Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə23/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   47
Azf-296626 removed

Kompüter siniflərində dərs zamanı təhlü- kəsizlik texnikası. Kompüter siniflərində kompüterlərin sayı şagirdlərin sayının yarısına bərabər olmalıdır. Yəni 35 nəfərlik sinif üçün 18 kompüter, bir də əlavə müəllim üçün 1 kompüter, yəni 19 kom- püter olmalıdır. Standart normalara görə, 1 kompüterə 4,5 - 6m2 sahə düşməlidir. Deməli, 19 kompüter üçün 104m2-lik otaq olmalıdır. Məktəblərdə adətən belə
sahəli otaq olmur. Problemin həlli üçün siniflər 2 və ya 3 yarımqruplara bölünməlidir. Kompüterlər bir- birilə lokal şəbəkə vasitəsilə birləşdirilməli və müəllimin kompüterinə qoşulmalıdırlar. Modem, skaner, printer, digər periferik qurğular əsas kompüterə qoşulmalı və ya müəllimin kompüterinin nəzarətində olmalıdır ki, müəllim öz ekranında şagirdlərin işini izləyə bilsin. Belə qoşulmalarda adətən halqa və ya ulduz topologiyalarından istifadə edilir. Son illərdə siniflərdə noutbuklardan daha çox istifadə edilir. Bu, noutbukların daha az yer tutması, yüngül olmaları, ekrandan yayılan rentgen şüalanmasının olmaması ilə izah edilir. [18, s.174- 178]

İnformatika kabinetində kompüter, lokal şəbəkə və periferiya qurğularından əlavə aşağıdakılar da olmalıdır:



  • informatikaya aid tədris-metodiki, populyar elmi ədəbiyyat;

  • sənədlərin və nümayiş materiallarının yerləşdirilməsi üçün xüsusi stendlər;

  • təhlükəsizlik texnikası qaydaları təsvir edilmiş lövhə;

  • ilk yardım aptek qutusu;

  • yanğınsöndürmə vasitəsi;

  • hər bir kompüter üçün iş qrafiki jurnalı;

  • elektrik təchizatı və keçiricilik təminatı.

Kompüter siniflərində kompüterlər xüsusi qaydada yerləşməlidirlər. İki cür sxemdən daha çox istifadə edilir – sıralar üzrə və otağın perimetri boyunca. Otaq düzbucaqlı formasında olduqda sıralar üzrə sxemi daha məqsədəuyğundur. Bu halda uşaqların iş yerləri iki sıra üzrə düzülür. Müəllimin iş yeri, kompüter stolu sinfin arxa tərəfində yerləşdirilir. Sinfin ön tərəfində isə yazı lövhəsi və kompütersiz müəllim stolu yerləşir. Müəllim izahat verərkən bu stoldan istifadə edə bilər. Əgər otaq kvadrat şəklindədirsə, stollar otağın perimetri üzrə yerləşdirilə bilər. [18, s.174-178]
Otaqdakı pəncərələr şimal və ya şimal-şərq istiqamətində olmalıdır.
Kompüter siniflərində lövhədə yazmaq üçün tabaşirdən istifadə olunmamalıdır, çünki tabaşirdən yaranan toz kompüterlərə ziyan vura bilər.
1-4-cü siniflərdə şagirdlər üçün kompüter arxasında işləməyin aşağıdakı normaları müəyyən edilmişdir:
-1-ci sinif 10 dəq, 2-4 siniflər 15 dəq.
-Kompüter arxasında işdən sonra müəllim
uşaqlarla göz gimnastikası məşqlərini aparmalıdır.
-Monitorlar arasındakı məsafə 2 m-dən az
olmamalı, onların yan tərəfləri isə bir-birindən azı 1,2 m məsafədə olmalıdır.
-Stol və stullar uşaqların boyuna uyğun olmalıdır. Stol 2 hissədən ibarət olmalıdır: monitor və klaviatura üçün.
-Uşaqların gözündən monitora qədər məsafə 60-70 sm olmalıdır. Gözlərində problem olan uşaqlar göz üçün xüsusi eynəklərdən istifadə etməlidirlər.
-Stolda dəftər və kitablar üçün işıqlandırma 150 lyuks (lyuks- Beynəlxalq Vahidlər sistemində sahəsi 1 m2 olan səthə düşən işıq selidir), monitorun ekranı üçün 300 lyuks, lövhə üçün 500 lyuks olmalıdır.
-Pəncərələrin üzərində örtük sistemləri (ştor və ya jalüzlar) olmalıdır.
-Otaqda havanın temperaturu 19-21 dərəcə, havanın nəmliyi 62-55 optimal variant sayılır. [18, s.174-178; 15, s.100-104]

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə