Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə9/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   47
Azf-296626 removed

İbtidai siniflərdə informatikanın tədrisinin əsas prinsipləri. Prinsip latın sözündən götürülmüşdür, əsas ideya, başlıca tələb deməkdir. Pedaqoji ədəbiyyatlarda təlimin prinsipləri təlimin səmərəliliyini artıran başlıca tələb kimi şərh edilir. İbtidai siniflərdə informatika dərslərində aşağıdakı prinsiplər əsas götürülmüşdür:
-Elmilik Bu prinsip fənnin məzmununda elmin inkişaf mərhələlərini müəyyən edir və şagirdlərin başa düşəcəyi ideyaları aydınlaşdırmağı zəruri sayır. Bu prinsipə əməl edilməsi şagirdləri mənbələri təhlil etmək, nəticə çıxarmaq, biliyini daim artırmaq yollarını müəyyən etmək səriştəsi ilə silahlandırır.

  • Həyati əhəmiyyətlilik. Tədris edilən hər bir mövzu həyatla əlaqələndiriləndə səmərəli olur. Müəllim isə öz növbəsində keçilən mövzunun məzmunundan asılı olaraq dünyada və öz ölkəmizdə

mövcud olan sosial-iqtisadi və mədəni-siyasi hadisələrə, faktlara müraciət etməlidir. İbtidai siniflər üçün informatika fənni mövcud elmin müvafiq yaş kateqoriyasına uyğunlaşdırılmış versiyası deyil. Bu fənn şagirdlərdə ətrafımızdakı informasiyalardan yararlanmağı və İKT-dən düzgün istifadə bacarığını formalaşdırır. Təlimin bu prinsipi aşağıdakıları diqqət mərkəzində tutmağı vacib sayır:

  • təlim materialının öyrənilməsinin həyatla hansı istiqamətdə əlaqələndirilməsi aydın olmalıdır;

  • təlimin həyatla əlaqəsi zamanı şagirdlərin maraqları nəzərdən qaçırılmamalıdır – yəni yuxarı sinif şagirdinə maraqlı olan məlumat 1-ci sinif şagirdi üçün maraqlı və faydalı olmaya bilər;

  • təlimin həyatla bağlılığında müasirlik olmalıdır – yəni informatika dərsində daha çox son nəsil texnologiyalardan (məsələn, kompüterin RAM yaddaşının tutumu, hard diskin həcmi və s.), İKT sahəsindəki yeni innovasiyalardan danışmaq lazımdır.

Şəxsiyyətyönümlülük. Bu prinsipə görə, kurikulumların tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar
əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədə- niyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir. İnformatikadan tərtib edilmiş tapşırıqlar əsasən şagirdlərin real həyatda qarşılaşdıqları situasiyalarla birbaşa bağlıdır. Ona görə də verilən bütün təlim materialları şagirdin özündən qaynaqlanır. Nəticədə şagird təlim materiallarını “özününküləşdirir”.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə