Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə34/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   47
Azf-296626 removed

Tədrisdə kompüterdən istifadə. İnformatika fənni kompüter texnikasının köməyi ilə informasiya proseslərini - informasiyaların alınması, saxlanması, emalı və ötürülməsinin üsul və vasitələrini öyrənən, ətraf aləmin təhlilinə sistemli yanaşma tərzini formalaşdıran fundamental elm sahələrindən biri kimi insanların həyatına və məişətinə daxil olmuş və cəmiyyətdə bir fənn kimi onun öyrənilməsi zərurəti yaranmışdır. Hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə informatikanın tətbiqi ilə qarşılaşır və informatika üzrə bilik və bacarıqlarından faydalanır. Bu bilik və bacarıqlara malik olmaq müasir texniki vasitələrlə davranmağa, müxtəlif sosial, iqtisadi, hüquqi və siyasi informasiyaların əldə edilməsinə və onlardan istifadə edilməsinə imkan yaradır. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika fənni şagirdlərin elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır. Ona görə də Azərbaycan
ümumtəhsil məktəblərinin I-XI siniflərində bu fənnin tədrisi zəruri hesab edilir. Bütün bunlar ümumtəhsil məktəblərində tədris olunan fənlər sırasında informatikanın yerini müəyyən etməklə yanaşı, onun tədrisi qarşısında qoyulan əsas məqsədləri ümumi şəkildə müəyyənləşdirməyə imkan verir. Müasir dərsdən kompüterlə iş prosesində məhz düşünməyi, fikirləşməyi öyrətmək tələb olunur. Kompüter vasitəsilə şagirdlərə qısa müddət ərzində çox müxtəlif bilik, bacarıq və vərdişləri aşılamaq, onlarda müasir dövrdə vacib olan çeviklik və müstəqil fikir yürütmək kimi keyfiyyətləri formalaşdırmaq olar. Kompüter öz fəaliyyətinə görə elə qüvvətli bir “silahdır” ki, onun köməyilə icra olunan fəaliyyət insanın yaddaşına, emosionallığına, fəallığına və maraqlarına birbaşa təsir göstərir. Bu isə 1-4-cü sinif şagirdləri üçün dərsə marağın yaradılması və onların emosional fəaliyyətinə düzgün istiqamət verilməsi baxımından olduqca əhəmiyyətlidir.
Kompüterin təlimdə iki funksiyası var – öyrənmə obyekti və öyrətmə vasitəsi olmaq. Bu funksiyalar bir-birilə sıx əlaqədar olsa da, ayrı-ayrı fənlərin tədrisində kompüter məhz öyrətmə vasitəsi kimi nəzərdən keçirilə bilər. İnformatika fənninin tədrisində kompüter öyrənmə obyekti kimi, digər fənlərin tədrisində isə öyrənmə vasitəsi kimi, yəni



həmin fənlərə aid olan bilikləri kompüterin imkanlarından, internetdən istifadə etməklə öyrənmək vasitəsi kimi istifadə olunur. Kompüterin öyrənmə vasitəsi olmaq funksiyası məhz təhsilin keyfiyyətini artıraraq, bütün dünyada təhsilin kompüterləşməsinin əsasını təşkil edir.



  1. Yüklə 1,11 Mb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə