Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə6/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47
Azf-296626 removed

İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri-

İnformasiya və informasiya prosesləri:


Şagird:
•ətraf aləmdəki informasiya proseslərinə aid misallar göstərir, onları əlamətlərinə görə qruplaşdırır və müqayisə edir;
•əşyalar arasında münasibətləri (oxşar, fərqli, az, çox, ağır, yüngül, böyük, kiçik) müəyyənləşdirir;
•informasiya, onun növləri, yaranma mənbələri haqqında bildiklərini nümayiş etdirir;
•informasiya proseslərinə aid nümunə göstərir;
•informasiyanın sadə təsviri üsullarını nümayiş etdirir;
•həyatda, insanların fəaliyyətində informa- siyaların alınması, saxlanılması və ötürülməsini sadə misallar əsasında izah edir.

Formallaşdirma, modelləşdirmə, alqorit- mləşdirmə və proqramlaşdırma:


Şagird:
•obyektin və ya hadisənin sadə xarakterik
əlamətlərini müəyyənləşdirir, onları izah edir;
•ətraf aləmin obyektləri haqqında malik olduğu təsəvvürləri şərh edir;
•sadə obyektin informasiya modelini qurur;
•verilmiş sadə məsələnin həlli alqoritmini yazır;
•hərəkətlər ardıcıllığını təsvir edır, buraxılmış addımı müəyyən edir.

Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri:


Şagird:

  • kompüterlə davranmağı və sadə əməliyyatları

necə icra etdiyini nümayiş etdirir;
•informasiya daşıyıcıları ilə necə işləməyi nümayiş etdirir;
•mətn redaktorunda sadə mətnlər hazırlayır;
•qrafik redaktorda sadə təsvirlər yaradır. Cəmiyyətin informasiyalaşdırılması: Şagird:
•informasiya resurslarını əlamət və təyinatına
ğörə izah edir;
•internetin əhəmiyyətini və onun tətbiq sahələrini şərh edir.

Siniflər üzrə tədrisin nəticələri:


I sinfin sonunda şagird:
•sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•oxşar obyektlər sırasından əşyaları əlamət- lərinə görə tanıdığını nümayiş etdirir;
•sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir;
•sadə məntiqi mühakimələri anladığını nüma- yiş etdirir;
•kompüter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir;
•kompüterdə sadə əməliyyatları icra edir;
•kompüterdə sadə şəkillər və füqurlar çəkir;
•kompüterdə sadə mətnlər yığır;
•cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.

  1. Yüklə 1,11 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə