Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə1/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   47
Azf-296626 removed




Xumar Tofiq qızı NOVRUZOVA


İNFORMATİKANIN TƏDRİSİ METODİKASI
(1-4-cü siniflər)
Dərs vəsaiti


Bakı Slavyan Universteti Elmi
Şurasının 27 aprel 2017-ci il tarixli iclasının qərarına əsasən çap edilir (pr N-9)


Bakı-2017


İNFORMATİKANIN TƏDRİSİ METODİKASI




İTM-nın tədrisinin ümumi məsələləri


  1. Məktəb informatika kursunun predmeti və məzmunu





  1. İnformatika elm və fənn kimi.

  2. Məktəb informatika kursunun məqsəd və vəzifələri.

  3. İnformatika kursunun məzmununa ümumi didaktik yanaşma.

  4. İnformatika kursunun maşın və maşınsız variantı.

İnformatika elm və fənn kimi. Informatikanın bir elm kimi formalaşması keçən əsrin ikinci yarısına təsadüf edir. İnformatika elmi kibernetika elminin əsasında yaradılmış və təkmilləşdirilmişdir. İnfor- matika elmi komkret informasiya proseslərinin
(texnologiyalarının) hamısına aid olan ümumi qanuna- uyğunluqları öyrənir. Məhz informasiya texnolo- giyaları və prosesləri informatika elminin obyektini təşkil edir.
İnformatikanın predmeti bu elmin müxtəlif tətbiq sahələrinin olması ilə müəyyən edilir. Belə ki, insan həyatının fərqli sahələrində (iqtisadi proseslərin idarə olunmasında, tibbdə, maliyyə əməliyyatlarında, təhsil sahəsində və s.) istifadə və tətbiq edilən informasiya prosesləri ümumi cəhətlərə malik olmaqla yanaşı, bir-birlərindən fərqlənirlər. Bunun sayəsində müxtəlif əməliyyat və prosedur qaydalarına malik, müxtəlif texnikadan istifadə edən predmet sahələri yaranır. Bu sahələrin arasında xüsusi əhəmiyyətə malik olan bir sahə təhsil sahəsidir. Məhz infor- matikanın təhsildə tətbiqləri ilə məşğul olan predmet məktəb informatikası adını almışdır. İlk dəfə bu termin rus alimi A.P.Yerşov tərəfindən işlədilmişdir. Məktəb informatikasının məzmununun nədən ibarət olduğunu aydınlaşdıraq. [18, s.11; 15, s.30-35]
Məktəb informatikası informatikanın məktəbdə kompüter texnikasının tətbiqi ilə proqram, texniki, tədris-metodiki və təşkilati təminatının öyrənilməsi məsələləri ilə məşğul olan sahəsidir. Məktəb informa- tikasının proqram təminatı məktəblərin informasiya
sistemlərinə əsaslanır. Bu sistemlər isə məktəbin bü- tün kollektivinin - məktəblilər, idarə edənlər və müəl- limlərin fəaliyyətini uzlaşdırır. Məktəb informati- kasının texniki təminatı dedikdə isə məktəbdə təlim- tərbiyə işinin optimal təşkili üçün nəzərdə tutulmuş bütün texniki avadanlıqlar başa düşülür. Tədris metodiki təminat məktəblərdə tədris olunan və informatika elmi ilə müəyyən dərəcədə əlaqəsi olan bütün fənlər üzrə istifadə edilən dərsliklər, elmi- metodiki vəsaitlər və s.-dir. Məktəb informatikasının təşkilati təminatı daim yenilənən və inkişaf edən informasiya texnologiyalarının dinamikliyi səbəbin- dən çox mürəkkəbdir. Buraya məktəb informati- kasının texniki bazasının yaradılması, bütün səviy- yələrdə yeni informasiya texnologiyalarından baca- rıqla istifadə edə bilən və informatikadan şagirdlərə digər fənlərin öyrənilməsi üçün zəruri bacarıqları aşılaya bilən pedaqoji kadrların hazırlanması daxildir. [18; 15]
Ibtidai siniflərdə informatika dörd əsas bölmə üzrə öyrədilir. Bunlar aşağıdakılardır:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə