Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə37/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   47
Azf-296626 removed

İnformasiya modelləri formallaşdırmanın öyrədilməsi metodikası. Formallaşdırma anlayışını nəzərdən keçirərkən müəllim qeyd etməlidir ki, informasiya modellərini qurmaq üçün müxtəlif üsul və alətlərdən istifadə etmək olar. Bu məqsədlə təbii dillərdən və şəkillərdən istifadə edilir. Lakin bu halda həmin proseslərin kəmiyyət xarakteristikalarına baxılmır. Ona görə də, riyaziyyatçılar, fiziklər,



kimyaçılar obyekt, hadisə və prosesin riyazi modellərini hazırlayırlar. Bu modellərdə düsturlardan, həndəsi fiqurlardan, başqa sözlə formal dildən istifadə olunur. Buna misal olaraq kimyəvi reaksiyaların düsturlarını, notlarla yazılmış musiqini, hətta smaylikləri göstərmək olar.
Bundan sonra formallaşdırmaya tərif verilir. Formallaşdırma – formal dillərin köməyilə infor- masiya modelinin qurulması prosesidir. Alqoritmlərin qurulması da formallaşdırmanın bir növüdür.
Alqoritmləşdirmə istiqamətində tədrisin məzmunu. Alqoritm anlayışının daxil edilməsi zamanı şagirdlərin diqqətini ona yönəltmək lazımdır ki, alqoritm tərtib edərkən əsas obyekt olaraq alqoritmin icraçısı götürülür. İcraçı elə bir obyekt və ya subyektdir ki, alqoritm onun üçün qurulur. İcraçı sözünün mənasını başa salmaq üçün müəllim uşaqlara belə suallarla müraciət edə bilər:

  • Ananız sizi mağazaya göndərərkən sizə nə almaq haqqında dəqiq tapşırıqlar verir: Nə almalısınız? Nə qədər miqdarda almalısınız? və sairə. Bu halda siz ananızın qurduğu alqoritmin icraçısı olursunuz.

Daha sonra alqoritmin icrası anlayışını daxil edərkən şagirdlərin diqqətini belə bir istiqamətə



yönəltmək lazımdır: alqoritmi icra etmək üçün icraçıya nələr lazımdır (ilkin verilənlər – pul, ərzaq, ədədlər və s.). Məsələn, riyazi məsələni həll etmək üçün icraçı ədədlərdən istifadə edir. Sizə lazım olan insanın telefon nömrəsini tapmaq üçün isə onun adı, soyadı, ata adı, ünvanı, telefon kitabçası və s. kimi ilkin verilənlər lazımdır. Bütün bu məlumatları daxil etdikdən sonra müəllim şagirdlərə alqoritmin nə olduğunu və daha sonrakı dərslərdə alqoritmin xassələrini, növlərini, qurulmasını, blok –sxemlərlə təsvirini və s. öyrədir. [18, s.271-277]
Alqoritm – qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilən əməliyyatlar ardıcıllığıdır. Latınca – qayda-qanun deməkdir. Alqoritm 780-850- ci illərdə Xarəzmdə yaşamış məşhur özbək alimi Məhəmməd ibn Musa əl-Xarəzminin adının latın hərflərilə olan yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və bu say sistemində hesab qaydalarını alqoritm adlandırmışlar.
Alqoritm məzmun xəttinin tədrisində şagirdlər 3- cü sinifdən xətti, budaqlanan və dövri alqoritmləri blok-sxemlər vasitəsilə təsvir etməyi öyrənir, onlara aid müxtəlif məzmunlu tapşırıqları yerinə yetirirlər. Məsələn, riyaziyyat dərsindən evə verilmiş misalların
həlli, yemək yeyilməsi, dağılmış əşyaların yerdən yığılması, telefonla dostuna zəng etmək, krossvordun həll edilməsi və s. kimi proseslərdə şagirdlər dövrləri

  • yəni təkrarlanan hərəkətləri ayırd etməyi öyrənirlər. Bu proseslərin hər biri üçün təkrarlanan hərəkətlər və bu hərəkətlərin sayı tapılır. Misalların həlli prosesində bir misalın həlli təkrarlanan hərəkət, misalların sayı isə bu hərəkətlərin sayıdır. Bunun kimi, krossvordun həllində sözlərin tapılması təkrarlanan hərəkət, tapılmalı sözlərin sayı isə təkrarlanan hərəkətlərin sayıdır. Suyun bir qabdan digərinə tökülməsi, qum saatı ilə vaxtın ölçülməsi məsələləri də alqoritm anlayışının öyrədilməsində istifadə oluna bilər. Müəllim “5 və 8 litrlik iki qabdan istifadə etməklə 6 litr suyu krandan boş qaba necə tökmək olar?”, “7 və

11 dəqiqəlik qum saatları ilə 15 dəqiqə vaxtı necə qeyd etmək olar?“ tipli məsələlərdən istifadə edə bilər. Bu tip məsələlərin həllini aşağıdakı kimi cədvəllər vasitəsilə göstərmək əlverişlidir:

Əməliyyat

tutum

5

8

6

1-ci addım

0

8

0

2-ci addım

5


3


0





3-cü addım

5

0

3

4-cü addım

0

5

3

5-ci addım

0

8

3

6-cı addım

5

3

3

7-ci addım

5

0

6

İkinci məsələnin həlli: Qum saatlarının hər ikisini eyni vaxtda boşalmağa qoyuruq. 7 dəqiqəlik saatın qumu tökülüb qurtardıqda 11 dəqiqəlik saatı çeviririk. Onun qumu isə 11-7=4 dəqiqəyə tökülər. Ardınca 11 dəqiqəlik saatı bir də qoysaq, 4+11=15 dəqiqəlik vaxtı ölçə bilərik.


“İcraçı bu əməliyyatları yerinə yetirir: 2-yə vurma və 1 əlavə etmə. Bu üsulla 1 ədədindən 30 ədədinin alınması alqoritmini yazın.” tipli məsələlər də alqoritmin icraçısı anlayışının düzgün mənimsədilməsi üçün uyğun məsələlərdir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə