Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


İbtidai siniflərdə informatika tədrisinin xüsusiyyətləri



Yüklə 1,11 Mb.
səhifə8/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   47
Azf-296626 removed

İbtidai siniflərdə informatika tədrisinin xüsusiyyətləri


  1. İbtidai sinif şagirdlərinin məntiqi

təfəkkürünün xüsusiyyətləri.



    1. İbtidai siniflərdə informatikanın tədrisinin əsas prinsipləri (elmilik, həyatilik, şəxsiy- yətyönümlülük, nəticəyönümlülük, mövzu- nun kəşf edilməsi və s.).

İbtidai sinif şagirdlərinin məntiqi təfəkkü- rünün xüsusiyyətləri. İbtidai siniflərdə informatika fənninin tədrisində ilk növbədə həmin yaş dövründə şagirdlərin psixoloji xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məktəbə qədəm qoyan şagird ilk günlər çox sadə, bəsit təfəkkürə malik olur. Onlarda ətraf aləm haqqında çox müxtəlif, bəzən qeyri-adi fikirlər mövcud olur. I sinif şagirdi rəngli, onda emosiyalar yarada biləcək maraqlı materialı çox tez və yaxşı qavraya bilir. Onların diqqəti və yadda saxlama bacarığı kifayət qədər yaxşı olur. Onların təfəkkürü isə əyani-obrazlı təfəkkürdür. Onlar gördükləri əşyaları formaları, eşitdikləri səslər və hissiyyatları ilə dərk edirlər. Bu amil 1-4-cü siniflərdə infor- matikanın tədrisi prosesində mütləq nəzərə alın- malıdır. Təfəkkürün bu formasının abstrakt-məntiqi
təfəkkürə keçirilməsi prosesi yuxarı siniflərə qədər davam edir. [18, s.401-412]
İbtidai sinif şagirdləri uzun müddət eyni məsələnin həlli ilə məşğul ola bilməzlər – ona görə də onlara kompüterdə müxtəlif məzmunlu işlər – məsələn, şəkil çəkmək, didaktik oyun oynamaq, cədvəl hazırlamaq və s. tapşırmaq olar.
İnformatika fənninin çox mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu fənn ibtidai siniflərdə tədris edilən bütün fənlərlə bilavasitə əlaqəlidir. İnformatika fənni ana dili, riyaziyyat, texnologiya, musiqi, təsviri incəsənət, həyat bilgisi və s. fənlərlə çox sıx əlaqədə tədris olunur. Hətta bəzi mövzular zahirən təkrarlansa da, mahiyyətcə, bu mövzuların tədrisinə yanaşma tərzi müxtəlifdir. “Alqoritm” mövzusu izah edilərkən, demək olar ki, bütün fənlərdə tədris olunan mövzulardan istifadə etmək olar. Məhz buna görə də bu mövzuya aid çalışma və tapşırıqlar müxtəlif fənlərlə inteqrativ formada tərtib edilmişdir. Müxtəlif fənlərdən öyrənilən “Doğru” mülahizələri “Yalan”a və əksinə çevirmək məqsədi ilə “İnkar” anlayışı daxil edilmişdir.
İnformatikanın tədrisi prosesində sistemli düşüncənin inkişafı əsas vəzifədir. Bununla yanaşı,
digər mühüm bir məqsədin – başqa fənlərdən alınmış bilik və bacarıqların möhkəmləndirilərək fərqli kontekstdə – sistemli yanaşma tərzi ilə tədrisi mühüm əhəmiyyət kəsb edir.
İnformatika fənni uşaqlarda dünyanın sistemli şəkildə dərkedilmə vərdişlərini, müxtəlif hadisələr arasında mövcud olan əlaqələrin başa düşülməsini, alqoritmik düşüncə tərzini və s. formalaşdırır. Tədris prosesinin özünə də informasiyanın qəbulu və emalolma prosesi kimi yanaşılır.
“İNFO-KO” elektron tədris vəsaiti müxtəlif fənlərə aid tapşırıq və çalışmaları əhatə etməklə, “İnformatika” fənninin inteqrativ xarakterini bir daha nümayiş etdirir. Sistemli təfəkkürün səviyyəsi, əsasən, informasiyanın operativ emal olunması və onun əsasında düzgün qərarların qəbul edilməsi ilə müəyyənləşir. Təfəkkürü isə məqsədyönlü şəkildə elə inkişaf etdirmək lazımdır ki, şagirdlərdə tədricən sistemli yanaşma tərzi ilə müzakirə etmək və tədqiqat aparmaq bacarığı formalaşsın. [7]
Təhsil prosesində şagirdlərin “İnformatika” fənnindən qazanıb gündəlik həyatlarında tətbiq edə biləcəkləri bilik, bacarıq və vərdişlər digər fənlərin, həm də onların əhatə etdikləri mövzuların əlaqəli



inteqrativ şəkildə tədrisini tələb edir. Dərslik komplektlərində təqdim edilən fənlərarası inteqrasiya cədvəllərində “İnformatika” fənni üzrə mövzuların tədrisi prosesində digər fənlərin məzmun standart- larında əks olunmuş bacarıqları ilə inteqrasiya imkanları əks edilmişdir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə