Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə21/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   47
Azf-296626 removed

Yoxlama dərsinin məqsədi şagirdlərin bilik səviyyələrini üzə çıxarmaq, onların kompüterdə iş vərdişlərinə necə yiyələndiklərini müəyyən etmək və s.-dir. Bu dərslərin təxmini quruluşu belədir: [3]



  1. Dərsin məqsədi aydınlaşdırılır.

  2. Yoxlama işinin məzmunu ilə tanışlıq.

  3. Yoxlama tapşırığının yerinə yetirilməsi.

  4. İşin icrasına nəzarət.

  5. Yoxlamanın yekunlaşdırılması.

  6. Ev tapşırığının verilməsi.



Mürəkkəb dərslərdə həm keçmiş, həm də yeni mövzuya vaxt ayrılır. Belə dərslərin təxmini quruluşu belədir. [3]



  1. Ev tapşırıqlarının yoxlanılması.

  2. Keçmiş mövzunun soruşulması.

  3. Keçmiş mövzu ilə yeni mövzu arasında

əlaqənin yaradılması.

  1. Yeni mövzunun izahı.

  2. Yeni mövzu üzərində iş.

  3. Dərsin yekunu və ev tapşırıqlarınn verilməsi.



Fəal dərs hazırda tədris prosesində ən çox tətbiq olunan dərs tipidir. Bu dərs tipi aşağıdakı mərhələlərdən ibarətdir:



    1. Motivasiyanın yaradılması və tədqiqat sualının qoyuluşu;

    2. Tədqiqatın aparılması;

    3. Məlumat mübadiləsi və müzakirəsi;

    4. Ümumiləşdirmə və nəticə;

    5. Yaradıcı tətbiqetmə;

    6. Qiymətləndirmə.

Pedaqoji fəaliyyətdə göstərilən dərs tiplərindən başqa, xeyli sayda qeyri-standart dərs tipləri də mövcuddur. Onlara misal olaraq, işgüzar oyunlar dərsi, yarış dərsləri, səhnələşdirilmiş teatr dərsləri, kompüter dərsləri, ekskursiya dərsləri, hazırcavablar dərsləri, yaradıcı-hesabat dərsləri, konfrans dərsləri və


s. göstərmək olar. Xüsusən interaktiv dərslərin müxətlif model və formalarından son zamanlar çox istifadə olunur. Onlardan bilik mübadiləsi, nömrə- lənmiş iştirakçılar, ekspertlər, televizor, burulğan,
dialoq-mübahisə, debat və s. modellərini və tənqidi təfəkkürü formalaşdıran, münaqişə həlli vərdişlərini inkişaf etdirən, metoforik (emosional-obrazlı) təfəkkürü inkişaf etdirən və s. formaları göstərmək olar. Qeyri-standart dərslərdən biri olan Bilik mübadiləsi dərsini nəzərdən keçirək.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə