Biznes-planın iqtisadi əsaslandırılması və tərtibatı



Yüklə 12,25 Mb.
tarix28.04.2023
ölçüsü12,25 Mb.
#107465
Biznes-planın iqtisadi əsaslandırılması və tərtibatı

Biznes-planın iqtisadi əsaslandırılması və tərtibatı

  • Fakültə:
  • İxtisas:
  • Qrup:
  • Fənn:
  • Müəllim:

Biznes - planın əsas məqsədi və vəzifələri

  • Biznes-plan dedikdə müəsisə və təşkilatın təsisi, rekonstruksiyası, fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasının nəticəsi nəzərdə tutulur. Bu nəticə müəyyən zaman kəsiyində və müəyyən şərtlər daxilində biznesin iqtisadi dayanıqlılığını və səmərəliliyinin dərəcəsini dərk etməyə və təsvir etməyə istiqamətləndirilmişdir.

Biznes - planın əsas məqsədi və vəzifələri

  • Biznes-plan obyektiv reallığı əks etdirən texnikiiqtisadi məlumatlar əsasında işlənib hazırlanmalıdır. Bazar iqtisadiyyatı amillərinə, elmi–texniki nailiyyətlərə, təşkilati–texnoloji reallıqlara əsaslanmayan biznes–planla həyata keçirilən sahibkarlıq fəaliyyətindən müvəffəqiyyət gözləməyə dəyməz.

Biznes-planların hazırlanması zamanı aşağıdakılara əsaslanmaq lazımdır:

  • müəyyən bir məhsul istehsalı və yaxud xidmətin göstərilməsini nəzərdə tutan konkret təklifin (layihənin) olması;
  • oxşar məhsul istehsalı və xidmət göstərilməsi ilə məşğul olan müəssisələrin istehsaltəsərrüfat və kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsi;
  • idarəetmədə istifadə olunan texniki-iqtisadi, maliyyə-kredit və sosial-təşkilati mexanizmlərin öyrənilməsi.

Biznes-planın hazırlanması 2 mühüm mərhələni əhatə edir:


I mərhələdə - təşkil ediləcək biznes, onun satış bazarı, cəlb ediləcək maliyyə mənbələri və s. haqqında zəruri informasiyalar toplanılır.
II mərhələdə toplanmış informasiyalar sistemləşdirilir.

Biznes-plan əsasında aşağıdakı mühüm iqtisadi məsələlər həll edilir.

  • müəssisənin strateji inkişaf konsepsiyasının məqsədəuyğunluğunun iqtisadi cəhətdən əsaslandırılması;
  • müəssisənin fəaliyyətindən əldə ediləcək məhsul istehsalı və satışı həcminin, maliyyə nəticələrinin, mənfəətin və sair göstəricilərin hesablanması;
  • müəssisənin qarşısında qoyulan məsələlərin həlli üçün lazım olan maliyyə mənbələrinin müəyyənləşdirilməsi;
  • strateji inkişaf xəttinin həyata keçirilməsi üçün texniki və təşkilati tədbirlərin müəyyənləşdirilməsi.

Biznes planın hazırlanması

  • Biznes-plan hazırlanan zaman görüləcək konkret işlərin siyahısı dəqiqləşdirilir və lazım olan maddi və əmək ehtiyatları qiymətləndirilir. Görüləcək işlər üzrə fəaliyyət proqramı kimi, biznes-plan işgüzar təkliflərin hazırlanmasının və həyata keçirilməsinin əsasını təşkil edir.

Biznes planın hazırlanması

  • İdeal halda biznes-plan şirkətin sahib(lər)i və ya müdir(lər)i tərəfindən hazırlanmalıdır. Ştatdankənar mütəxəssislərdən də istifadə etmək olar, amma plan şəxsən shibkarın özünüzünkü olmalıdır və onu təqdim etməyə, onun haqqında qısa şərh verməyə, verilən suallara cavab verməyə qadir olmalıdır.

Biznes-plan hər il yeniləşdirilir.

  • Bu halda işçi variantdan istifadə olunur. Belə olduqda köhnə nəticə və ifadələrə uyğun olaraq bəzi maddələri düzəldə eləcə də proqnozun keyfiyyətini və hesablamaların həqiqiliyini artıra, yeni yaranmış şərtləri nəzərə ala bilinər.

Biznes-plan rəsmi sənəddir.

  • Onun yazılması üçün çoxlu miqdarda işçi məlumat materialı tələb olunur. Ona görə də əvvəlcə işçi biznes-plan tərtib olunmalıdır. Oradakı məlumat rəsmi planda olan sərlövhələr altındayerləşir.İfadələr sadə və aydın olmalıdır.

Biznes - plan kifayət qədər geniş və tutumlu anlayışdır.

  • Layihə-nin texnikiiqtisadi əsaslandırılması (TİƏ), investisiya layihəsi kimi terminlər ona çox yaxındır. Buna görə də biznes - plan anlayışının mə`nasını araşdırmamışdan əvvəl terminologiyadakı bir sıra fərqləri aşkarlamağa cəhd göstərək.

Bütün biznes-planlar, adətən Titul vərəqindən başlayır. Titul vərəqində əsasən aşağıdakı göstəricilər əks olunur:

  • layihənin təşəbbüskarı olan sahibkarlıq subyektinin adı,ünvanı və telefonları;
  • mülkiyyət formasını və dövlət qeydiyyatını əks etdirən məlumatlar;
  • vergi ödəyicisi kimi qeydə alınması;
  • biznes-fəaliyyət üçün lisenziyasının olması (xüsusi icazə tələb olunduqda);
  • müəssisənin bank rekvizitləri;
  • layihənin hazırlanma yeri və vaxtı

Qarşıya qoyulmuş məqsəddən asılı olmayaraq biznes-planlar aşağıdakı bölmələrdən ibarət olur:

  • Biznes-plan haqqında qısa xülasə
  • Biznesi həyata keçirəcək sahibkarlıq subyekti haqqında məlumat
  • Təşkilati-plan
  • İstehsal planı
  • Marketinq planı
  • Maliyyə planı
  • Risklər
  • Kreditin qaytarilması mərhələləri
  • Kreditin girov təminatı.

Nəticə

  • Hər bir biznes-plan maliyyə vəsaitləri cəlb etmək məqsədilə investorlara, maliyyə-kredit təşkilatlarına təqdim edilmək üçün hazırlandığından onları qarşıya qoyulmuş məqsədin reallığına inandırmalıdır.

Diqqətiniz üçün təşəkkürlər


Yüklə 12,25 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə