Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə31/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   47
Azf-296626 removed

Kompüterdə simvol şəkilli informasiyanın təsviri. Kompüterdə mətn informasiyası da analoji olaraq emal edilir. Hər bir hərf kompüterə daxil ediləndə o, müəyyən ədədlə əvəz olunur, yəni kodlaşdırılır. Mətnlər kompüterdə ədədlər şəklində emal edilir. Emal edilmiş informasiyanı çıxış qurğusuna verəndə də ədədlər dekodlaşdırılaraq yenidən mətn formasında ekrana və ya printerə çıxarılır. Mətn şəklində olan informasiyanın kompüterdə təsviri üçün kompüterin əlifbası adlanan simvollardan istifadə edilir. Müəllim mövzunun izahına başlarkən əvvəlcə həmin əlifba haqqında şagirdlərə məlumat verməlidir:
Əlifba 256 simvoldan ibarətdir.
Hər bir simvol yaddaşda 1 bayt yer tutur.
Hər bir simvol 8 dənə ikilik koddan ibarətdir. [18, s.230]
Bütün ədədlər kompüterdə yalnız iki rəqəmin (bizim adət etdiyimiz on rəqəmdən fərqli olaraq) 0 və 1-in vasitəsilə təsvir olunur. Başqa sözlə, kompüter adətən ikilik say sistemində işləyir. Bu halda informasiyanın emalı üçün yaradılan qurğular daha sadə olur.
Ona görə də ixtiyarı informasiya kompüterdə rəqəmlər vasitəsilə təsvir olunduğundan belə informasiyalar rəqəmli və ya rəqəmsal adlanır.
“Rəqəmsal texnologiya” termininin yaranması da məhz bununla bağlıdır. Əslində əlifbanın özü, riyaziyyatda istifadə olunan rəqəm və işarələr və s. kodlaşdırmaya misaldır.
Kompüterdə qrafik informasiyanın təsviri. Təsvirlərin (rəsm, animasiya, sxem və s.) kodlaşdırılması üçün rastr, vektor və 3 ölçülü modellərdən istifadə edilir. Rastr modelinə görə təsvir piksel adlanan eyni rəngli nöqtələrə bölünür. Burada müəllim şagirdlərə üç əsas rəng – qırmızı, yaşıl və göy (RGB modeli) və üfüqün 7 rəngi haqqında izahat verməlidir. RGB modelinə əsasən hər bir rəngin bu 3 rəngdən necə alınmasını müxtəlif üsullarla əyani şəkildə göstərmək olar. Rənglərin kodlaşdırılması onlardan əlavə rənglərin alınması və rəngin parlaqlığı, çalarlarının sayının artırılması üçün əlverişli üsuldur.
Qrafik informasiyanın vektor üsulu ilə kodlaşdırılması üçün həndəsi fiqurlardan – düz xətt, ellips, çevrə, düzbucaqlı və s. kimi fiqurların hissələrindən istifadə olunur. Bu üsul çertyoj, sxem, qrafik şəkillərin çəkilməsi üçün əlverişlidir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə