Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum



Yüklə 1,11 Mb.
səhifə4/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47
Azf-296626 removed

Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum



  1. İbtidai siniflər üzrə məzmun standartlarının paylanması.

  2. İnformatika fənni üzrə ümumi təlim nəticələri.

  3. Məzmun xəttinə görə tədrisin nəticələri.

  4. Siniflər üzrə tədrisin nəticələri.

Mənşəcə “curriculum” latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir. Kurikulum termini ilk dəfə Con Franklin Bobbit tərəfindən istifadə edilmişdir. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Keçən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmış və 90-cı illərin axırlarından başlayaraq Azərbaycanda bu nəzəriyyədən istifadə olunmağa başlanmışdır. Hal-hazırda Avropa ölkələrində
kurikulum təhsilin əsasını təşkil edən sənəd kimi qəbul edilir. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Məhz bu konseptual sənəd vasitəsilə təhsilin son məqsədini, məqsədlərə çatmaq üçün yolları, bu yolların səmərəliliyini yoxlamaq üsullarını, bir sözlə, təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkilini əldə etmək olar. Xarakterinə görə kurikulumlar iki yerə ayrılır: [2]

    • fənyönümlü kurikulum;

    • şəxsiyyətyönümlü kurikulum.

Fənyönümlü kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Belə kurikulumların məzmununu elm sahələri, anlayışlar sistemi və bu anlayışların mənimsənilməsi təşkil edir. Fənyönümlü kurikulumlarda praktika, yəni bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, praktikada lazım olmayan biliklər də şagirdlərə mənimsədilir. [2] Şəxsiyyətyönümlü kurikulumlar fənyönümlü kurikulumlardan həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Belə kurikulumlarda məlumatlıq səviyyəsi aşağı olur, şəxsiyyətə daha çox həyat fəaliyyətində lazım olan bacarıq və vərdişlər
aşılanır. [2]
Azərbaycan kurikulum sisteminə 2006-cı il 30 oktyabr tarixində keçdi. Milli Kurikulum dedikdə təhsilin pillələri və fənlər üzrə ümumi təlimin nəticələrini əks etdirən sənəd başa düşülür. Fənn kurikulumu isə siniflər üzrə təlimin nəticələrini əks etdirən sənəddir. Fənn kurikulumlarında ümumi təhsil üzrə təlim nəticələri və məzmun standartları, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənlər, həftəlik dərs və dərsdənkənar məşğələ saatları, pedoqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər öz əksini tapır. Milli Kurikulum mədəni və sosial həyatın qloballaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun lazımi bilik və bacarıqlara malik olmasına, onun ahəngdar şəxsiyyət kimi formalaşmasına yönəlmişdir. Milli Kurikulum hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülmüşdür:

    • tələbyönümlülük;

    • nəticəyönümlülük;

    • şagirdyönümlülük;

    • inteqrativlik;

    • milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;

    • şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqla onun üçün əlverişli şəraitin yaradılması.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə