibernetika əks əlaqəyə malik olan texniki sistemlərin idarə olunması haqqında elmdir. İnformatika isə sosial sistemlərdə və təbiətdə informasiyanın hərəkətinin ümumi qanunauy- ğunluqlarını öyrənir. Hər iki elm informasiya anlayışından istifadə edir. [18; s.11-15]
    İTM-in obyekti təbiətdə və cəmiyyətdə informasiya prosesləri və informasiya texnologiyalarıdır.
    İTM-in predmeti təbiətdə və cəmiyyətdə informasiya proseslərinin ümumi xüsusiyyətləri və
    qanunauyğunluqlarıdır.
    Məktəb informatika kursunun məqsəd vəzifələri. Informatikanın tədrisi nəzəriyyəsi və metodikası günbəgün inkişafda olan bir sahədir. İnformatikanın tədrisi metodikası aşağıdakı vəzifələri yerinə yetirir: [15; s.44-47]

    • informatikanın tədrisinin konkret məqsədlərini və məktəb tədris planında bu fənnin rolunu müəyyən etmək,

    • məktəb müəlliminə informatika dərslərinin təşkili üçün ən əlverişli tədris formalarını seçmək imkanını yaratmaq,

    • müəllimlərin praktik fəaliyyəti üçün tövsiyyə və məsləhətlər hazırlamaq.

    Hər bir fənnin tədrisində olduğu kimi, informatikanın tədrisi metodikası da aşağıdakı suallara cavab verir:

    • nəyi öyrənirik?

    • niyə öyrənirik?

    • necə öyrənirik?

    İbtidai siniflərdə informatika tədrisinin əsas
    məqsədləri bunlardır:

      • İnformasiya, informasiya prosesləri və sistemləri, texnologiyaları və modelləri haqqında elmi təsəvvürlərin əsasını təşkil edən biliklərin mənim-

    sədilməsi;

      • Kompüterdən istifadə etməklə müxtəlif növ informasiya ilə (mətn, səs, qrafik və s.) iş vərdişlərinin yaradılması;

      • İKT vasitələri ilə şagirdlərin idraki marağının, yaradıcı və intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi;

      • Şagirdlərdə informasiya anlayışına hüquqi və etik cəhətdən ciddi yanaşma tərbiyə etmək, informasiyadan istifadəyə seçici yanaşmaq;

      • Gündəlik həyatdan alınan informasiyanı tətbiq etmək, fərdi və kollektiv proyektlər hazırlamaq.

    Ibtidai siniflərdə informatika tədrisi: 1) tədris;

    1. praktik; 3) tərbiyəvi məqsəd daşıyır. Bu fənnin tədrisində qarşıya qoyulan vəzifələr həmin məqsədlərin yerinə yetirilməsinə yönəldilməlidir. Tədris məqsədinə informatikanın öyrədilməsində bu elmin fundamental anlayışlarının mənimsədilməsi, o cümlədən informasiyanın təsviri, ötürülməsi, istifadəsi daxildir. Praktik məqsədlərə şagirdlərə texnoloji bacarıqları aşılamaq, onları gələcək praktik fəaliyyətlərində lazımi bilik və bacarıqlarla təmin etməkdir. Tərbiyəvi məqsəd hesablama texnikası və texnologiyalarından cəmiyyətin və sivilizasiyanın




    inkişafı üçün necə istifadə edilməsini şagirdlərə aydınlaşdırmaq, onlarda informasiya mədəniyyəti formalaşdırmaqdır. [10, s.10-11]

    Yüklə 1,11 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   47




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə